t s

» » Qazaxda “Novruz mühazirəsi” keçirilib

Qazaxda “Novruz mühazirəsi” keçirilib

12-03-2019, 18:54 Yazar:  Firuzə Baxılıb: 68 Çap et
Qazaxda “Novruz mühazirəsi” keçirilib
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhərində Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı ikinci “Novruz mühazirəsi” keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, seminariyanın 5 məzunu, rayonun pedaqoji ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə mühazirə iştirakçıları 2 nömrəli tam orta məktəbin həyətində Qazax Müəllimlər Seminariyasının 100 illiyi münasibəti ilə 100 ədəd meyvə ağacı əkiblər.

Daha sonra akademik Nizami Cəfərov tərəfindən “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı “Novruz mühazirəsi” təqdim olunub.

Nizami Cəfərov Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi və onun varisi olan Qazax Müəllimlər Seminariyasının fəaliyyəti barədə ətraflı məlumat verib.

Bildirib ki, Qazax Müəllimlər Seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindən biridir.

Məruzəçi qeyd edib ki, görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Azərbaycanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar var.

Nizami Cəfərov diqqətə çatdırıb ki, Qazax Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi illər ərzində 2862 nəfər pedaqoji mütəxəssis hazırlayıb.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Elçin Şıxlı və təhsil işçiləri çıxış edib.

Çıxış edənlər qeyd ediblər ki, Qazax Müəllimlər Seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub.

Tədbirdə qeyd olunub ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam verilib. Sərəncama uyğun olaraq, Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq olunub.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı ilə əlaqədar tənha, ahıl və yaşlı insanları əhatə edən bayramlaşma kampaniyası çərçivəsində seminariyanın məzununa “DOST Xonçası” təqdim olunub.

Mühazirə iştirakçıları seminariyanın binası ilə tanış olublar.

Tədbir çərşənbə tonqalının qalanması ilə başa çatıb.

Qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:10 HƏQİQƏTİN BİR ÜZÜ VAR, YALANIN MİN ÜZÜ Bir neçə vaxt bundan öncə dostum Telman Səmədov zəng vurub dedi ki, “Azadlıq” radiosunda Səməd Vurğun haqqında bir veriliş var, ona qulaq as. Mən həmin verilişi dinlədim və “Azadlıq” radiosu ilə bağlı bir olayı xatırladım. Üstündən çox illər ötdüyünə görə dəqiq vaxtını bilmirəm, “Azadlıq”
20:38 Rəcəb Babaşov Qazax müəllimlər seminariyasına baxış keçirib 19-cu yüzilin axırları, 20-ci yüzilin əvvəllərində Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında Qazax müəllimlər seminariyasının yetişdirdiyi kadrların əvəzsiz rolu olub. Bu Seminariya fəaliyyət göstərdiyi dövrdə Azərbaycana Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Firidun bəy Köçərli,
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
11:43 Lui Araqon: "Səməd Vurğun müasir dünya ədəbiyyatının iftixarıdır" Azərbaycanın ən böyük şairi Səməd Vurğundu. Müasir Azərbaycan türkcəsində poeziyamızı ən yüksək zirvəyə Səməd Vurğun qaldırıb. Səməd Vurğunun şeirlərindəki yüksək energetika heç bir şairdə yoxdur. Səməd Vurğun şeirlərini oxuyan insan qanad çalıb əngin fəzalarda uçmaq, Azərbaycanı seyr etmək

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az