t s

» » "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası yaradıldı

"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası yaradıldı

22-04-2015, 17:14 Yazar:  Məmməd Məmmədov Baxılıb: 759 Çap et
"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası yaradıldıBeynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və "Bakı xəbər" qəzetinin təşkilatçılığı ilə "Bakı-2015: Birinci Avropa Oyunlarına dəstək: Vətəndaş Cəmiyyətinin Hədəfləri və missiyamız" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib ki, Azərbaycan üçün əlamətdar olan bu oyunların keçirilməsinə hazırlıq tədbirləri yüksək səviyyədə həyata keçirilir: "Birinci Avropa Oyunları Təşkilat Komitəsinin gərgin əməyi sayəsində nəzərdə tutulmuş bütün işlər yüksək səviyyədə yerinə yetirilir. Təəssüf ki, ölkəmizin qazandığı uğurları gözü götürməyən, onun nüfuzunun artmasından narahat olan bəzi daxili və xarici qüvvələr Azərbaycana qarşı məqsədyönlü və qərəzli kampaniya təşkil etməklə Avropa Oyunlarının əhəmiyyətini azaltmağa çalışırlar. Bunları, eyni zamanda Avropa Oyunlarının ölkəmiz və Avropa ailəsi üçün sosial və mədəni əhəmiyyətini nəzərə alaraq, aparıcı qeyri-hökumət təşkilatları və media orqanları Bakıda Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədilə "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasında birləşirik".

Rufiz Qonaqov deyib ki, koalisiyanın əsas məqsədi Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyi təmin etməkdir: "Bu məqsədlə tarixdə ilk dəfə keçirilən belə bir idman tədbirinin miqyası, əhəmiyyəti və perspektivləri barədə ölkə daxilində obyektiv məlumatlandırma işlərinin aparılması nəzərdə tutulur. Koalisiya Avropa ölkələrində Azərbaycan idmanının inkişafı, müasir infrastrukturun yaradılması, habelə xalqımızın zəngin mədəni irsi, adət-ənənələri, tolerant və humanist xüsusiyyətləri, sosial-iqtisadi inkişafi və demokratik dövlət quruculuğu sahəsindəki uğurları barədə dolğun təsəvvürün yaranması üçün tədbirlər görəcək". Mərkəz rəhbəri əmin olduğunu bildirib ki, Birinci Avropa Oyunlarına qarşı aparılan qara piar kampaniyasının heç bir faydası olmayacaq: “Çünki Azərbaycan bu tədbirə yüksək səviyyədə hazırlaşır. İndiyə qədər Azərbycan dünyada neft, qaz ölkəsi kimi tanınırdısa bundan sonra idman ölkəsi kimi tanınacaq”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, Azərbaycan dövlətçiliyi üçün bu cür tədbirlər çox önəmlidir: “İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərarı ölkəmizin sürətli iqtisadi ikişafı, Azərbaycanın tolerant ölkə olması ilə bağlıdır. Avropa Oyunlarının. Avropanın möhtəşəm şəhərlərində təqdimatı onu deməyə əsas verir ki, Azərbaycan bu tədbiri yüksək səviyyədə keçirəcək. Ancaq təssüflər olsun ki, erməni lobbisi və onun daxildəki dəstəkçiləri belə bir mötəbər yarışın Azərbaycanda keçirilməsini həzm edə bilmirlər. Ona görə də maksimum dərəcədə çalışırlar ki, bu oyunlara qarşı kampaniya aparsınlar, onu gözdən salsınlar”. Baş redaktorun sözlərinə görə, oyunları boykot çağırışlarının iflasa uğradığını görən qüvvələr çox güman ki, oyunlar ərəfəsində daha bir təxribat hərəkətlərinə əl atacaqlar: ”Ona görə də daha diqqətli olmalı, qərəzli və səhv məlumatlara daha çevik reaksiya verməliyik. Hər bir media orqanı, jurnalist, vətəndaş Azərbaycanın daha bir uğura imza atması üçün çalışmalıdır”. İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti bu "qara piar" kampaniyasına qarşı cıxmalı və Oyunlara dəstək göstərməlidir. Bu baxımdan koalisiyanın yaradılmasını müsbət hal sayan Rəfael Becanovun sözlərinə görə, ölkədə "Avropa Oyunları həftəliyi" keçirilməli, mətbuat bu mövzunu geniş işıqlandırmalıdır.

Milli QHT Forumunun prezidenti

Rauf Zeyni bildirib ki, Avrovision Azərbaycanın turizm potensialı idisə Avropa oyunları ölkəmizin, dövlətçilik pasportu olacaq: “Bu gün bəzi beynəlxalq qurumlar Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar və təssüflər olsun ki, bəzj daxili qüvvələr də buna dəztək verirlər”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, Azərbaycan gücləndikcə antiaAzərbaycan qüvvələrin ölkəmizə qarşı kampaniyası da artır: “Bu oyunların ölkəmizdə keçirilməsi çox əhəmiyyətlidir. I Avropa Oyunlarına hazırlıqla bağlı yaradılmış Təşkilat Komitəsi çox yüksək səviyyədə oyunlara hazırlaşır. Ümid edirəm ki, Avropa oyunları daha yüksək səviyyədə təşkil olunacaq”. Baş redaktor bildirib ki, biz də öz növbəmizdə Azərbaycana qarşı olan qüvvələrə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq: “Və Azərbaycanda görülən müsbət işləri dünyaya bəyan etməliyik”. “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbasın sözlərinə görə, çox zaman idman oyunlarına müəyyən qədər vəsaitin ayrıldığı bildirilir: “Həmin pullar yolların salınması, idman salonlarının tikilməsinə xərclənir. O salonları, yolları avropalılar bellərinə şəlləyib aparmayacaqlar ki. Hər dəfə Azərbaycan belə tədbirlərə evsahibliyi edəndə bizə qarşı hücumlar artır”. Aqil Abbas bildirib ki, digər maraqlı məqam dövlətçiliyə xidmət edə. KİV və QHT-lərin satqın, Azərbaycanı Suriyaya çevirmək istəyənlərin isə qəhrəman kimi qələmə verilməsidir. “APA” İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı təklif edib ki, xarici mətbuatda təbliğat xarakterli materiallarla çıxış edilməlidir. Millət vəkili Çingiz Qənizadə deyib ki, bu oyunlarla Azərbaycan bir daha dünyaya tolerant, azad, demokratik ölkə kimi tanınacaq. Millət vəkili əmin olduğunu bilkdirib ki, yaradılacaq koalisiya antiAzərbaycan qüvvələrə öz sözünü deyəcək. Daha sonra çıxış edən Məhərrəm Zülfüqarlı, Müşfiq Ələsgərli, İradə Yaqubova,
Elçin Mirzəbəyli, Mehdi Mehdiyev, Niyaməddin Orduxanlı Şahin İsmayılov, Nurəddin Mehdiyev, Bahəddin Həziyev, Nahid Canbaxışlı.
və digərləri belə bir koalisiyanın yaradılmasını təqdirəlayiq hal hesab ediblər. Tədbirin sonunda QHT və KİV nümayəndələrinin daxil olduğu koalisiya bəyanat yayıb. Bəyanatda Azərbaycana qarşı "qara piar" pislənilib, ölkədə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları və media qurumları koalisiya ilə əməkdaşlığa dəvət edilib, bu möhtəsəm tədbirin layiqincə keçirilməsi üçün qüvvə və bacarıqlarını əsirgəməməyə cağırılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:35 Rufiz Qonaqov: “Çağırış heç bir nəticə verməyəcək” “Azərbaycana qarşı aparılan qara piar kampaniyası qarşılaşdığımız ilk hal deyil. Biz artıq dünyada ikili standartların mövcud olmasını şahidi olmuşuq və bu ikili standarlar Azərbaycana qarşı ilk dəfə yönəlməyib”. Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin
23:57 Macarıstanlı boksçulardan “Bakı-2015” Avropa Oyunlarına dəstək “Salam Bakı”. Macarıstan boksçuları Budapeştin iki mühüm turist atraksiyonları qarşısında “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək olmaq üçün şəkil çəkdiriblər. Mediaxeberleri.az AzərTAc-a istinadən xəbər verir ki, bu şəkillər Macarıstanın “Qəhrəmanlar meydanı” və “Parlament evi”nin önündə
10:15 Mehriban Əliyeva “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında “Ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir”. Martın 4-də Roma şəhərində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri
22:41 Əli Həsənov: “I Avropa Oyunlarını ökəmizə qarşı “qara piar” kampaniyasına çevirməyə çalışırlar” "Avropa Olimpiya Komitəsi Azərbaycanda l Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra ötən dövr ərzində Təşkilat Komitəsi bu mühüm beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkili üçün mühüm işlər görmüşdür. Yeni idman qurğularının tikintisi, artıq mövcud olan qurğuların
11:32 Cüdo üzrə Avropa Çempionatı Bakıda keçiriləcək Cüdo üzrə Avropa Çempionatı Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçiriləcək. Mediaxeberleri.az xəbər verir ki, bununla bağlı Avropa Olimpiya Komitəsi (AOK), Avropa Cüdo İttifaqı (ACİ) və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Cüdo

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az