t s

» » Azərbaycan bir aya 1 milyard dollarlıq neft satıb

Azərbaycan bir aya 1 milyard dollarlıq neft satıb

19-02-2015, 17:14 Yazar:  Aygün Baxılıb: 718 Çap et
Azərbaycan bir aya 1 milyard dollarlıq neft satıbDGK məlumat yaydı.

Azərbaycan 2015-ci ilin ilk bir ayı ərzində 1 milyard 65 milyon dollarlıq xam neft ixrac edib.

Bu barədə Mediaxeberleri.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 34,2% və ya 552,67 milyon dollar azdır.

2014-cü ilin yanvarında isə təxminən 1 milyard 618 milyon (daha dəqiq 1 milyard 618 milyon 066.20 min) manatlıq xam neft ixrac olunub.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanın cəmi ixracı 1 milyard 277 milyon 814.36 min dollar təşkil edib. İxracın 83,4%-i xam neftin hesabına təmin olunub.

Qeyd edək ki, ekspertlər ixracın azalması sırasında neftin ucuzlaşması amilini əsas götürürlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:39 Ermənilər kütləvi şəkildə ölkədən qaçırlar Üç ay ərzində təxminən 27 min insan Ermənistanı tərk edib Bu ilin birinci üç ayı ərzində Ermənistana “Zvartnos” və "Şırak” aeroportlarından belə, 145 min 508 insan hava yoluyla gəlib amma 172 min 376 insan isə gedib. Mediaxeberleri.az-ın Ermənistanın slag.am saytına istinadən verdiyi xəbərə görə,
23:49 Rabitə sektorunun gəlirləri 14% artıb Komitə ötən ayın göstəricilərini açıqladı. İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artaraq 133,6 milyon manat təşkil edib. Bu barədə Mediaxeberleri.az-a Dövlət
08:45 Oliqarxların vergi qorxusu - xəbər Fazil Məmmədova fövqəladə səlahiyyətlər verildi; Vergilər nazirinə tapşırılıb ki, məmur-oliqarxların nəzarətində olan bütün istehsal müəssisələri - fabriklər, zavodlar, restoranlar, hətta qaçqınların adına rəsmiləşdirdikləri köşklər belə istisnasız olaraq vergiyə cəlb edilsin; vergi borcunu

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az