t s

» » Tanınmış idmançı Bakıda keçiriləcək dünya çempionatının səfiri elan olunub

Tanınmış idmançı Bakıda keçiriləcək dünya çempionatının səfiri elan olunub

12-03-2019, 10:12 Yazar:  Nuhu Baxılıb: 20 Çap et
Tanınmış idmançı Bakıda keçiriləcək dünya çempionatının səfiri elan olunubTanınmış rusiyalı gimnast Yana Batırşina Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatının səfiri elan olunub.

Mediaxeberleri.az
Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən xəbər verir ki, 39 yaşlı veteran gimnastın namizədliyi Beynəlxalq Gimnastika Federasiyası tərəfindən rəsmən təsdiqlənib.

1996-cı il Atlanta Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 5 qat dünya və Avropa çempionu mundialın təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bu proqram çərçivəsində bir sıra tədbirlər və azarkeşlərlə görüş nəzərdə tutulub.

Qeyd edək ki, Y. Batırşina gimnast karyerasını bitirdikdən sonra televiziyada çalışmağa başlayıb. O, 2000-ci ildən etibarən Rusiyanın müxtəlif kanallarında bir sıra verilişlərin aparıcısı olub. Özbəkistan əsilli idmançı Rusiyanın 1-ci kanalında gənclər üçün populyar olan “Do 16 i starşe” proqramında aparıcılıq edib. 2001-ci ildə növbəti iki il idman xəbərlərini aparmaq üçün “Stolitsa” kanalına keçib. O, həmçinin “Sport” telekanalında çalışmaqla yanaşəı, “Fort Boyard” şousuna qatılıb, “Narodny artist” musiqi şousunda aparıcı qismində çıxış edib. Batırşina “Karusel” uşaq telekanalında “Odin protix vsex” proqramının aparacılığını edib. O, 2014-cü il Vankuver Qış Olimpiya Oyunları zamanı “Sport Plyus” kanalının xüsusi Olimpiya kanalında da çalışıb.

Y.Batırşina “Parni iz Baku” (Bakılı oğlanlar) Şən və Hazırcavablar Klubunun sabiq üzvü, NTV kanalının baş prodüseri Timur Vaynşteyn ilə ailəlidir. Onların Maryam və Ayla adında iki qızı və ötən ilin fevralında doğulmuş Leonid adlı bir oğulları var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:23 Televiziya aparıcılarının leksik norma səhvləri açıqlanıb – SİYAHI Azərbaycanın televiziya kanallarının qeyri-xəbər proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin leksik normasının pozulması faktları açıqlanıb. “Report”un xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az