t s

» » Batının Türklüyü çökdürmək istəyi

Batının Türklüyü çökdürmək istəyi

25-04-2015, 13:18 Yazar:  Aygün Baxılıb: 844 Çap et
Batının Türklüyü çökdürmək istəyiTürkel Araşdırma Qurumu təqdim edir

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!

Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə onillərdir ermənilərin arxasında duran güclərin türk dünyasına qarşı davranışlarına yönəlikdir. Bu qonu “erməni soyqırımı” uydurmasıdır. Bu yalançı olayın əsasları haqqında çox danışılıb. Tarixi anlamı çox vurğulanıb. Bu gün də basın yayınlarında ayrı-ayrı yazarların, ayrı-ayrı fikir adamlarının yazılarında bu məsələ genişliyi ilə öz əksini tapmaqdadır. Ancaq mən düşünürəm ki, məsələyə bir az fərqli yanaşmağımız gərəkdir. Həm də hesab edirəm ki, ayrı-ayrı insanlarımızın, aydınlarımızın, siyasətçilərin məsələyə yanaşması toplum üçün doğru bir sonuc vermir. Niyə sonuc vermir? Çünki “erməni soyqırımı” məsələsindən danışan insanlarımızın çoxluğu bu məsələnin arxasında duran qüvvələrin buyruğunda işləyir, onlara yarınır. Ona görə də onların sözü kəsərli deyil, keçərli deyil. Bax, biz burda uzun çağdır ki, söhbət aparırıq. Olayların tarixini, faktlarını, deyək ki, bizdən dərin bilənlər var. Ancaq burada olan insanlar heç bir vaxt qırağaçıxma eləməyib, sağ-sol getməyib. Bir sözlə, başqa qüvvələrin buyruğunda olmayan insanlardır. Bu insanlar səmimiyyətlə, ləyaqətlə öz ulusuna, öz yurduna sevgisini ifadə eləyir, öz rahatsızlığını sunur.
Konkret yaxın çağlarda, daha dəqiq desək, bu ayın 15-də Avropa Birliyi kimi, hamının dünyada mötəbər saydığı (mən mötəbər saymamışam heç vaxt), bir qurumun haqsızlığa qol çəkməsidir. Bu haqsızlıq da ondan ibarətdir ki, uzun onillərdir Türkiyəni təhdid eləmələrinə bir sonuc gətirdilər. Mən məsələyə misal gətirirəm, 1998-ci ildə Fransanın atdığı addımı. Fransa “erməni soyqırımı”nı tanıdı. Sonra bununla yetərlənmədi, bilirsiniz ki, “erməni soyqırımı”nı öz ölkəsində yalana çıxartmağa çalışan vətəndaşlarına yasalarla cərimələr təyin elədi. Baxın, Avropa Parlamenti deyilən bu qurumun ədalətinə, daha nəyinə küsənənlər, güvənənlər bu məsələlərə ayıq yanaşmalıdırlar, ayıq baxmalıdırlar.
Bilirik ki, ötən yüzilin ilk çağlarında Osmanlı Birinci Dünya Savaşına qatıldı. Osmanlı ilə savaşan Rusiya savaşını uduşla sonuclandırmaqdan ötəri Osmanlının içərisində olan erməniləri ayaqlandırmağa başladı. Konkret faktlar var. Bu faktları mən burda sadalamaq istəmirəm. Bəs qədər deyilib. Ruslar erməniləri həryönlü silahlandırırdılar. Onlara nə qədər vədlər verirdilər. Türkiyənin böyük bir hissəsini, konkret Doğu Anadolu hissəsini, sonra Azərbaycandan, başqa bölgələrdən torpaqlar qoparmaqla “Böyük Ermənistan” yaratmağı vəd edirdilər. Bununla da erməniləri vətəndaş savaşına qaldırdılar. Vətəndaş savaşına qalxan ermənilər də hər yerdə dinc insanlara divan tutmağa başladılar. Dinc topluma divan tutan bu nankor ermənilər təbii ki, cavablarını almalı idilər. O cavab da nə oldu? Heç vaxt Osmanlı onları kütləvi şəkildə soyqırıma uğratmayıb. Onları bir yerdən başqa yerə köçürmələr eləyib, zərərsizləşdirmək baxımından. Osmanlı əllərini qaldırıb dövlətinin çökməsini gözləməli deyildi. Ortada o qədər aydın, arı məntiqlər var ki, bu məntiqlərin üstündən xətt çəkmək, insanların gözünə kül üfürmək doğrudan da dünyanın indiki gedişatında əcayib görünür.
Bu baxımdan istəyərdim ki, dostlarımız öz fikirlərini bölüşsünlər. Sözün gedişində mən qonuları yeniləməyə çalışacam.

Xaliq Bahadır: Avropa Parlamentinin “genosid” qərarından sonra Türkiyədən, Azərbaycandan təpkilər oldu. Türkiyədən hakimiyyət səviyyəsində oldu, müxalifət səviyyəsində oldu. Azərbaycada hakimiyyət, bütünlüklə Avropanın, Amerikanın, İngiltərənin qurduğu olduğundan onlar susdular, susacaqlar da.
Türkiyədən də, bizdən də olan təpkilərdə iki yanlışlıq vardı. Mən onun üzərində durmaq istəyirəm. Baş verənlərlə bağlı çox danışmaq olar. Başlıca yanlışların üstündə durmaq istəyirəm. Nədir? Birinci yanlış saydığım düşüncə yönü, Avropa Parlamenti bu genosid qərarını erməni lobbisinin istəyinə uyğun olaraq verdi. Yəni bunu guya erməni lobbisi elətdirdi. Bu bir yanlışdır. İkinci yanlış budur: bu qərarla Avropa Birliyi özünün dəyərlərinə qarşı çıxdı. Bax, bu deyilişlər bizə olduqca ziyan gətirəcək yanlışdır. Nəyə görə? Biz bilirik, erməni lobbisi dünyada güclüdür. Erməni lobbisinin nəyə görə güclü olduğunu da bilməliyik. Erməni lobbisinin arxasında xristian dünyası durur. O başdan bu başa. Ancaq Avropa Birliyi erməni lobbisinin istəyiylə, qərarıyla oturub durmur. Bunu bilməliyik. Avropa Birliyinin öz siyasəti, öz strategiyası var. Öz istəkləri var, öz planları var. Ola bilər hansısa bir gün bizim istəyimizlə Avropa Birliyinin istəyi üst-üstə düşə bilər, Avropa Birliyi onunla bağlı qərar çıxara bilər, bizim xeyrimizə çıxarmış kimi görünər. Ancaq biz bilməliyik, – Avropa Birliyi başqalarının istəyi ilə oturub durmur. Ameri-kanın istəyiylə oturub durur. Buna söz ola bilməz. Avropa Birliyinin yiyəsi Amerikadır. Avropa Birliyinin indiki genosid qərarının da arxasında İngiltərə-Amerika birliyi durub. Anqlosaks birliyi durub. İşlərini görüblər qırağa çəkliblər.
Ermənilərin Türkiyədə törətdiyi qırğın məsələsi, hamınıza bəllidir, o qırğınıların başında İngiltərə dururdu. Lap Amerikanın özündə savaş gedirdi. Amerika hələ dünyanın siyasi arenasına çıxmamışdı. Öndə İngiltərə idi, XIX yüzildə. İngiltərə başladı. Niyə başladı? Türkiyəni bir türk dövləti olaraq aradan götürmək üçün. Çox böyük plan idi, çox böyük proje idi. Onu addım-addım onlar bugünədək gerçəkləşdirirlər. Konkret faktlar deyim. 1860-cı illərdən işə başladılar. Daha doğrusu, ondan qabaq işə başlamışdılar. 1860-cı illərdən erməni qalxımları başladı. Özü də hansı ortamda başladı? Türkiyə sultanı, yanılmıramsa, Əbdüləziz idi, erməniləri “sadiqi-milliyə” adlandırırdı. Deyirdi Türkiyənin ən sadiq milləti ermənilərdir. Aldanmışdılar. Onların aldan¬mağı¬nın da bir nədəni budur: Türkiyə sultanlarının çoxunun anası xristian idi. Sonra Türkiyə dövləti gerçəkdən yeniçəri dövlətinə çevrilmişdi. Anadolu türkləri sonuncu kateqoriyalı millətə çevrilmişdi. Bunlar hamısı faktdır. İndi Ərdoğan iş qaldırıb, Davudoğluyla birgə, bu, Türkiyəyə, Atatürkə xəyanətdir. Hansı Osmanlıdan danışırsan? Osmanlı türk dövləti olaraq öz varlığını itirmişdi. Gerçək bir türk dövləti deyildi o. Ərəbləşmişdi, erməniləşmişdi, yunanlaşmışdı. Tarixi faktdır, Osmanlını dağıdan da yunanlar oldu, ermənilər oldu, ərəblər oldu. Ərəblər bir az qıraqda idi. Din baxımından onlar yiyələnmişdilər Osmanlıya. Ancaq siyasi, iqtisadi baxımdan Osmanlı dövləti yunanların, ermənilərin əlində idi. Çoxlu qasidləri vardı, çoxlu deputatları vardı.
Bunu qoyuram qırağa, qayıdıram Avropa dəyərləri deyiminə. İstər Türkiyədən olsun təpkilər, istər Azərbaycandan, mən düşünürəm, o təpkilərdə, o adamlar özlərini demokrat kimi göstərirlər, ancaq başlıca orda çatışmayan demokratik prinsipdir. Nəyə görə? Demokratiyanın 4 özül prinsipi var. O 4 özül prinsipin ikisi burda nağd tapdanır. Avropa Parlamentinin qərarında bu ikisi tapdanıb. O nədir? – Qanunun üstünlüyü və İnsan hüquqları prinsipi. Avropa Parlamenti genosid qərarı ilə o iki psinsipi tapdayıbdır. Nəyə görə? Uluslararası hüquq normalarına uyğun olaraq, Türkiyə hökumətinin özünü qorumaq hüququ vardır. Türkiyə hökuməti ermənilərə qarşı çıxanda özünü qorumaq hüququndan yararlanırdı.Təkcə 1895-ci ildə Türkiyənin Zeytun bölgəsində ingilis¬lərin, rusların yaraqlandırdığı ermənilər 600 türk əsgər-zabitini qırmışdılar. Türkiyə hökuməti şoka düşmüşdü bundan. Mənim bu “sadiqi-milliyəm” məni qırır, ordumu qırır. Elə onda işin üstü açıldı. Bunun üstündə durmadılar bizimkilər. Türkiyə, üsyanı törədənlərə, onların başçılarına qarşı çıxdı, açıq dedi, onda bütün Avropa ayağa qalxdı, o işin qarşısını aldı. Osmanlı ondan keçdi. Sonra onun dalınca başqa terror faktları oldu, belə-belə, sonunculardan biri Tələt paşa idi. Bilirsiniz, Ənvər paşayla Tələt paşa nə prinsip irəli sürmüşdü. Onlar demişdilər, biz uzun illər ermənilərlə ayrı-seçkilik eləmədik. Onlara “sadiqi-milliyə” adı verdik. Onlar bizə xəyanət elədilər. Türkiyə dövlətinə, Türkiyə hökumətinə xəyanət elədilər. Onlardan biz necə qurtulmalıyıq? Çibanı kökündən çıxartmaqla. Bu, tarixə düşmüş deyimdir. Ənvər paşayla Tələt paşanın sözüdür. Onlar sözü bir yerə qoydular “çibanı kökündən çıxartdılar”. O da nə idi? Onları gəldikləri yerə köçürmək. Demirdilər hansısa səhraya-filan. Osmanlının qərarı belə oldu: ermənini gəldikləri yerə köçürmək. Bu iş də tapşırıldı general Camal paşaya. Camal paşa başladı, öldürmədən, qırmadan köçürdü. Camal paşanı da, Ənvər paşanı da ermənilər terror yolu ilə öldürdülər. Tələt paşanı ermənilər birbaşa Berlində öldürdülər. Terorçu tutuldu, məhkəmə quruldu, Almaniya hökuməti onu açıb buraxdı. O münasibət bu günədək gəlir. Terrorbaşı Öcalan 36 min türkü qırıb kef eləyir orda. Avropa, Amerika yol vermədi o cəzalandırılsın. Ancaq Rusiya cəzalandırır. Görün çeçenlərin nə qədər liderini güllələdilər. Nə qədərini döyüş meydanında, nə qədərini terrorla, nə qədərini tutub türmədə öldürdülər. Eləcə də Avropada. Eləcə də 2001-ci il ekiz binaların dağıdılması. Hələ də o quşquludur. Belə yazılar var, Avropalı jurnalistlər yazırlar, Amerika özü dağıtdı. Sonrası nə oldu? Əfqanıstanı tutdu, İraqı tutdu, 2003-cü ildə İraqı tutdu Amerika. 2003-cü ildən bugünəcən guya demokratiya qurulur. 2003-cü ildən bugünəcən İraqda bir milyondan artıq adam qırılıb. Bu mənim statistikam deyil, bu BMT-nin statistikasıdır. Yəni mənə toxunmaq olmaz, onda insan hüquqları ortaya gəlir, onda demokratik prinsip ortaya gəlir, qanunun üstünlüyü prinspi gəlir. Ancaq səni qıra bilərlər türk olduğuna görə. Sənə hər şey eləyə bilərlər.
Gəlirəm bizimkilərin olaya yanaşmasına. Avropa Birliyi demokratik prinsipləri tapdadı genosid qərarı ilə. Hələ mən Avropa ölkələrinin bir-bir genosidi tanımasını demirəm. Özü də o elə-belə yanlış deyil. Yanlış deməklə biz özümüzə ziyan vururuq. Özümüz, elə bil ki, cinayətə haqq qazandırırıq. Elə deyil axı. O proqramdır, o strategiyadır, o, başdan gəlir. İngilis siyasətindən gəlir. Bax, bu gün heç yerdə ingilisin adı yoxdur. Eləcə də Türkiyədə, Azərbaycanda, Güney Azərbaycanda baş verən, ermənilərin törətdiyi qırğınlarla bağlı ingilislərin adı çəkilmir, rusların adı çəkilir. Ancaq işin başında ingilislər dururdu. Bir faktı da mən vurğulamaq istəyirəm, Ağşın bəy üçün də ilginc olar. 1918-ci ildə bütün bölgə Antantanın tutqusu altında idi. Antanta bölgəni tutmuşdu, oturmuşdu. Urmiyayla Maku arasında bir neçə günün içərisində ermənilər on minəcən Azərbaycan türkünü qırdılar. Bunu avropalılar da yazırlar. Yəni orda gözüylə görən avropalılar, onların da təbii, içində vicdanlı, namuslu adamlar var. Onlar dəhşətə gəliblər ondan. On minəcən adamı qırıblar, sonra Azərbaycan qızlarını lüt soyundurublar, tarixi faktdır, yolun qırağına düzüb parad keçiriblər. Bunu yalnız əxalqsız, murdar, iyrənc erməni eləyə bilər. Türk bütün dünyanı tutub, belə şey eləməyibdir. Başqa xalqlar da eləməyibdir. Ermənilər qadınların qarnını yırtmaq-filan, bunların üstündə mən dayanmaq istəmirəm. Bunlar bəllidir. Az bəlli olanların üstündə dayanıram.
İndi nə görürük biz? İranda islam rejimidir. O başdan bu başadək, Batı Azərbaycandan Qarabağadək türk, müsəlman məscidlərini dağıdan ermənilərə İran İslam Respublikası yardım elədi, bu gün də eləyir. İranın dini öndəri Xamneyinin sözü yayılıb internetdə: “Bu genosid tarixi faciədir, erməniləri qırıblar”. Bu adamlarda başa düşmürəm, milli ruh çatmır, heç olmasa islam əxalqı deyilən bir şey varsa, desinlər ermənilərin Urmiyada etdiklərini. Yəni Azərbaycana qarışmasınlar, yaxşı, Türkiyəyə qarışmasınlar, barı ermənilərin oralarda törətdiyi qırğınılara qarışsınlar. Urmiyayla Maku arasında bir neçə günün içərisində ermənilər on minə yaxın Azərbaycan türkünü qırıblar. Niyə qırıblar? Onlar neyləmişdilər? Onlar dinc əhali idilər. İranın dini lideri də bu gün onu dilinə gətirmir. Nəyə görə? Bunlar birdirlər. Səudiyyə Ərəbistanın hökuməti İngiltərənin, Amerikanın qurduğu hökumətdir, İranın hökuməti onların hökumətidir. Müsəlman dünyasını yalandan aldatmaq üçün… Ortada çoxlu faktlar var. Bugünkü barışıq da, atomla bağlı, bunlar hamısı oyundur. Bütün oyunlar da türkün başındadır. Bunu bilməliyik.
1973-cü ildə Colan təpələrindən, İsrail sınırlarından tutmuş düz Türkiyəyəcən, Aralıq dənizi boyunca qırmızı zolaq ki var, o zolaqda qırılanlar türklərdir. O türklərin ulu babaları xaçlı yürüşlərinin qabağını kəsdilər, qanlarıyla, canlarıyla. Milyonlarla türk qırıldı. İndi onlar orda assimilyasiya obyektinə çevriliblər. Bir yandan qırırlar ərəblər onları, ingilisin, Amerikanın tapşırığıyla, o biri yandan assimilyasiya eləyirlər, açıq-aydın. Özü də bizə yaxındır onların danışığı. Açıq-aydın genosid gedir orda. 1973-cü ildən bu yana. İranda türklərin dili yasaq edildiyi kimi, kültürü yasaq edildiyi kimi, ərəblər arasında da o türklərin dili, külütürü yasaq edildi. İran İslam Respublikasında bir ovuc erməniyə hər cür ortam yaradıldığı halda, dili var, oxulu var, Suriyada, ərəb ölkələrində türklərə hər şey yasaq olunub. Orda da bir ovuc erməninin bir neçə kəndi var. Oxulu, mədəniyyəti, tibbi, hər şeyi var. Baxın, bütün dünyada hər şey yönəlib türklüyə qarşı. Biz gerçəkdən Avropa birliyinin genosid qərarına qarşı çıxırıqsa, ən azından ideoloji, siyasi baxımdan biz onlara qarşı bütünlüklə çıxmalıyıq. Faktları ortaya qoymalıyıq. Sənin qərarından belə çıxır, erməninin hüququ var, türkün hüququ yoxdur. Erməni nə istəsə eləyə bilər, türk heç nə eləyə bilməz. Baxın, Çində türklər bir yandan qırılırlar, o biri yandan assimilyasiya obyektinə çevrilirlər, Rusiyada türklər assimilyasiya obyektinə çevriliblər, İranda türklər assimilyasiya obyektinə çevriliblər, Ərəbistanda türklər bir yandan assimilyasiya obyektinə çevrilib, o biri yandan qırılırlar. Özü də bunu bilirik, ingilisin orda barmağı var. Baxın, ərəb dünyasının ən güclü dövləti Səudiyyə Ərəbistanıdır. Qardaşı ərəb Yəmənə girmək üçün, Yəmən Ərəbistanın bir parçasıdır, ingilisdən icazə aldı. Amerika bir yana, ingilisdən icazə aldı. Bunlar hamısı öz yerində, soruşan gərəkdir, ərəb, sən türkü niyə qırırsan? Bizim buradakı axmaq, başı xarab yurddaşımız da ərəbin, farsın arxasında durur. İslam adıyla onlara qulluq eləyir.
Baxın, islam İranı da erməninin arxasında durur, bütün ərəb dünyası da. Çıxışları var ortada, Yasir Ərəfatın, başqalarının çıxışı var, hamısı deyir biz ermənilərlə birik, bir olacağıq.
Soylu Atalı: On ildən çoxdur ki, mən bütün basın yazılarımın hamısında vurğu eləmişəm: istər Azərbaycanın, istər Türkiyənin iqtidar-müxalifəti davamlı şəkildə vurğu edirlər ki, erməni lobbisi Azərbaycanı, Türkiyəni dünyada udur. Hələ o vaxtlar mən bugünkü gedən söhbəti dönə-dönə yazılarımda yazmışam ki, bu qədər sadəlövhcəsinə öz ölkəsinin mənafeyini qulaqardı, gözardı eləmək olmaz. Erməni lobbisi deyə bir güc yoxdur. Amerikanın, Avropanın özünün məqsədi var, özünün çoxillik strategiyası var. Planı, proqramı var, onu həyata keçirir. Burada erməni lobbisi bəhanədir. Balaca bir araçıdır. Mən yazırdım ki, bizimkilər Azərbaycan-türk lobbisi yaradırlar dünyada ki, ermənini udsunlar, nə qədər də ona xərc qoydular, o pul oldu heç nə. Sonuc heçə getdi. Ona görə heçə getdi ki, aparıcı siyasi dünya üçün lobbi söhbəti boş bir şeydir. Onun özünün proqramı, planı həyata keçir. Necə ki, 20-ci yüzilin önlərində ermənini türkə qarşı ayaqlandırdılar, bir alət, bir araçı idi onlar üçün, eləcə də indi araçı, alətdir. Siyasətdə daim belə araçılar var. Buna görə nə qədər ki, bizim Azərbaycan toplumunda, iqtidarlı, müxalifətli hamı, bilim adamları, bu məsələyə bir açıdan yanaşmayacaqlar, onda birlik, həmrəylik deyə bir şey baş tutmayacaq. Ən azı belə məsələlər insanları ayıltmalı və başa salmalıdır ki, birlik üçün çox gözəl ortam yaranıb. Ən azı bu məsələni əsas götürüb bir araya gəlmək, bir açıdan çıxış eləmək gərəkdir. Dünyanın oynadığı oyunu ifşa eləmək gərəkdir. Ancaq bizimkilər neyləyilər? Bizimkilər hamısı, iqtidarlı müxalifətli, Batı dünyasının ayağının altına sərilirlər, düşünürlər ki, əgər onlar Avropaya, Batıya qarşı bir söz deyərlərsə, onların hakimiyyətdə qalması, hakimiyyətə gəlməsi dəstəklənməyəcək. Bax, bu məsələlərin hamısı sonucda gətirib çıxarır milli gəlişmənin qarşısını almağa. Dövlətin özünün milliləşməsinin qarşısını almağa gətirib çıxarır. Sonra, bu olayları xristian dünyasının müsəlmana qarşı atdığı addım kimi də çox qiymətləndirirlər. Mən o cür heç vaxt doğru saymamışam, qəbul da etməmişəm. Baxmayaraq ki, Papa siyasi qərarlar verir. Baxın, kilsə hara, siyasi qərarlar, siyasi çağırışlar etmək hara?! Bu bir deyil, bir neçə yoldur ki, xristinaların başında duran Papa açıq şəkildə göstərir ki, xristian-filan boş şeydir, hamısı Avropanın, Amerikanın siyasətinin alt çoxluqlarıdır. Bəli, ordan qaynaqlanır.
Sonra, bir məqamı xatırladım. Baxın, 20-ci yüzilin önlərində Rusiya erməniləri silahlandırdı, Türkiyənin içərisində vətəndaş savaşı başlatdı. Sonra da bəllidir ki, savaşı uddu. Baxın, o çağlarda silahla yardımlar vardı, bu çağlarda isə təkcə silahla deyil, geniş şəkildə maddi yardımlar var. Məsələn, Amerikanın dönə-dönə Qarabağdakı ermənilərə yardımıları olub. Bu yardımlar nəyə əsaslanırdı? Qarabağ erməninin əlində qalsın, Azərbaycanın yox…
IMG_2672Ağşın Ağkəmərli: Bəli, eyni halda bu məsələnin gerçəkləşməsi, bu senarinin bizdə icra olunması, təxminən Türkiyədə bu məsələnin reallaşmasından sonra başlayıbdır. Güney Azərbaycanda isə Şah İsmayıldan sonra başladı. Məsələnin başqa tərəfi bizim özümüzdədir. Suç bizim özümüzdən başlayır. Biz idik ki, məsələn, “milləti-sadiqiyyə” adı verirdik ermənilərə. Biz idik ki, onu gətirib başımızda nazir qoyurduq. Mən də əlavə edim ki, 1905-dən etibarən Güney Azərbaycanda bu hadisələrin baş verməsini fars yazarları da, hətta bizim əleyhimizə olanlar da üzə çıxardır. Xoyda 3000 insanı bunlar diri-diri divarlarda basdırırlar, Andranikin sərkərdəliyi ilə. Eyni halda deməliyik ki, bu olaylar təkcə o gün baş verməyib. Dediyim kimi, ondan neçə yüzil qabaq bu məsələ hazırlanmış və bu günləri üzə çıxmışdır. Avropanın apardığı və yürütdüyü bu günkü siyasət də gələcəkdəki faciələrimizin zəmini deməkdir. Gələcəkdəki senarinin ölkəmizdə icra olunması deməkdir. Bu bizə bir xəbərdarlıq təbilidir.
Xaliq Bahadır: Aqşin bəy, orda siz vurğulamalısınız, hamımız vurğulamalıyıq. Arada yazırlar, necə oldu, ermənilər bir ovuc oldu, bizi qırdılar. Bax, onu vurğulamalıyıq, bütün bölgə Antantanın tutqusu altında idi. Ermənilər ona arxalanıb edirdilər. Antantada İngiltərə idi, Fransa idi, Rusiya idi. Arxada da Amerika idi. Erməniləri birinci yaraqlandırmışdı ingilsilərlə ruslar, sonra qoşulmuşdu onlara fransızlar, sonra Amerika. Onlara biz necə güc çatdıra bilərdik? Yəni vurğulamalıyıq, bugünkü qərarın kökü ordadır. Antantanın başçılığı altında ermənilər bütün Türkiyədə, Azərbaycanın iki tayında qırğınlar törətmişdilər.
Soylu Atalı: Ağşın bəyin dediyi məsələ odur ki, olaylar on illər, yüz illər öncədən başlayaraq davam eləyir və bu gün də guya Avropa dəyərləri deyə bir şey ortalıqdadır, guya Avropadan gələn bir gəlişmə, tərəqqi dünyanı bürüməkdədir. Bu olayların hamısı sübut edir ki, deyilənlər bir boşluqdur, bir yalandır. O gəlişmənin içərisində çox dəhşətli fəlakətlər gizlənir və fəlakətlər bizlərə, bizim bölgələrə daşınır. Biz də ayılmırıq.
Ağşın bəy: Zəmin yaranıbdır.
Bu gün erməni özünü hər yerdə fərqli bir cildə salır. Türkiyədə özünü ayrı cür göstərir, Rusiyada ayrı cür. İranda ayrı cür. İranda biz bunun şahidiyik, baxın, internetdə də bunları görə bilərsiniz, Aşura günləri bunlar zəncir vururlar.
iran ermenilerÇadır qurub ehsan verirlər. Mən sual verirdim ki, sən niyə bu qədər İmam Hüseynə bağlısan? Deyir İmam Hüseyn azadlıqsevərdir, elədir, belədir. Dedim yaxşı, onda niyə müsəlman olmursan? Niyə xaçla gəlibsən ortaya, özün də zəncir vurursan. Bu necə ola bilər? Əgər doğrudan sən buna inanırsansa, gəl müsəlman ol. Kilsələrində, Tehranın bir kilsəsində bunlar Quran ayələrini düzürlər sırayla ki, məsələn, İmam Hüseynin bayraqlarını, islam bayraqlarını, yaşıl bayrağı vururlar, kilsənin içini bəzəyirlər. Dedim yaxşı, əgər sən doğrudan da buna inanırsansa, Qarabağda məscidə girmə, niyə girirsən? Həmin məsciddə, ifadəm düz çıxmasa da, çox üzr istəyirəm, bunlar donuz saxlayırlar, inək saxlayırlar. Yaxşı, orda müqəddəsdir, burda yox?! Orda inanırsan, burda yox?
2818.pngDediyim kimi, bu bizə bir xəbərdarlıqdır. Bu, gələcəkdə yeni faciələrin, olayların yaranması deməkdir.
Əgər bu gün ermənilər durub dənizdən dənizə yol almaq istəyirsə, dövlət qurmaq istəyirsə, onun bir sorumluluğu bizdədir ki, ona meydan vermişik. Keçənlərdə Xəzəryanı ölkələrin tədbiri keçirilirdi Aşqabadda. Oxudum ki, İran tərəfindən gedən müşavirlərin neçəsisə ermənidir. Mənə təəccüblü idi ki, erməninin Xəzər dənizi ilə heç bir bağlılığı yoxdur. Yaxşı, orda nə gəzir? O, İranın rəsmi mövqeyindən getsə də, sabah erməni olaraq, Xəzərə də iddia edəcək. Bizim humanizmimizin sonucunda bu gün Türkiyədə, İranda oxulları, universitetləri və gözə görünməyən bir çox yerləri hələ də fəaliyyət göstərməkdədir. Eyni halda ermənilərin Tehranda və Güney Azərbaycanın bir çox yerlərində gizli ordusu var – “Arteş sirri əraməni”. Bunların şüarları divarlarda yazılır. Bunların xüsusi yerləri var. Təlim verirlər. Tehranın özündə bir stadion var. Bu stadionda onlar görüş keçirirlər. Siz təsəvvür edin ki, Xoyun yaxınlığında bir kilsə var, bunlar həmişə pasxa bayramını orda keçirirlər. Fransanın səfiri də gəlir. Necə olur çöllük, səhra, ancaq Fransanın səfiri gəlir ora, qitələrin nümayəndələri gəlir ora, ayrı-ayrı ölkələrin nümayəndələri. Biz isə bir dağa, Babək qalasına çıxanda, Savalan dağına çıxanda hamı bizi tutub yaxalayır ki, niyə bura çıxmısan? Bəs yaxşı, bu necə olan bir şeydir? Hamımıza bəllidir ki, əgər biz belə gediriksə, belə laqeyd yanaşırıqsa, gözləməliyik, Qarabağ olayları Güneyimizdə də olacaq, gözləməliyik ki, torpaqlarımız əlimizdən Güney Azərbaycanımızda da alınacaq.
IMG_2660Xaliq Bahadır: Mən Ağşın bəyin çıxışıyla bağlı bir faktı yada salım. Ağşın bəyin bəlkə də yadından çıxıb. Xocalı qırğını. Azərbaycanda (İranda) Təbriz başda olmaqla Xocalı qırğınını anmaq yasaq idi. Sonra, İranın Moskvadakı elçisindən Azərbaycanlı jurnalistlər soruşurlar, sizin Xocalı qırğınına baxışınız. Deyir mən onu burda eşitmişəm. İslam dövlətinin baş diplomatı görün nə deyir. Bu, əxlaqdan mənəviyyatdan uzaq bir şeydir. Hesab elə, heç onlar Azərbaycanlı deyil, müsəlman deyil. Axı kameraların dünyaya səpələdikləri var. Necə sən onu bilmirsən? Demək onlar türkün qırılmağını danmağa çalışırlar.
Soylu Atalı: Yaxşı, mən üzümü Abil bəyə tutmaq istəyirəm. Demək, Avropanın aparıcı dövlətlərinin, o cümlədən Rusiyanın türk dünyasına qarşı, özəllikcə Azərbaycana, Türkiyəyə qarşı münasibətlərində heç bir fərq yoxdur. Onlar hətta bu məsələdə, necə deyərlər, yazılı olmadan anlaşıblar sanki. İndi gəlib biz belə bir çağa çıxmışıq. Zaman-zaman bunlar neyləyirlər? Bunlar erməniylə bizim aramızda dağıdıcılıq olayları yaratmaqdan ötrü, bizim gücümüzün gəlişməsinin qarşısını almaqdan ötrü öncə ermənilərin ayrı-ayrı ailələrini, nümayəndələrini gətirib bölgələrə yerləşdirirlər. Deyirlər bunların da yaşamaq haqqı var. Onun dalınca deyirlər bunların öz mədəniyyəti, kültürü olmalıdır. Bu mədəniyyəti, kültürü tanımaq gərəkdir. Onu da yeridirlər. Ondan sonra deyirlər bunlara bir muxtar vilayət yaratmaq gərək. Bunlara muxtar qurum yaratmaq gərək. Bunu da yaradırlar. Ondan sonra gəlib başımızın altına yastıq qoya-qoya deyirlər, bunlar özünü təyinetmə hüququna malikdirlər. Onlara hüquqi dövlət yaratmaq gərəkdir. Onlara bir dövlət yaradırlar. Bu dövlətin olmasıyla yetərlənmirlər. Deyirlər bu dövlətin sınırları genişlənməlidir. Bu sınırları genişləndirə-genişləndirə Azərbaycan torpaqlarının böyük bir hissəsini erməniləşdiriblər. Proses dayanmır. Bildiyiniz kimi, Zəngəzur, Zəngibasar, Qaraqoyunlu, Mehri, Ağbaba, İrəvan, Göyçə – bunlarda dayanmadılar. Gəlib Qarabağa çıxdılar.
İndi məsələ burasındadır ki, strategiya budur ki, aşama-aşama Azərbaycan torpaqlarını mənimsə¬sinlər, Bakıya qədər gəlib çıxsınlar və beynəlxalq statusa görə desinlər ki, Azərbaycan adlı dövlətin olması mümkün deyil. Çünki özünü qoruma məsələsi var. Dövlətin dövlət olma qoşulları var. Bu gedişlə Azərbaycan adlı dövlət yer üzündən silinir. Bunu mən heç yerdə oxumamışam, məntiq onu göstərir ki, onlar Ermənistan adlı dövləti təkcə Azərbaycanın bir hissəsində deyil, bütöv Quzey Azərbaycan coğrafiyasında yaratmağı qəsd etmişdilər. Bütün soyqırımlar da onu göstərir, Bolşeviklərin onlara yardım göstərmələri də. Bilirsiniz, Azərbaycanın bir çox bölgələrində aparılan soyqırımlar kimlərin yardımı ilə oldu. Deməli, biz Azərbaycan türkü olaraq öz coğrafiyamızda, öz yurdumuzda dövlətsiz etnik toplum halında yaşamalı idik. Yəni indi də olaylar bu yöndə inkişaf edir, bu yöndə gedir. İndi də bu uydurma erməni soyqırımı məsələsi, eləcə də atılan başqa addımlar. Hər kəs deyir ki, bu çağın siyasətidir. Bu, çağın siyasəti deyil. Böyük planın tərkib hissəsidir – türklüyə qarşı yönəlib.
IMG_2682Ağşın Ağkəmərli: Üzr istəyirəm, sizin sözün qüvvəti, “bu, çağın siyasətidir” deyə-deyə milyon kvadrat km-lik Azərbaycan bu gün bu durumdadır.
Soylu Atalı: Mən elə onu deyirəm. Azərbaycanın özünə divan tutulduğu bir halda, Türkiyənin qarşısında dönə-dönə israrla tələblər qoyulub. Sınırları aç, erməni gəlsin, getsin. Yəni faktları sadalamaqla qurtarmır ki, erməninin gəlişməsi, ayaqda qalması üçün ona nələr eləyiblər və onun qarşılığında bizə, Türkiyəyə hansı zərbələri vurublar. Hansı basqıları göstəriblər.
Abil Ulusoy: Dilə gətirməsələr də istəkləri nədir?! – Türkiyə Cümhuriyyətini öz tarixi keçmişiylə üzbəüz qoymaq istəyirik. Türkiyə öz tarixi keçmişiylə hesablaşmalıdır, cavab verməlidir. Türkiyənin tarixi keçmişi adlanan aynada isə 20-ci yüzilin başlanğıcında erməni toplumuna qarşı törədilən soyqırım faktı göstərməyə çalışırlar. Əgər Türkiyə bunu tanıyarsa, öz içində təmizlənər. Deyər ki, mən belə bir soyqırım törətmişəm. Onun qarşılığında ermənilər öncəki yerlərinə qayıdarlar. Təzminat ödənər, bununla da hər şey həll olunub qurtarar…
Əslində məndən qabaq deyilən bütün fikrilərlə mən öz birliyimi bildirirəm. Bu, Azərbaycan aydınlarının mövqeyidir. Azərbaycan xalqının içərisindən gələn bir mövqedir.
IMG_2693Avropanın, Roma Papasının Vatikandan səsləndirdiyi fikir nə keçmişə özgündür, nə də bu günə. Roma Papasının səsləndirdiyi fikir əslində gələcəyə hesablanmışdır. Bu, açıq-aydın istəkləri ortaya qoymaq mesajıdır. Vatikanın heç bir hərbi gücü yoxdur, belə baxanda. Ancaq Vatikanın çox böyük siyasi gücü var. Vatikan Avropa dövlətlərinin, dolayı yolla Amerikanın siyasi ruporudur. İstəklərini onun araçılığıyla səsləndirirlər. Ayrı-ayrı dövlətlərdə ayrı-ayrı ictimai xadimlər tapılır və onlar siyasilərin, dövləti idarə edən adamların deyə bilmədiklərini səsləndirirlər. Məsələn, qonşu Rusiya Federasiyasında Vladimir Jirinovskinin dediyi. O istəkləri ki Jirinovski səsləndirir, tutaq ki, Krımla bağlı onun radikal çıxışlarına, Putin deyir bu onun şəxsi fikridir. Əslində ürəyində gülümsəyirdi, bir-iki dəfə də üzünü gizlədə bilmədi kameralardan. Bu onun istəyi idi. Ancaq dövlətin başçısı olaraq o, deyə bilmir ki, zəbtçiliyində haqlıdır. Ukraynanı tamamilə xəritədən silmək gərəkdir. İstəklərini ifadə eləmək üçün ayrı-ayrı adamlara boy verir.
Türkiyədən nə istəyirlər? Bizi pis anlamda millətçi donunda görürlər. Ən böyük millətçilik, onun ən ifrat forması Avropada, Amerikadadır. Avropa Birliyi əslində dəyərsizləşmiş bir qurumdur. Görün bu Qurum necə dağıdıcıdır. Çalışdıqları nədir, – türkü bir günahkar millət halına gətirib salmaq, ondan hər dəfə istədikcə nəyisə almaq. Çox asanlıqla hər şeyimizi veririk. Qonşu Gürcüstanda yaşayan bapbalaca gürcülərə hər şeyimizi vermişik. İran üçün nə gərəkdir eləmişik. Tarix yazmışıq İrana. Dövlət yaratmışıq. Qurmuşuq, saxlamışıq. Səfəvilərin dövrü olsun, Əfşarların, Qacarların dövrü olsun. Hər şey eləmişik İran üçün. Aldığımız nə olubdur? Şəhriyar demişkən, qəm, qüssə, bəla, edamlar. Rusiyaya qulluq eləmişik. Fəxr edirik, filankəs Rusiyada filan görəvi tutubdur. Guya bu imperiyada o görəvli ilə nəyə yetə biləcəyik ki?! Hər şeyi tamamilə kökündən dəyişmək gərəkdir. Dünən baxıram, Türkiyənin baş baxan yardımçısı deyir, 400-ə yaxın türkü ərəblər qırıblar. Bəs yaxşı, onda sən niyə ərəbin yanına qaçırsan? Nə itirmisən orda? Bülənt Arınc deyir. O rəqəmi ki, sən sələndirirsən, yetərincə də bilgili adamsan. Bəs niyə bir dəfə Təbriz demirsən, Azərbaycan demirsən?! Elə belə yanlış duruma görədir ki, siyasi dünya bizləri ittiham kürsüsündə oturdur.
IMG_2668Xaliq Bahadır: Bir fikir vurğulamaq istəyirəm. Nəyə görə bu siqnal Vatikandan verildi? O siqnal Atilla dönəmindən verilən siqnaldır. Roma papası öz suçu üzündən Atillanın qabağında diz çökməli olmuşdu. Onu hələ də türklüyə bağışlamırlar. Xaçlı yürüşləri onda oldu. Roma papasının çağırışıyla oldu. Biz onu unutmamalıyıq. Bu elə-belə şey deyil. Plandır, proqramdır, strategiyadır. Bir-biriylə uzlaşdırırlar, işlərini görürlər. Bizim suçumuz nədədir? Abil bəy deyir türk 350 milyondur. Ancaq biz heç 300 nəfər də deyilik. Bizim 300 nəfərimizin uzlaşmağımız yoxdur. Türk dövlətləri arasında uzlaşma yoxdur.
Düzdür, onlar (qıraq qüvvələr) bizim aramızda işləyirlər. Bəs bizim öz ağlımız?! Bizim ən azından keçmişimiz olub. Ən azından biz o keçmişimizi öyrənməliyik, ona söykənməliyik. O keçmişdən qaynaqlanmalıyıq. Dünyada ikinci bir ulus onu yaratmayıb, yarada bilməyib. Nəyə görə Azərbaycanın üstünə bir belə düşürlər? 20-ci ildə Bolşevik Rusiyası ilə vuruşa-vuruşa gördülər iki Azərbaycan birləşir. Qacarlar hökuməti ilə Osmanlı dövlətinin gizli bir danışığı olmuşdur. Alman, ingilis kəşfiyyatı bunu sonra tutmuşdu. Almaniya ilə İngiltərə bir-biriylə düşmən idi, ancaq bunu bilən kimi, qərar vermişdilər, yol vermək olmaz. Axırda görmüşdülər öz gücləri ilə olmur, belə qərara gəlmişdilər ki, onda qaytaraq verək düşmənimiz Rusiyaya Quzey Azərbaycanı. Biz bu faktları bilməsək doğru yol tuta bilmərik. Biz tarixi öyrənmirik, biz öz tariximizi bilmirik.
Soylu Atalı: Beləliklə, biz ümumiləşdirilmiş bir səpkidə soyqırım olayına, onun qırağa çıxan məqamlarına yönəlik bəlli fikirlər sərgilədik. Söz yox, bu fikirlər əsasən ideoloji yöndə sərgiləndi. Belə də olmalıdır. Bir şeyi də mən yurddaşlarımıza üzümü tutub demək istəyirəm ki, burada səslənən fikirlər içərisində belə görünə bilər ki, aqressiyalar var, biz elə Avropanı məhv eləmək çağırışları edirik. Elə görünə bilər ki, biz Avropadan təcrid olmağı, ayrılmanı irəli sürməklə, sanki bu gün, deyək ki, Türkiyədə yürüdülən siyasətin bir hisəssini təşkil edirik, tərsinə. Elə görünməməlidir. Bilirsiniz, Türkiyədə Osmanlı prinsipləri dirçəldilməyə çalışılır. Bəlkə də Avropa bundan təşviş keçirib qondarma soyqırım olayını gündəliyə gətirir və onu tanıyır. Bax, bizim suçlarımızdan biri də budur. Türkiyənin timsalında biz geriyə qayıdırıq sanki.
Təcrid məsələsiylə bağlı olduqca ciddi düşünmək gərəkdir. Biz təcridə fiziki anlamda çağırmırıq. Bu təcrid o təcriddir ki, bütün dünya çapında monopoliya deyilən bir anlayış var. Siyasi monopoliya var. Dünya siyasi monopoliyadadır. Avropa birlikləri, qurumları, örgütləri, hamısına yaxşı baxın, hamısı bir məqsədə qulluq eləyir. Hamısı bir hədəfə vurur. Bəzən bizimkilər deyir, tutalım ki, Avropa tərəfindən yaranmış bir qurum hansısa addımı yanlış atdı. Gəlin biz sözümüzü başqa bir quruma ünvanlayaq. Deyək ki, BMT-yə. BMT-ni də onlar yaradlıb. BMT də onların strategiyasına qulluq eləyir. Bu baxımdan biz də deyirik ki, hara addım atırsan at, harda güzəşt eləyirsən elə, biz gedib onların qazdıqları quyuya düşürük. Bax, bizim çağırdığımız təcrid məsələsi o quyuya düşməməyə yönəlikdir. O quyudan çıxmağa yönəlikdir. Yoxsa biz dünya xalqlarına qarşı savaş cəbhəsi elan eləmirik. Nə də dünyanı ona çağırmırıq. Bizim Avropaya yanaşmağımız da həmin məsələdir ki, bizi uçuruma çəkirlər, bizi ayaqlayırlar, bölürlər. Burada, Xaliq bəyin də israrla dediyi, türklüyün taleyindən gedir söhbət. Türklüyün taleyi üçün hazırlanmış qəliblərə yüyürməli deyilik. Bax, söhbət ondan gedir.
Baxın, Avropadan bizə uzun onillərdir gələn nədir? Bizə gələn hüquq yasalarıdır. Mənəviyyat yasaları gəlmir, tərsinə, onlardan gələn hüquq yasaları mənəviyyatsızlığa qapı açır. Bu gün də toplumun içərisində, sizin hər birinizin izlədiyiniz nədir? Toplum tamamilə mənəviyyatsızlıq uçurumuna düşür. Toplum hara getdiyinin, hara sürükləndiyinin fərqinə varmır. Necə yaşadığının fərqinə varmır. Ona görə də birlik deyə bir şey ortaya gəlmir. Birlik kimlə olur? – Xalqla. Xalq da ki, gözünüzün qabağında mənəviyyatı, məişəti, hər şeyi uçurulur. Bu uçurmalar da dış qüvvələrlə iç qüvvələrin birgə işləmələri sonucunda baş verir. Biz də bunlara yönəlik çağırış edirik. Belə bir məqamda kimsə bizi suçlamasın ki, Azərbaycan iqtidarının hansısa addımları burda təhlil olunur, soyqırım hara, bu məsələ hara?! Bu məsələ elə bir-biriylə sıx surətdə bağlıdır. Yəni bizim özümüzün başımızda duran qüvvələrin yaratdığı ortamla dış qüvvələrin yaratdığı ortam bizi gətirib həmin uçurumlara sürüklədiyinə görə, biz gah bu, gah başqa məsələlərdən danışmaq zorunda qalırıq. Bax, bu baxımdan da biz deyirik ki, bütün sorunların hamısının əsasında duran bir şey var: biz dəyər deyilən bir şeyləri, yasa deyilən, ideoloji deyilən bir şeyləri qıraqdan daşıyırıq. Qıraqdan daşıdığımıza görə biz onların badalağından açıla bilmirik. Qıraq bizə gətirdiyi ideoloji ilə özünün bütün etkilərini gətirir. Biz ondan açıla bilmirik. Dünyaya, bəşəriyyətə sivilizasiya yaradan, mədəniyyət yaradıb verən, mənəvi-insani dəyərlər yaradıb verən bir ulus, necə ola bilər ki, özünə daim qıraqdan ideoloji daşısın, qıraqdan dəyər daşısın. Bunun da sonucunda bizə qarşı olanların etkisinə uğrayıb uçurumlara yuvarlansın, milli kimliyi sıradan çıxarılsın, milli şüuru sıradan çıxarılsın. Dövlətçiliyi qorxu ilə üz-üzə gətirilsin. Bizim dövlətçiliyimiz bu gün qorxu ilə üz-üzə gətirilir. Bütün bunları gözümüzün altına alaraq vurğu edirik. Bizim vurğularımızda da kəskin məqamlar, düşünürəm ki, heç kimi çaşdırmamalıdır. Heç bir millətsevər, heç bir yurdsevər, heç bir bəşərsevər kəsi çaşdırmamalıdır.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Çiçək Ayı, 37-ci il. Atakənd.
(aprel, 2015. Bakı).




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:27 İnam Ata (Asif Ata): «Müəyyən dövrdən sonra erməni tək qalacaq » “Xəyanətkarlıqda üstünlük görmək, onu bir qabiliyyət saymaq, mərdliyə, təmizliyə gülmək - budur ermənilərin sifəti” “Bunların ancaq və ancaq yerə-göyə sığmayan iddiası və həqarəti var” Tarixən xalqımıza qarşı düşmən olan ermənilər bu gün də öz məkrlərindən əl çəkməyiblər. Dünya mahiyyətcə
08:47 Erməni-Türk savaşı və “soyqırım” yalanlarının sonu Vəfa Quluzadə: “Türkiyə hökuməti Türkiyənin böyük dövlət və millət olduğunu nümayiş etdirir”; Zahid Oruc: “Türklər və azərbaycanlılar dünyaya ermənilərin sifətində çıxmağı aşağılanma və milli mənliklərinə zərbə hesab edirlər” Türkiyənin baş naziri Əhməd Davudoğlu Osmanlı İmperiyasının zamanında
12:15 Əli Həsənov:“Azərbaycan uğrunda mübarizə gedir” - VİDEO Azərbaycan Ukraynanın oynadığı rolu oynayır... [/b] Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dünən ANS-də "Hesabat"ın qonağı olub. [b]Mediaxeberleri.az ANS TV-yə istinadən Əli Həsənovun müsahibəsini təqdim edir: - Əli müəllim son zamanlar apardığım müşahidələr göstəriri
18:34 XALİQ BAHADIR: "AVROPARLAMENTİN “GENOSİD” QƏRARI – DİPLOMATİK İNTERVENSİYA" Avroparlamentin “genosid” qərarı. Bu qərara bir çox yönlərdən baxmaq olar, ancaq başlıca olaraq iki yöndən baxılmalıdır: tarix, hüquq. Bəri başdan demək gərəkir: “genosid” adı verilən yüz illik keçmişə bağlı erməni yalanlarını tarixçilər araşdırmalı, hüquqçular dəyərləndirməlidirlər. Avroparlament
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az