Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu.
Mediaxeberleri.az xəbər verir ki, bu gün “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Ağstafa şəhəri “Yazıçılar Evi” ndə geniş bayram tədbiri təşkil olundu. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan İcra başçısı tədbirdə iştirak edən bütün xanımları gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik edərək, fəaliyyətlərində uğurlar arzu etdi. Bildirildi ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarix boyu vətənimizdə həmişə uca tutulduğunu Azərbaycan qadınının bütün dövrlərdə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Azərbaycanda qadına - anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini - gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərmişdir.
Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadimdir. Tədbirdə həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınları rayon İcra hakimiyyətinin “Fəxri Fərman”ları və qiymətli hədiyyələri ilə təltif olundu.
Ağstafalı xanımlar ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər.
Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin ifasında geniş konsert proqramı ilə davam etdirildi.
Öz şərhini bildir: