t s

» » Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

12-03-2019, 07:53 Yazar:  Eldar Baxılıb: 30 Çap et
Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Mediaxeberleri.az
-ın xəbərinə görə, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycanda axır çərşənbə martın 19-na təsadüf edir. Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 21-i Bakı vaxtı ilə təxminən saat 01:58 radələrində baş verəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:47 Bu gün İlaxır çərşənbədir Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - İlaxır çərşənbədir. Mediaxeberleri.az xəbər verir ki, Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır. İnama görə Torpaq
08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
14:23 Bu gün Yel çərşənbəsi qeyd olunur Bu gün Novruzun üçüncü çərşənbəsi – Yel çərşənbəsidir. Mediaxeberleri.az xəbər verir ki, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu
08:01 Azərbaycanda Yel çərşənbəsi qeyd olunur Tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Bu gün Novruzun üçüncü çərşənbəsi – Yel çərşənbəsidir. Mediaxeberleri.az xəbər verir ki, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi
01:12 Bu gün çərşənbələrin əzizi - Yel çərşənbəsidir Bu gün Azərbaycanda Yel çərşənbəsidir. İlin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az