t s

» » Ana dilim - qürur yerim! 2 saylı məktəbdə ana dili günü qeyd olunub - Ağstafada

Ana dilim - qürur yerim! 2 saylı məktəbdə ana dili günü qeyd olunub - Ağstafada

19-02-2019, 19:11 Yazar:  Əsmər Baxılıb: 537 Çap et
Ana dilim - qürur yerim! 2 saylı məktəbdə ana dili günü qeyd olunub - Ağstafada
Dilin çox mürəkkəb və sirli hadisə olması hamıya bəllidir. İnsanı digər canlılardan fərqləndirən əsas amil dildir. Dilin yaranması müxtəlif mülahizələrə əsaslanır. Bəziləri dil səriştəsini anadangəlmə hesab edir, bəziləri isə dil səriştəsinin anadangəlmə olmadığını, onun koqnitiv fəaliyyətin nəticəsi olduğunu iddia edirlər.

Məqsədimiz dilin nə cür yaranması, yaxud onun haqqında söylənilən fikirləri təhlil etmək deyil. Dilin nə cür yaranmasından asılı olmayaraq, hər bir insan dünyaya gəldiyi gündən gözünü açdığı ölkəni öz vətəni, həmin anda eşitdiyi dili isə ana dili hesab edir.

Bu yerdə ulu öndər H.Əliyevin “Ana dili” haqqında bir kəlamını xatırlamaq yerinə düşər:

“Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”

Mediaxeberleri.az xəbər verir ki, bu gün Ağstafa şəhər 2 saylı tam orta məktəbdə 21 fevral Ana dili günü ilə əlaqədar bədii kompozisiya təşkil edilib. Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak edib.

Bildirildi ki, “Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır”- deyə qeyd edilib. Daha sonra şagirdlər "Var olsun bal dadan Ana dilim - Oğuz türkcəsi”, "Ana dilim Doğma dilim”, "Dilimiz varlığımızdır”, "Ana dilimizi qoruyaq” şüarları ilə öz fikirlərini ifadə ediblər. Sonda şeir, musiqi və səhnəciklər nümayiş etdirilib.

Ana dilim - qürur yerim! 2 saylı məktəbdə ana dili günü qeyd olunub - Ağstafada
Ana dilim - qürur yerim! 2 saylı məktəbdə ana dili günü qeyd olunub - Ağstafada
Ana dilim - qürur yerim! 2 saylı məktəbdə ana dili günü qeyd olunub - Ağstafada
Ana dilim - qürur yerim! 2 saylı məktəbdə ana dili günü qeyd olunub - Ağstafada
Ana dilim - qürur yerim! 2 saylı məktəbdə ana dili günü qeyd olunub - Ağstafada
Ana dilim - qürur yerim! 2 saylı məktəbdə ana dili günü qeyd olunub - Ağstafada




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
08:09 Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür 14 ildir ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü qeyd edirik Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az