t s

» » Ağstafada rayon birinciliyi keçirildi

Ağstafada rayon birinciliyi keçirildi

12-03-2019, 21:35 Yazar:  Aytən Məmmədli Baxılıb: 79 Çap et
Ağstafada rayon birinciliyi keçirildi
Ağstafada şəhid qardaşların xatirəsinə Kikboksinq idman növü üzrə rayon birinciliyi keçirildi.

Mediaxeberleri.az
xəbər verir ki, 09-10 mart 2019-cu il tarixdə rayon Gənclər və idman idarəsinin, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə Ağstafa şəhər 2 saylı tam orta məktəbin idman zalında Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Qırılı kənd sakinləri Abbasov Xəyat və Abbasov Bakir qardaşlarının xatirəsinə həsr edilmiş Kikboksinq idman növü üzrə rayon birinciliyi keçirildi. Birincilikdə uşaq, yeniyetmə və gənclər arasında 26 çəki dərəcəsində Gəncə, Mingəçevir şəhər, Tərtər, İmişli, Şəmkir, Naftalan, Ağcabədi, Goranboy, Bərdə rayonlarından ümumilikdə 150 nəfər idmançı mübarizəyə qatılıbdır.

Açılış mərasimində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin rayon şöbəsinin rəisi Nazim Çələbiyev, rayon Gənclər və idman idarəsinin baş məsləhətçisi Turan Hüseynov və digərləri çıxışlar edərək Xəyat və Bakir qardaşlarının şücaətli döyüş yollarından danışdılar.

Bildirildi ki, Ümummilli liderin siyasi xəttinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətli ordusu işğalda olan torpaqlarımızı azad edəcək, Azərbaycanımızın üçrəngli bayrağını doğma Qarabağımızda dalğalanacaqdır. Tədbirdə çıxış edən şəhid qardaşların anası Firəngiz Abbasova övladlarimin xatirəsinin belə tədbirlərdə yüksək ehtiram hissi ilə anıldığı üçün rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.

Sonda birincilikdə mübarizə aparan qalib idmançılar Ağstafa rayon Gənclər və idman idarəsinin təhsis etdiyi diplom və medallarla təltif olundular.

Ağstafada rayon birinciliyi keçirildi
Ağstafada rayon birinciliyi keçirildi
Ağstafada rayon birinciliyi keçirildi
Ağstafada rayon birinciliyi keçirildi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:23 Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü qeyd olunub 13 fevral – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu gün
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:56 Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar. Mediaxeberleri.az xəbər
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az