t s

» » Abşeronda “Türk şəhidliyi” abidəsi inşa olunur - FOTOLAR

Abşeronda “Türk şəhidliyi” abidəsi inşa olunur - FOTOLAR

12-03-2019, 23:30 Yazar:  Aytən Məmmədli Baxılıb: 93 Çap et
Abşeronda “Türk şəhidliyi” abidəsi inşa olunur - FOTOLAR
1918-ci ildə general-mayor Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlığında dəfn edilən naməlum türk əsgərlərinin şərəfinə anım abidəsi inşa olunur.

Mediaxeberleri.az
xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin 1-ci müavini Volkan Öskiper, hər iki ölkənin rəsmi şəxsləri və ziyalılar abidənin tikintisi ilə yaxından tanış olmaq məqsədi ilə əraziyə gəliblər. Önçə tədbir iştirakçıları naməlum türk əsgəri məzarlığını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub.

Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 150 kvadratmetr ərzaidə salınmış abidə müasir üslubda qurulur, şəhidlik kompleksinin ərazisi genişləndirilir, ətrafda abadlıq işləri görülür.

Mərasimdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova , Türkiyənin Azərbaycandakı Səfirinin 1-ci müavini V.Öskiper və rayon ictimaiyyətinin nümayəndələri Qafqaz İslam Ordusunun 1918-ci ildə ermənilərə qarşı zəfər yürüşündən, azadlıq missiyasından ətraflı söhbət açıblar.
Daha sonra abidənin ətrafında abşeronlu könüllülərin iştirakı ilə 500 ədəd ağac və gül kolları əkilib.

Məlumat üçün bildirək ki, 1918-ci ildə ermənilər Bakı şəhəri ilə yanaşı, Azərbaycanın regionlarında, o cümlədən Abşeron rayonunun kənd və qəsəbələrində də qırğınlar törədərək günahsız insanları vəhşiliklə qətlə yetiriblər. Mənfur düşmənlərimiz yerli əhaliyə olmazın işgəncələr verib. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun əsgərləri Abşeronluların köməyinə gələrək erməni birləşmələrini darmadağın ediblər. Abşeron rayonunun Digah qəsəbəsində də ermənilərlə savaşda yerli sakinlərlə bərabər, 9 nəfər türk əsgəri də qəhrəmanlıqla şəhid olub. Onlar Digah qəsəbəsindəki qədim məzarlıqda dəfn ediliblər.

Abşeronda “Türk şəhidliyi” abidəsi inşa olunur - FOTOLAR
Abşeronda “Türk şəhidliyi” abidəsi inşa olunur - FOTOLAR
Abşeronda “Türk şəhidliyi” abidəsi inşa olunur - FOTOLAR
Abşeronda “Türk şəhidliyi” abidəsi inşa olunur - FOTOLAR




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az