t s

» » Bakı səmasında növbəti həyəcan – İkinci təyyarə eniş üçün icazə istədi

Bakı səmasında növbəti həyəcan – İkinci təyyarə eniş üçün icazə istədi

11-03-2019, 21:48 Yazar:  Azad Baxılıb: 40 Çap et
Bakı səmasında növbəti həyəcan – İkinci təyyarə eniş üçün icazə istədi
Daha əvvəl “Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib

Gün ərzində ikinci təyyarə Azərbaycan paytaxtı Bakıda təcili eniş etmək üçün icazə istəyib. Bu barədə Turkustan.info “vesti.ru”-ya istinadən xəbər verir.

Məlumata əsasən “Cargolux” aviaşirkətinin Honkonq-Lüksemburq aviareysini həyata keçirən “Boeing 747-4HQ” tipli təyyarəsi Bakıda eniş etmək üçün icazə istəyib.

Hələlik təyyarənin eniş etmək istəməsinin səbəbi bəlli deyil.

Qeyd edək ki, daha əvvəl “Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib ki, Bəhreyndən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus “Airbus A321” təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

“Qəza enişinə səbəb kapitanın hava gəmisində (HG) bomba olmasından şübhələnməsi ilə bağlıdır. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub. HG komandiri sərnişinlərin təcili təxliyəsi barədə qərar qəbul edib” – deyə məlumatda vurğulanır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:00 Zaqatala Beynəlxalq hava limanı istifadəyə verilib Zaqatala Beynəlxalq hava limanı əsaslı yenidənqurmadan sonra rəsmən istismara verilib. Mediaxeberleri.az xəbər verir ki, "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zaqatala Beynəlxalq hava limanının yenidən qurulması Prezident İlham Əliyevin Zaqatala rayonuna
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
17:47 Almaniyadakı sirli azərbaycanlı oliqarx... Almaniyanın Han aeroportunda mənzillənən, “Boeing” və “Airbus” sərnişin təyyarələrinə, habelə “Gulfstream GV-SP” özəl jetlərinə texniki xidmət göstərən və onların əsaslı təmirini həyata keçirən şirkətin sahibi Azərbaycandan olan investordur. Virtualaz.org saytı xəbər verir ki, bu haqda Almaniyanın
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az