t s

» » Erməni-Türk savaşı və “soyqırım” yalanlarının sonu

Erməni-Türk savaşı və “soyqırım” yalanlarının sonu

23-04-2015, 08:47 Yazar:  Məmməd Məmmədov Baxılıb: 546 Çap et
Erməni-Türk savaşı və “soyqırım” yalanlarının sonuVəfa Quluzadə: “Türkiyə hökuməti Türkiyənin böyük dövlət və millət olduğunu nümayiş etdirir”; Zahid Oruc: “Türklər və azərbaycanlılar dünyaya ermənilərin sifətində çıxmağı aşağılanma və milli mənliklərinə zərbə hesab edirlər”

Türkiyənin baş naziri Əhməd Davudoğlu Osmanlı İmperiyasının zamanında qətlə yetirilən 1915-ci il olayları ilə bağlı verdiyi rəsmi açıqlamada məlum olaylarda həyatını itirən ermənilərin nəvələrinə başsağlığı verib, ölkəsinin türklərlə yanaşı ermənilərin də xatirəsinə sahib çıxdığını bildirib. Ancaq düşmən bunu Türkiyənin “soyqırımı” qəbul etməsi kimi yanlış yozur. 24 aprel ərəfəsində Ə.Davudoğlunun humanizm, bəşəri hisslər və digər insani amillərə istinad edərək ermənilərə mesaj verməsi Ermənistandakı şou tərəfdarlarına daha çox şivən qopartmaq üçün stimul verib.

Onlar hesab edir ki, türk hökuməti “soyqırım”ı etiraf etsə, bu, onun avtoritetini qaldırar. Ancaq görünən budur ki, dünya erməni yalanlarına tam təslim olmaq niyyətində deyil. Bunu Çanaqqala zəfərinin ildönümü günündə Türkiyə gedəcək dövlət və hökumət başçılarının İrəvana gedənlərlə müqayisədə daha çox olması da sübut edir.

Politoloq Vəfa Quluzadənin sözlərinə görə, ötən 100 il onu sübut etdi ki, ermənilərin soyqırım ideologiyası onlara heç nə qazandırmadı: “Roma papası bir dəfə quru ”soyqırım" sözünü işlətdi, Avropa Parlamenti “soyqırımı” anmaq qərarını qəbul etdi. Yəni məgər ermənilər bunumu istəyirdi? Ermənilər 100 illik mübarizələrində istəyirdilər ki, Türkiyənin şərqini erməni dövləti etsinlər, milyardlarla təzminat alıb özlərinin dövlətini qursunlar. Ötən 100 il sübut etdi ki, bunların hamısı qeyri-real məsələlərdir.



Erməni soyqırımı olmayıb, bu, hamıya, Avropaya, Amerikaya çox gözəl bəllidir. Qətliamlar baş verib, ancaq bu qətliamları birinci başlayan ermənilər olub. Erməni drujinaları Çar Rusiyası tərəfindən təhrik ediliblər. Tarixdə İkinci Nikolayın ermənilərə müraciəti var. Daha sonra onlar Antanta dövlətilərinə, müttəfiqləri olan İngiltərə və Fransaya da müraciət etmişdilər. Erməni drujinalarına silah-sursat vermələri hamısı tarixdədir və türk qırğınları törətmələri da tarixi faktdır. Türklər erməniləri deyil, əksinə, ermənilər türkləri soyqırım edib. İndi bundan sui-istifadə edib nəyəsə nail olmaq mümkün deyil".

V.Quluzadə rəsmi Ankaranın mövqeyini, xüsusilə də baş nazir Əhməd Davudoğlunun son fikirlərini də şərh etdi: “Türkiyə hökuməti birinci növbədə Türkiyənin böyük dövlət və millət olduğunu nümayiş etdirir. Ermənilərə də xırda bir millətə göstərilən münasibəti göstərir, burda başqa bir şey yoxdur. Türkiyə ermənilərdən, ”soyqırım" təbliğatından qorxmur və bunu da nümayiş etdirir.

Bu, yalnız imic üçün lazımdır. Onsuz da dünyada hamı, o cümlədən ABŞ Dövlət Departamenti, Konqresi yaxşı bilir ki, vəziyyət nə yerdədir. Çünki arxiv sənədləri hamısı salamatdır. Məsələn, Rusiya arxivlərində rusların erməniləri silahlandırması, ermənilərin Xocalıda olduğu kimi nə cür vəhşiliklər törətməsi, türk kənd, obalarını qılıncdan keçirib doğraması barədə faktlar hamısı var, bunlar onu bilirlər. Ancaq indiki şəraitdə Türkiyəyə siyasi təzyiq etməkdən ötrü bu cür üsullara əl atırlar.

O biri tərəfdən də xristian həmrəyliyi dünyada artıq mövcud məsələdir. Ermənistan balaca xristian dövlətidir. Ona görə də xristian həmrəyliyi səpkisində ədalətə yox, həmrəyliyə üstünlük verirlər. Bu dəqiqə dünyada böyük anti-İslam və antimüsəlman kampaniyası gedir".

İndi çoxlarını bu suallar düşündürür: 24 apreldə İrəvana ermənilərin arzuladığı heyət toplaşacaqmı, yaxud “soyqırım” iddialarını qəbul edən, bu prosesdə Türkiyəyə zərbə sayıla biləcək addımlara gedən qüvvələr olacaqmı? V.Quluzadə: “Ora Amerikadan da heyət gələcək, ancaq dövlət başçısı səviyyəsində yox. Heç bir fövqəladə hadisə baş verməyəcək. Bu məsələdə hərə öz məqsədlərini güdür. Rusiya Ermənistanda öz laxlayan mövqelərini gücləndirmək istəyir. Artıq Ermənistan Rusiyaya güvənmir. İrəvan Avropa İttifaqına doğru getmək istəyir, Putin isə bunu istəmir. Həmçinin Ermənistan Türkiyə ilə sərhədlərinin açılmasını istəyir, Rusiya isə buna qarşıdır. Putin ermənilərə görə yox, məhz buna görə İrəvana gedir. Üstəlik, Putin Türkiyə ilə münasibətlərdə olduqca maraqlıdır. Bu dəqiqə Türkiyə ilə sıx iqtisadi əlaqələrin inkişafı, ”Türk axını" qaz xəttinin çəkilməsi Rusiyanın prioritetidir. Rusiya bu gün Türkiyədən asılı vəziyyətdədir və Moskva Ankara ilə əlaqələrin pozulmasını istəmir".



“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “soyqırım”la bağlı Osmanlı arxivlərindəki materialları internetdə yerləşdirməyi təklif edib. Baş redaktor bildirib ki, Osmanlı arxivlərinin, o cümlədən də Azərbaycan arxivlərinin erməni iddialarını yalanlayacağına əmindir. “Bu arxiv sənədlərinin fotokopyalarını, onun orijinal olduğunu təsdiq edən qaydada internetdə yerləşdirmək mümkündür. O cümlədən də bir neçə dildə onların izahlı tərcüməsini internetə qoymaq lazımdır ki, hər kəsin əli çatsın və bütün erməni iddiaları darmadağın olsun” deyə, R.Arifoğlu bildirib.

V.Quluzadə baş redaktorun təşəbbüsünə dəstək verdi və Ankaranın mövqeyi ilə bağlı təəccübünü də ifadə etdi: “Mən dəqiq deyə bilmərəm, bu, Türkiyənin dövlət siyasətidirmi, yoxsa məsələləri qızışdırmamaq, dünyada ermənilərin əleyhinə kampaniya aparan dövlət kimi görünməmək üçün özlərini çox sakit aparırlar. Türkiyə nə öz arxivlərini açır, nə də Amerika, Rusiya, İngiltərə, Fransanın arxivlərində olan materiallardan istifadə edib erməniləri ifşa etmir. Bilmirəm bu, dövlət siyasətidir, yoxsa tənbəllikdir. Açığı, bu barədə fikir bildirməyə çətinlik çəkirəm. Amma istəsələr, bunu edə bilərlər. Arxiv materiallarını tərcümə edib internetə yerləşdirsələr, bütün dünya oxuyar”.

Bir çox hallarda ermənilərin son uğurlarına diqqət çəkib onların “soyqırım” kampaniyasında qalib gədiyini deyənlər də var.



Deputat Zahid Oruc isə erməni-türk qarşıdurmasında dünyanın sərgilədiyi ikili siyasəti, həmçinin türk və Azərbaycan diasporunun mövqeyini aşağıdakı kimi şərh etdi: “Faktiki olaraq Azərbaycan müstəqilliyini qazananda ondan artıq ölkə və Amerika ştatı ermənilərlə bağlı siyasi qərarlarını vermişdi və qeyri-bərabərliyin səbəblərindən biri budur. Lakin çoxları belə düşünür ki, müxtəlif dini və siyasi mərkəzlərin fərqli zamanlarda Türkiyəni məğlub etmək, yaxud onların sivil dünya ilə yaşamağa qadir olmadığını göstərmək üçün tarixi siyasi maraqlara alət edib. Bunların hər birinin gerçəkliklə əlaqəsi olsa da, əsl həqiqət tamam ayrıdır. Türklər və azərbaycanlıların tarixinə yaxşı baxın.

Onların milli inkişaf ideologiyası, məfkurə sistemi və həyat inancları bütünlüklə qələbə və fatehlik hadisələri üzərində qurulub. Onlar dünyaya ermənilərin sifətində çıxmağı aşağılanma və milli mənliklərinə zərbə hesab edirlər. Əslində indiyədək türklər və azərbaycanlıların öz tarixinə müraciəti yalnız ermənilərin saxtakarlığı hesabına baş verib. Əks halda, dünya çapında məhz faciələrin platformasında qurulmuş təbliğatla tanınmağa bizim xalqlar qətiyyən çalışmazdı. Yəni bir millətin genetikası faciələri akkumulyasiya edib saxlamağı tələb etmirsə, ermənilərin sistemini gətirib özümüzə calaşdırmaq bizi ümumi gücdən salır və uğura qovuşdurmur”.

Z.Orucun fikrincə, ikinci səbəb arxayınlıqla bağlıdır: “Türkiyədə həm xalqın, həm də bütün siyasi elitanın daxili əminliyi bundan ibarətdir: erməniləri istənilən məkanda hərbi, siyasi və iqtisadi cəhətdən əzib keçərik. Ona görə ermənilərin 1995-ci ildə Rusiya Dumasında tanıtdırdığı soyqırımın onlara heç bir siyasi və maddi qazanc gətirmədiyini düşünün. Türk kimliyi tanınma qərarlarını sakitcə seyr edir. Bilir ki, sonda məsələni qılınc həll edəcək”.

E.PAŞASOY




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:23 Əhməd Davudoğlunun köməkçisi "soyqırım"la bağlı açıqlama verib (VİDEO) Türkün çörəyini yeyən ermənidən alçaq bəyanat Hər il 24 aprel tarixi yaxınlaşdıqca sanki Türkiyənin əlehyinə olan dövlətlərin əlinə girəvə düşür. Bu dəfə də analoji durum yaşanır. Anti Türkiyə mövqeyi seçənlər ardıcıl olaraq erməniləri müdafiə etməklə tarixi hadisələri “soyqırım” kimi qələmə
00:24 ABŞ `erməni soyqırımı`na `YOX` dedi - VİDEO Ermənilərin qondarma “soyqırım”la bağlı yalanları davam edir. Bir əsrdir dünyanı öz yalanlarına inandırmağa çalışan İrəvan “soyqırım”ın qəbul edilməsi üçün dəridən, qabıqdan çıxır, ən çirkin yollara belə ət atmaqdan çəkinmir. Tarixi təhrif üzərinə qurulan Ermənistanın bu sərsəm iddialarına
09:35 Dünya ölkələri Çanaqqala zəfərini seçəcək, yoxsa “soyqırım” şousunu? İqbal Ağazadə: “Hər tərəf od tutub yanır, hesab etmirəm ki, Çanaqqala zəfəri, yaxud ”erməni genosidi" dünya üçün maraqlı olacaq" Türkiyədə parlament seçkiləri ilə bağlı qızğın proses getməsinə baxmayaraq, türk tarixinin şərəfli səhifələrindən olan Çanaqqala zəfərinin 100 illik törənlərinə də ciddi
23:39 Bir boy, bir soy, bir soyqırım... (VİDEO) 1992-ci ilin fevral ayı Azərbaycan üçün ən uzun ay kimidir Fevral təqvimin ən qısa ayıdır. 28, uzağı 29 gün çəkir. Amma 1992-ci ilin fevral ayı Azərbaycan üçün ən uzun ayı kimi bəlkə də heç vaxt bitməyəcək. Bu il Xocalıya ədalət çağırışları daha geniş arenaya səs saldı. Açıq söyləmək lazımdır ki,
09:08 ABŞ professoru: “Türkiyədə soyqırımını ermənilər törədib” “Osmanlı 1915-ci ildə hətta ermənilərin özünü də ermənilərdən qorudu. Ermənilərin nifrət etdiyi Camal Paşa aclıqdan ölmək üzrə olan ermənilərə yemək payladı”. Mediaxeberleri.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Luisvil Universitetinin tarix professoru Jastin Makkarti çıxış edib. Makkarti

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az