MySQL Error!
MySQL error in file: /engine/modules/show.full.php at line 920
Error Number: 191
The Error returned was:
Too many words in a FTS phrase or proximity search
SQL query:

SELECT id, date, short_story, xfields, title, category, alt_name FROM dle_post WHERE MATCH (title, short_story, full_story, xfields) AGAINST ('Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib.Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ağsaqqalları, gəncləri, RİHB-nin kənd İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, Bakı Dövlət Universiteti Qazax fillialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, məktəb direktorları, bağça müdirləri, rayonda fəaliyyət göstərən işçi qrupunun üzvləri, ictimaiyyətin müxtəlif təbəqələrinin və KİV nümayəndələri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə toxunulmuş məsələlərlə bağlı geniş məruzə ilə çıxış edib.Rayon rəhbəri qeyd edib ki, bildiyiniz kimi, 2017-ci il iqtisadi sabitləşmə ili olmaqla 2017-ci ildə iqtisadi sabitliklə bağlı çox önəmli addımlar atılmışdır. Eyni zamanda, 2018-ci il də dərin iqtisadi islahatlar ili olmuşdur. Bu da imkan verdi ki, 2018-ci ildə çox ciddi islahatlara başlanılsın və islahatlar da özünü göstərdi. Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni, ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil etmişdir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir. Bu onu göstərir ki, 2017 və 2018-ci illərdə təməli qoyulan iqtisadi islahatlar 2019-cu ilin birinci ayında öz bəhrəsini verərək iqtisadi artımın il ərzində yüksək templə inkişaf etməsinə zəmin yaradacaqdır.İcra başçısı bildirib ki, cənab Prezidentin son aylarda sosial məsələlərin həlli ilə bağlı verdiyi Fərman və Sərəncamlar deməyə əsas verir ki, 2019-cu il Azərbaycanda sosial inqilabi islahatlar ili kimi tarixə düşə bilər. Azərbaycan Prezidenti İlham Əliyev 25 fevral 2019-cu il tarixdə “İqtisadi və sosial məsələlərlə bağlı müşavirə”də qeyd etdi ki, ölkədə aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Cənab Prezident hər zaman sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə iqtisadi inkişafın imkanlarının ilk növbədə sosial sahəyə yönəldilməsini təmin etdi. Beləliklə, “Minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, həmçinin, qısa müddətdə digər ödənişlərin verilməsi kimi mühüm addımlar atıldı və dövlət başçısı bütün bunları həyata keçiriləcək böyük sosial paketin yalnız bir hissəsi kimi qiymətləndirdi\". Doğrudan da qısa müddətdə belə mühüm qərarların qəbul edilməsi 2019-cu ili sosial sahədə inqilabi islahatlar ili kimi qiymətləndirməyimizə əsas verir.Müşavirədə cənab Prezident illər boyu şəffaflığın təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin nəticə verdiyini vurğulamışdır. Təkcə bu ilin ilk ayında şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir. Büdcə daxilolmaları kəskin artmışdır. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplamışlar. Gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplamışlar və ümumi büdcə daxilolmalar 105 milyon manat artmışdır. Bu da 1 il üçün hesablandıqda 1 milyard manatdan artıq daxilolma deməkdir. Bu onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Burda xususi bir məqama toxunaraq demək istərdim ki, artım yalnız qeyri-neft sektorunun payına düşür.Rayon rəhbəri vurğulayıb ki, bu ilin yanvar ayında Davos Ümumdünya İqtisadi Forumunda da keçirilən görüşlər bir daha onu göstərdi ki, ölkə iqtisadiyyatına böyük biznes tərəfindən çox böyük maraq var. Azərbaycan ilə əməkdaşlıq etmək istəyən, investisiya qoymaq istəyən şirkətlərin sayı artır və növbəti illər üçün xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri gündəmə gətirilmişdir. Azərbaycanda aparılan islahatlara çox böyük maraq var və bu islahatlara çox yüksək qiymət verilir. Dünyanın aparıcı beynəlxalq maliyyə qurumları – Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı ilə çox səmərəli, işgüzar əməkdaşlıq aparılır. Ölkəmizdə olan münbit şəraitdən istifadə edən iş adamları istər xarici investorlar, istərsə də yerli investorlar ciddi sərmayə qoyurlar. Elə bunun nəticəsidir ki, neft sektoru ilə bərabər qeyri-neft sektoru inkişaf edir, yeni istehsal müəssisələri yaradılır, sənayeləşmə inkişaf edir. İqtisadi maraqlarına və dövlətimizdə olan şəffaflığa görə, təhlükəsizliyə görə dünyanın aparıcı maliyyə qurumlarının yüksək vəzifəli nümayəndələri bu yaxınlarda Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında iştirak etmişlər. Bu qurumlarla əməkdaşlıq gələcəkdə də çox uğurlu olmaqla yanaşı öz bəhrəsini verəcəkdir.İcra başçısı bildirib ki, bildiyiniz kimi, illər ərzində ölkəmizdə uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Xususilə - son illər ərzində aparılan uğurlu sənayeləşmə siyasəti öz nəticələrini göstərdi və göstərməkdədir. Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalı təxminən 14 faiz artmışdır. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir, bəlkə də birincisidir.Qazax rayonunda sənayeləşmə ilə bağlı görülən işlərdən söz açan icra başçısı rayonda sənayeləşmə siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, rayonda fəaliyyət göstərən \"Saloğlu” firmasının istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan və Gürcüstana ixrac olunur, hazırda 400 nəfər kollektiv fəaliyyət göstərir, istehsal sahələrini genişləndirməklə 2500 iş yerinin açılması hədəf götürülmüşdür. Bu istiqamətdə ilkin olaraq ümumi sahəsi 17500 kvadratmetr olan yeni “Venzana” layihəsi üzrə mebel fabrikinin tikintisinə başlanılmış, layihənin ümumi dəyəri 25 milyon manat təşkil edir. İlin sonunadək yeni mebel fabrikinin yaradılması başa çatdırılaraq 2020-ci ilin ilk rübündə Avropanın bir çox ölkələrinə \"Made in Azerbaijan” brendi ilə mebel ixrac ediləcək ki, bu da regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, yüksək ixtisaslı kadrların hazırlanması ilə yanaşı, rayonumuzun ixrac potensialının artırılmasına şərait yaradacaqdır.Rayon rəhbəri yola saldığımız 2018-ci ildə görülən işlərdən və qazanılan uğurlardan da söhbət açıb. Bildirib ki, 2018-ci ildə Qazax şəhərində “Azərxalça” ASC tərəfindən yeni xalça müəssisəsi tikilərək istifadəyə verilmişdir. “Mətanət A\" şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində illik gücü 50 min ton olan Əhəng zavodunun və “Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən rayonun Xanlıqlar kəndində inşa etdiyi illik gücü 9600 ton olan Elektrod zavodunun tikintisi başa çatmışdır və yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılmışdır. Bundan əlavə, rayonumuzda illik gücü 1 milyon ton olan “Qazax Sement Zavodu” MMC, istehsal gücü 110 min ton olan bentonit gil istehsalı müəssisəsi “AzRosPromİnvest” MMC, illik istehsal gücü 5 min ton olan Qazax Konserv Zavodu fəaliyyət göstərir. Bu qeyd edilənlər bizə deməyə əsas verir ki, doğrudan da sənayeləşmə siyasəti respublikanın bütün regionlarında olduğu kimi, Qazaxda da sürətlə inkişaf edir.İcra başçısı bildirib ki, ölkəmizə sərmayə qoyulmasında marağın olması, xüsusilə xarici sərmayələrin qoyulması bilavasitə manatın məzənnəsinin sabit qalmasıdır. Manatın məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır, infilyasiya ən aşağı səviyyədədir. Bütün bunlar görülmüş işlər nəticəsində mümkün olub və bir daha onu göstərir ki, sosial və iqtisadi islahatlara alternativ yoxdur.Rayon rəhbəri qeyd edib ki, “Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı” yanvar ayında qəbul edildi. Eyni zamanda, yanvar ayında “Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı”na yekun vuruldu. Üçüncü proqramda qarşıda duran bütün vəzifələr icra olunmuşdur. Son 5 il ərzində, xüsusilə bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələri icra edilmişdir. Beş ilə hesablanan dördüncü proqram (2019-2023) imkan verəcək ki, bu günə qədər görülə bilməyən işlər, layihələr yerinə yetirilsin. 2019-2023-cü illər üzrə Dövlət Proqramında rayonumuzda da bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, yerli əhəmiyyətli avtomobil yollarının tikintisi, elektrik enerji təminatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi, Qazax şəhəri üzrə yeni massivin qazlaşdırılması, Qazax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, 21 ədəd subartezian quyusunun qazılması, sel və daşqın sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində işlərin görülməsi, rayon mərkəzi xəstəxanasının ikinci mərhələsinin tikintisi işlərinin davam etdirilməsi, mədəniyyət obyektlərinin əsaslı təmir və tikintisi, 9 məktəb üzrə Təhsil müəssisələrində əsaslı təmir və tikinti işləri nəzərdə tutulmuşdur. Göründüyü kimi, illər boyu aparılan inqilabi iqtisadi islahatlar bütün regionlarda olduğu kimi Qazax rayonunda da öz bəhrəsini verməkdədir.Cənab Prezident öz çıxışında vətəndaşların sosial müdafiəsi ilə bağlı lazımi tədbirlərin həyata keçirildiyini və keçiriləcəyini diqqətə çatdırmışdır. Belə ki, ilin birinci ayında Dövlət Neft Fondunun gəlirlərinin də əhəmiyyətli dərəcədə artdığını, maliyyə vəziyyətimizin yaxşılaşdığını və sabit olaraq qaldığını bildirmişdir. Bu da imkan verir ki, əlavə gəlirlər, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldilsin. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifədir. Bu istiqamətdə artıq bir çox ciddi addımların atılıdığını və imkanlar artdıqca gəlirlərin əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində xərclənəcəyini qeyd etmişdir. Ümumiyyətlə, 2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənəcəyini xüsusi şəkildə vurğulamışdır.Məlumat üçün bildirirəm ki, əmək pensiyaları 116 manatdan 160 manata qaldırılmış və bu – Qazax rayonu üzrə 4436 nəfərə şamil olunmuşdur.Cənab Prezident öz çıxışında şəhid ailələrinin sosial məsələləri ilə bağlı sahəyə, onların müavinətlərinin artırılması, mənzilin verilməsi məsələlərinə diqqət ayırmışdır. Bildiyiniz kimi, Prezident seçkisindən sonra ilk fərman 19 aprel 2018-ci il tarixdə şəhid ailələrinin sosial məsələlərinin həlli ilə bağlı şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı olmuşdur. Bununla bağlı ilkin təhlil onu göstərdi ki, təqribən 9500 şəhid ailəsinə ödəmələr veriləcəkdir. Dəqiqləşmə nəticəsində bu rəqəm artdı. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam icra olunacaqdır. Bununla paralel olaraq, müavinətlər də 242 manatdan 300 manata artırıldı. Bu müavinət üzrə artım Qazax rayonunda 180 nəfərə şamil olunur. Maddi imkanlar artdıqca daim bu məsələ diqqət mərkəzində olacaqdır. Şəhid ailələri üçün keçən il 626 mənzilin verildiyini bu il isə 800 mənzilin alınıb onlara verilməsini, yəni, iki il ərzində 1400-dən çox mənzilin şəhid ailələrinə veriləcəyini diqqətə çatdırmışdır. Bu günə qədər mənzil almayan bütün şəhid ailələrinin növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin edilməsi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirilmişdir ki, bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilmişdir.Əfqanıstan veteranlarının müavinətlərinin artırılması ilə bağlı verilən Sərəncamla Əfqanıstan veteranlarının müavinəti də artırılaraq - 220 manatdan 300 manata qalxmışdır. Göründüyü kimi, maddi imkanlar artdıqca, ilk növbədə, bu məsələlər həll edilir.Bu il minimum əməkhaqqı əhəmiyyətli dərəcədə artdı - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxmışdır. Bu, 600 min insanı əhatə edir. Gələcəkdə minimum əməkhaqlarının və pensiyaların ardıcıl olaraq artırılması nəzərdə tutulmuşdur. Rayon üzrə büdcə təşkilatlarında 180 manatdan az əməkhaqqı alan 2170 nəfər işçi mövcuddur.Təqribən 100 minə yaxın tələbənin təqaüdü artırıldı. Bu da çox ciddi sosial addımdır. Gələcəkdə yenə də artım nəzərdə tutulmuşdur. Bu artım Qazax rayonu üzrə 574 nəfərə şamil olunur.Bildiyiniz kimi, respublikanın hər yerində olduğu kimi rayonumuzda da vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlı olmuşdur. Bu məsələ uzun zamandır ki, müzakirə olunurdu. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bu məsələ ilə bağlı işçi qrup yaradılmışdır. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu məsələnin həll edilməsi vətəndaşların rifah halının yaxşılaşmasına, onların maliyyə yükünün azaldılmasına öz təsirini göstərəcəkdir. Bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayı müəyyən edilərsə, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təkliflərin icrasından böyük dərəcədə faydalanacaqdır. Yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək. Bu məsələ artıq son mərhələdədir. Bütün bunlar Azərbaycan Prezidentinin planlı sosial siyasətinin tərkib hissəsidir və vətəndaşların sosial rifahının təmin olunmasına yönəlmişdir.Cənab Prezidentin 25 fevral 2019-cu il tarixdə “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” imzaladığı Sərəncam 577 min insanı əhatə edəcək. Eyni zamanda, bu Sərəncama əsasən edilən artımlar üçün əlavə olaraq illik 400 milyon manat vəsait ayrılacaq.İcra başçısı qeyd edib ki, həmin Sərəncama əsasən:- Yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata,- I qrup əlilliyə görə 82 manatdan, müharibə əlilləri üçün 101 manata,- “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manatdan 150 manata,- II qrup əlilliyə görə 61 manatdan, müharibə əlilləri, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 81 manatdan 130 manata,- III qrup əlilliyə görə isə 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 61 manatdan 110 manata,- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata,- ailə başçısını itirməyə görə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata,- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları üçün 61 manatdan 100 manata, - müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata,- beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata,- dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 146 manatdan 300 manata,- 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 121 manatdan 150 manata çatdırılması bir daha sübut etdi ki, dövlət və dövlət başçısı hər zaman xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır və bundan sonra da atacaqdır. Büdcə gəlirlərimiz artır. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar imkan verir ki, əlavə maliyyə resursları məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldiləcəkdir. 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır.Sonra geniş diskussiya şəraitində keçən iclasda tədbir iştirakçıları öz arzu və istəklərini bildirib, ölkə başçısına minnətdarlıqlarını çatdırıblar.BDU Qazax filialının direktor müavini, dosent Məmməd Yusifov çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil sahəsindəki islahatlardan söz açıb. Qeyd edib ki, bu gün güclü təhsil sisteminin formalaşması, yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması üçün münbit şəraitin yaradılması bir daha onu sübut edir ki, dövlət gələcəyi olan gənclərinə hər zaman dəstək olur. Bunu ölkə başçısının imzaladığı Sərəncamlardan, Fərman və Qərarlardan aydın şəkildə görmək olur. Tələbələrin təqaüdlərinin artırılması, eyni zamanda, aztəminatlı ailələrdə ödənişli təhsil alan tələbələrin təhsil haqqından azad edilməsi ölkənin sabahına, gələcəyinə hesablanmış bir addımdır. Dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan M.Yusifov istər Qazax müəllimlər seminariyasının 100 illik yubuileyinin, istərsə də Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamların həmin qayğının bariz nümunəsi olduğunu bildirib. Bakı Dövlət Universitetinin qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən danışan natiq təhsil sahəsinə, xüsusilə də qazaxlı ziyalılara verdiyi dəyərə, qiymətə görə Respublika Prezidentinə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib.\"Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək Respublika Prezidenti İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərdiyi diqqət və qayğıya görə ictimai birliyin bütün üzvləri adından minnətdarlığını çatdırıb. Qeyd edib ki, biz Qarabağ müharibəsi əlilləri və veteranları ölkə başçısının diqqət və qayğısını Prezident kimi fəaliyyətə başladığı ilk gündən hiss etmişik. Hər il dövlət başçısı tərəfindən imzalanan Sərəncamlar bir daha onu sübut edir ki, Ali Baş Komandan biz Qarabağ müharibəsi veteranlarının, əlillərinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində var qüvvəsi ilə çalışır və öz iradəsi, gücü sayəsində buna nail olur. İmzaladığı son Sərəncamla da bunu bir daha göstərdi. Bu gün biz qazilər ölkəmizin inkişafını, bizlərə olan bu yüksək qayğını gördükcə bir daha əmin oluruq ki, Azərbaycanın gələcəyi əmin əllərdədir. Biz qazilər də öz növbəmizdə Ali Baş Komandanımızın ətrafında hər an sıx birləşməyə hazırıq. Ən əsası da bizlərə olan bu sonsuz diqqətə görə ölkə başçısına minnətdarıq.Məcburi köçkünlər üçün salınmış qəsəbədə komendant Novruz Hüseynov da çıxışı zamanı məcburi köçkün ailələrinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışıb. Qeyd edib ki, məcburi köçkünlərlə bağlı geniş inşaat proqramlarının icra edilməsi o deməkdir ki, dövlət hər zaman öz vətəndaşının yanındadır. Necə ki, öz yurd-yuvasından didərgin düşmüş insanların torpaqlarına qaytarılması üçün əməli işlər görür, eləcə də rifah hallarının yaxşılaşdırılması, sosial təminatlarının təmin olunması sahəsində də məqsədyönlü addımlar atır. Bildirib ki, bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun da 7 kəndi - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi kəndləri hələ də düşmən tapdağı altındadır. Məcburi köçkünlər üçün Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə onlara yaradılan şəraitdən söz açan N.Hüseynov qəsəbədə daha 300 ailənin mənzillə təmin olunması üçün yeni binaların inşa olunması xəbərini minnətdarlıq hissi ilə qarşıladıqlarını bildirib. Bütün məcburi köçkün ailələri adından sonsuz təşəkkürlərini çatdırıb.Qazax Dövlət Sosial-İqtisadi Kollecin tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov tələbələrin təqaüdlərinin artırılması barədə ürək sözlərini çatdıraraq ölkə başçısı tərəfindən imzalanan həmin Sərəncamın minlərlə tələbənin sevincinə səbəb olduğunu bildirib. Qeyd edib ki, bu Sərəncam nəinki tələbələrin maddi rifah halını yaxşılaşdırır, eləcə də tələbələr arasında sağlam rəqabətin aparılmasına böyük təkan verir. Ən əsası da keyfiyyətli təhsilin olmasına zəmin yaradır. Təhsil sahəsinə olan sonsuz qayğıya görə çoxsaylı tələbələr və müəllimlər adından minnətdarlıq edən direktor müavini ölkədə təhsil sahəsində atılan uğurlu addımların məhz gələciyimiz olan gənclərə hesablandığını bildirib. Çalışdığı kollecdə 380 nəfər tələbənin də həmin Sərəncamdan yararlandığını qeyd edən natiq ölkə başçısına qazaxlı ziyalılar adından da təşəkkürlərini çatdırıb.Qazax Dövlət Sosial-İqtisadi Kollecində qiymətləndirmə, qeydiyyat və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək bildirib ki, ölkə rəhbərinin təhsil sahəsi ilə bağlı verdiyi bütün qərarlar, o cümlədən də tələbələrin təqaüdlərinin artırılması ilə bağlı imzaladığı Sərəncam bütün tələbələrə stimul verir. Çünki hər bir tələbə bilir ki, bu gün onlara olan qayğı gələcəklərinə olan ən böyük təminatdır və dövlət bu istiqamətdə mühüm addımlar atır. Dövlət hər bir gəncinin yanında olduğunu bütün islahatlarında göstərir. Bu təkcə təhsil sahəsini deyil, eləcə də bütün sahələri əhatə edir.Kollecin tələbələrindən Cavid Nağızadə, Nərmin Kərimova, Elşad Carçıyev də təhsil sahəsinə, xüsusilə də tələbələrə göstərilən qayğıdan söz açıblar. Qeyd ediblər ki, bu gün Azərbaycan dövləti hər bir gənci üçün geniş imkanlar yaradır. Bunu tələbələrin xaricdə təhsil almaları üçün yaradılan şəraitdən, ödənişli əsaslarla təhsil alan tələbələrə belə təqaüdlərin verilməsindən, aztəminatlı ailələrin övladlarının təhsil haqqından azad edilməsindən aydın şəkildə görmək olar. Biz tələbələr əvvəllər xaricdə təhsil almağı düşünürdüksə, bu gün bizlərə olan qayğını gördükdən sonra öz ölkəmizdə təhsilimizi davam etdirməyi düşünürük. Çünki dövlətimiz və dövlət başçımız tərəfindən bizlərə hər cür dəstək göstərilir. Bizim üzərimizə düşən odur ki, ölkə başçısının bizlərə olan qayğısını aldığımız təhsilin keyfiyyəti və qazandığımız nailiyyətlərlə doğrulda bilək.BDU Qazax filialının Tələbə Gənclər Təşkilatının sədri Güllü Qocayeva, tələbələrdən Səbinə Camalova, Sona Allahverənova da tələbə təqaüdlərinin artırılmasına görə minnətdarlıq ediblər. Təhsil aldıqları filialda yaradılan şəraitdən, təhsilin keyfiyyətindən danışan tələbələr hər bir işin arxasında dövlətin öz gəncinə olan qayğısının dayandığını qeyd ediblər. BDU Qazax filialının tələbələri üçün yataqxananın tikilməsini və korpusun yaradılmasını qazaxlı tələbələrə olan qayğının daha bir nümunəsi kimi qiymətləndiriblər. Buna görə də ölkə başçısına ayrıca təşəkkür ediblər.Əməkdar müəllim Xatın Hüseynxanova Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə problemli kreditlərlə bağlı məsələyə toxunulmasını rayon sakini kimi yüksək qiymətləndirdiyini bildirib. Qeyd edib ki, bu məsələnin həlli istiqamətində mühüm tədbirlərin görülməsinin nəzərdə tutulması bir daha onu göstərdi ki, dövlət və dövlət başçısı hər bir məsələdə həmişə sadə vətəndaşın, xalqın yanındadır. Biz ziyalılar, rayon sakinləri də bizlərə olan qayğıya görə minnətdarlıq edir və ölkə başçısına bundan sonrakı fəaliyyətində də uğurlar arzulayırıq.Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxış edərək şəffaflığın təmin edilməsi ilə bağlı görülən işlərdən söz açıb. Bildirib ki, bu gün Azərbaycanda olan şəffaflığın ən bariz nümunəsi bütün dünyada brend olan “ASAN xidmət” mərkəzlərinin yaradılmasıdır. Bu gün biz gənclər bu xidmət mərkəzlərini ölkəmizin ən böyük uğuru kimi qiymətləndiririk. Ona görə ki, bütün dünya dövlətləri Azərbaycan brendi olan bu xidmət mərkəzlərinin təcrübəsindən yararlanmağa can atır. Bu ölkəmizin uğurudur ona görə ki, həmin mərkəzlərdə gənclərə böyük üstünlük verilir. Həmin mərkəzlərdə böyük bir gənclər ordusu çalışır. Bu, ölkə başçısının, dövlətimizin biz gənclərə olan qayğısı, ən əsası da yüksək etimad göstərməsidir. “Ölkəmizdə şəffaflığın təmin olunmasını bir çox sahələrdə görə bilərik”, - deyən gənc rəssam misal olaraq müəllimlərin işə qəbulu üzrə imtahanlarda, təhsili olan hər bir Azərbaycan vətəndaşının dövlət qulluğuna imtahanda asan və şəffaf şəkildə iştirak etməsini göstərib. Fevralın 1-də Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı barədə təəssüratlarını bölüşən gənc rəssam həmin görüşün gənclərə böyük stimul verdiyini bildirib. Bir gənc olaraq onlara yaradılan şəraitə, qayğıya görə ölkə başçısına qazaxlı gənclər adından minnətdarlığını bildirib və hər zaman ölkə başçısının ətrafında sıx birləşəcəklərini qeyd edib.“Qazax Sement zavodu” MMC-də sənədləşmə üzrə müşavir Nizami Zeynalov uğurlu sənayeləşmə siyasətinin ölkəmizdə yüksək dəqiqliklə həyata keçirildiyini bildirib. Çalışdığı müəssisə haqqında danışan natiq qeyd edib ki, \"Qazax Sement Zavodu” MMC Azərbaycanın iri sement istehsalçılarından biri kimi Azərbaycanın Qərb regionunda reallaşmış ən böyük investisiya layihəsidir. Qeyd edib ki, bu gün zavod ölkə başçısının sənayeləşmə ilə bağlı həyata keçirdiyi məqsədyönlü islahatlardan bəhrələnərək öz töhfəsini verməyə çalışır. Belə ki, gündən-günə istehsal imkanlarını genişləndirən zavod ölkəmizdə işsizliyin aradan qaldırılmasında böyük səy göstərir. N.Zeynalov bildirib ki, gələcəkdə 2-ci xəttin açılışı gözlənilir ki, bu da əlavə 600 iş yerinin yaradılması, illik istehsal gücünün 3 mln tona çatdırılması deməkdir. Ölkədə aparılan uğurlu islahatlara, sənayeləşmə sahəsində atılan addımlara görə ölkə başçısına minnətdarlığını bildirən natiq bundan sonra da ölkə iqtisadiyyatına böyük töhfələr verəcəklərini qeyd edib.“Saloğlu” mebel firmasının mətbuat xidmətinin rəhbəri Elmir Qurbanov çıxış edərək ölkəmizdə istər idxal, istərsə də ixracla bağlı son illər həyata keçirilən islahatlardan danışıb. “Saloğlu” mebel firması olaraq gördükləri işdən söz açan mətbuat xdimətinin rəhbəri “Venzana” layihəsinin Azərbaycanda həyata keçiriləcək uğurlu layihələrdən biri olduğunu bildirib. Bu layihə əsasında 2500 nəfərə yaxın işçinin çalışmasının nəzərdə tutulduğunu qeyd edən natiq ölkədə işsizliyin aradan qaldırılmasında ən böyük töhfə verəcəyini bildirib. Bundan əlavə, bu layihənin Azərbaycanı bütün dünyada “Made in Azərbaycan” brendi ilə tanıdacağını qeyd edib. Xarici dövlətlərdə filiallarının açılmasının nəzərdə tutulduğunu qeyd edən E.Qurbanov bütün bu uğurların təməlində ölkə başçısının iş adamlarına göstərdiyi diqqət və qayğının dayandığını bildirib. Qeyd edib ki, bu gün iş adamlarına, sahibkarlara yaradılan münbit şəraitin nəticəsidir ki, hər bir azərbaycanlı öz ölkəsi üçün geniş imkanlar açmağa çalışır. “Saloğlu” mebel firmasının kollektivi olaraq onlara yaradılan şəraitə, göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını çatdırıb.Qazax rayon Gənclər və İdman İdarəsində məsləhətçi İsmayıl Süleymanov “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyev tərəfindən imzalanan 29 yanvar 2019-cu il tarixli Fərmandan söz açıb. Qeyd edib ki, bu proqramın qəbul olunması o deməkdir ki, ölkəmiz növbəti 5 il ərzində daha yeni uğurlara imza atacaqdır. Necə ki, əvvəlki dövlət proqramları uğurla icra olundu və ölkə vətəndaşlarının sosial rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət göstərdi, bu proqram da məhz bu amala xidmət göstərəcəkdir. Həmin dövlət proqramında Qazaxda görülməsi nəzərdə tutulan işlərdən danışan İ.Süleymanov məktəb tikintisini, kəndarası avtomobil yollarının çəkilişini, yeni subartezian quyularının qazılmasını və s. həmin işlərin bariz nümunəsi olduğunu bildirib. Qeyd edib ki, tezliklə işğal altında olan torpaqlarımız, o cümlədən də Qazaxın işğalda olan 7 kəndi düşməndən azad edilsin və ölkə başçısı həmin torpaqlarda abadlıq işlərinin aparılması ilə bağlı dövlət proqramına dəyişikliklər edilməsi barədə Sərəncam imzalasın. Qeyd edib ki, bu gün biz Azərbaycan gəncləri bu amal uğrunda yaşayırıq və ölkə başçısının bu istiqamətdə apardığı siyasəti dəstəkləyirik. Çünki Azərbaycan güclü dövlət olduğunu bütün sahələrdə göstərir və bu, bundan sonra da belə olacaqdır. Dövlət proqramının uğurla icra olunmasına və Azərbaycanın inkişafı naminə gördüyü işlərə görə qazaxlı gənclər adından ölkə başçısına minnətdarlıq edən gənc çıxışçı 2019-cu ilin Azərbaycan xalqının həyatında uğurlu bir il kimi yadda qalacağını qeyd edib.Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Solmaz Babanlı çıxış edərək minimum əməkhaqqının artırılması ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, ölkə başçısının bununla bağlı imzaladığı Sərəncama əsasən bu gün 600 mindən çox insan bu qayğını hiss edir. Rəhbərlik etdiyi kollektivdən 35 nəfərə bu Sərəncamın şamil olunduğunu qeyd edən direktor buna görə Respublika Prezidenti İlham Əliyevə işçiləri adından minnətdarlığını çatdırıb. Bildirib ki, bu Sərəncamın imzalanması bir daha onu göstərdi ki, ölkə başçısı hər bir azərbaycanlı ailəsini düşünür. Çünki çalışan hər bir insanın əməkhaqqının artırılması təkcə işçinin deyil, eyni zamanda, ailəsinin sosial rifah halının yaxşılaşdırılması deməkdir.“Şəhid Mühüd Orucov adına” tədris mərkəzininn direktoru Gülanə Hüseynova çıxışı zamanı bildirib ki, \"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli Fərmanı ölkə başçısının humanistliyini nümayiş etdirməklə yanaşı, şəhid ailələrinə necə yüksək dəyər verdiyini bir daha göstərdi. Ölkə başçısı atdığı hər bir uğurlu addımda, imzaladığı Sərəncamlarda şəhid ailələrinə hər zaman xüsusi qayğı ilə yanaşdığını dəfələrlə sübut edib. Şəhidlərimizə, onların ailə üzvlərinə göstərdiyi qayğıya görə minnətdarlıq edən G.Hüseynova Ali Baş Komandanın rəhbərliyi altında tezliklə işğal altında olan torpaqlarımızın azad olunacağını və şəhidlərimizin qanının yerdə qalmayacağını bildirib.Təqaüdçü müəllim Cavanşir Rüstəmov minimum pensiyaların artırılması xəbərini hər bir ailə tərəfindən sevinc və minnətdarlıq hissi ilə qarşılandığını bildirib. Ölkəsinin hər bir fərdini, onların qayğılarını düşündüyü üçün ziyalı bir təqaüddə olan müəllim kimi ölkə rəhbərinə minnətdarlığını çatdırıb.Təqaüddə olan dövlət qulluqçusu Fariz Vəliyev də pensiyaların artırılmasına görə minnətdarlıq edib. Qeyd edib ki, bu gün ölkəmiz gündən-günə inkişaf edir, yeni yollar salınır, sosial layihələr uğurla icra olunur. Bunun üçün isə yüksək vəsait tələb olunur. Bu gün sevindirici haldır ki. dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan öz istəyinə nail olur. Ölkənin həm iqtisadiyyatı, həm də digər sahələri inkişaf edir və bu inkişaf sayəsində bütün bu uğurlar əldə edilir.Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclasa yekun vuraraq bildirib ki, bu gün bu görüş bir daha onu göstərdi ki, xalq öz rəhbərinə inanır və atdığı hər bir uğurlu addımı dəstəkləyir. Çünki verilən qərarlar ictimaiyyətin bütün təbəqələrini əhatə edir. Hansı layihəyə, Sərəncama nəzər salsaq görərik ki, onun arxasında xalqa xidmət dayanır və bu, bundan sonra da belə olacaqdır.') AND id != 28834 AND approve=1 AND date < '2019-08-21 04:53:53' LIMIT 5