t s

» » "Ən azı bir dəfə yolunu azırsan..." – Müğənnidən şok sözlər

"Ən azı bir dəfə yolunu azırsan..." – Müğənnidən şok sözlər

11-03-2019, 14:15 Yazar:  Günel Baxılıb: 28 Çap et
"Ən azı bir dəfə yolunu azırsan..." – Müğənnidən şok sözlərKitabların qapağını yastıq, səhifələrini də üstümə çəkib yorğan etmək istəyirəm. İtib-batdığım, içinə girib gizləndiyim vaxtları sevirəm. Hər kəsin bir gizli yeri var əlbəttə, evi kimi, özünü rahat hiss etdiyi... Mənim gizli məbədim kitablardır.
Mediaxeberleri.az
xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova özünün İnstaqram səhifəsindəki paylaşımında qeyd edib.
Onun sözlərinə görə, həyatda hamı bir dəfə olsa belə mütləq yolunu azır, yoldan çıxır: “Aranızda bunu etiraf edəcək, dilinə gətirə biləcək neçə insan var, ya da neçə insan çıxar? Amma heç kimin söyləməyə cəsarət etmədiyini kitablar söyləyər.
Əlbəttə, oxuduğunu başa düşənə, başa düşdüyünü fikirləşənə, fikirləşdiyini həzm edənə söyləyər kitablar, yəni hiss edə bilənə... Mənim kimi içinə girib arasında gizlənməkdən həzz alan, rahatlıq tapanlar və rastına çıxan səhifədəki sətirlərin bir təsadüf olmadığına inanan mənim kimi dəlilər varsa, çox sevindim”.
Türkiyədə yaşayan ifaçı izləyicilərinə bol kitablı, musiqili, sənətlə dolu, gözəl həftə arzuladığını bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az