t s

» » Bakıda Novruz bayramı keçiriləcək - Aleyna Tilki konsert verəcək

Bakıda Novruz bayramı keçiriləcək - Aleyna Tilki konsert verəcək

6-03-2019, 22:30 Yazar:  Aytən Məmmədli Baxılıb: 44 Çap et
Bakıda Novruz bayramı keçiriləcək - Aleyna Tilki konsert verəcək
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq paytaxt sakinlərini və şəhərimizin qonaqlarını baharın müjdəçisi, Azərbaycan xalqının milli adət-ənənələri ilə zəngin Novruz bayramını İçərişəhərdə qeyd etməyə dəvət edir.

Qoruq İdarəsindən Mediaxeberleri.az
-a bildirilib ki, martın 20-dən 26-dək davam edəcək “Bahar qalası” festivalında Qoşa qala meydanındakı dekorasiyalar qonaqları paytaxtımızın keçmişinə səyahətə aparacaq. Ənənəvi olaraq təşkil edilən konsert proqramı festival ərzində hər gün saat 12:00-dan axşam saat 18:00-a qədər davam edəcək. Tamaşaçılara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında Novruz ənənəsinə sadiq olaraq bir-birindən fərqli rəqslər və nəğmələr təqdim ediləcək, estradamızın ulduzlarının ifasında sevilən mahnılar səsləndiriləcək.

Festival müddətində Qüllə küçəsi boyunca tavandan asılacaq rəngarəng lentlər, hava şarları və çilçıraqlar, keçiddə canlandırılacaq opera səhnəcikləri izləyənlərdə sehrli bir nağıl təəssüratı yaradacaq. Həmçinin Qüllə küçəsi boyu qurulacaq “Şərq bazarı”, oradakı tacirlərin və onların dəvələrinin istirahət etməsi bu ərazini öz tarixi gözəlliyinə qovuşduracaq.

Qız qalasının arxasındakı meydanda İçərişəhərin sakinlərinin qonaqlara öz qonaqpərvərliklərini nümayiş etdirmək, onlara Bakı mətbəxinin zənginliklərini sərgiləmək və əlavə gəlir əldə etmək üçün 3 satış nöqtəsi təmənnasız onların istifadəsinə veriləcək.

Qız qalası qarşısında yerləşən meydanda ölkəmizdə yaşayan xalqların uşaq ansamblları öz milli geyimlərində ifa edəcəkləri rəqslər və nəğmələrlə izləyənlərə Novruz bayramının çoxsaylı etnik qrupları birləşdirməsini, Azərbaycan ərazisində yaşayan xalqların firavan həyatını nümayiş etdirəcək.

Bütün bu yeniliklərlə yanaşı, festival çərçivəsində martın 23-də Qoşa qala meydanında Türkiyənin gənc estrada ulduzu Aleyna Tilki konsert proqramı ilə çıxış edəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:30 Abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verildi - FOTOLAR Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir. Mediaxeberleri.az xəbər verir ki, Xətai rayonunun Zığ yolu, 9 ünvanında,
09:58 İçərişəhərdə “Bahar qalası” adlı Novruz şənliyi keçirilib Martın 19-da İçərişəhərdə, Qoşa Qala qapısı yaxınlığında “Bahar qalası” adlı Novruz şənliyi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq, bu il də Novruz bayramı
08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az