t s

» » Bakıda şagirdi pula görə məktəbdən qovdular? - İDDİA + CAVAB

Bakıda şagirdi pula görə məktəbdən qovdular? - İDDİA + CAVAB

14-02-2019, 14:04 Yazar:  Nuhu Baxılıb: 59 Çap et
Bakıda şagirdi pula görə məktəbdən qovdular? - İDDİA + CAVABBakı şəhəri 153 saylı tam orta məktəbi şagirdlərdən birinin valideyninin məktəb direktorundan şikayətinə münasibət bildirib.

Təhsil ocağından Mediaxeberleri.az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, videonu yayan şəxs Hacıyev Səbuhi Mübariz oğlunun övladı 153 nömrəli tam orta məktəbin V sinfinin şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) birinci yarımil ərzində dərslərdə iştirak etməyib.

“Məktəb rəhbərliyi tərəfindən şagirdin təhsilə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülsə də, müsbət nəticə əldə olunmadığından şagirdin biliyi birinci yarımil üzrə qiymətləndirilməyib. 2019-cu ilin fevral ayının əvvələrində Səbuhi Hacıyev övladını Yevlax rayonu R.Rzayev adına Qoyunbinəsi kənd orta məktəbində təhsil alması ilə bağlı 28 yanvar 2019-cu il tarixli, 278 nömrəli arayışı məktəbə təqdim edib.

12 fevral 2019-cu il tarixdə şagirdin Yevlax rayonu R.Rzayev adına Qoyunbinəsi kənd orta məktəbinə yerdəyişməsinin rəsmiləşdirilməsi üçün atası Səbuhi Hacıyev məktəbə dəvət edilib, lakin o, fikrini dəyişdiyini və övladının 153 nömrəli tam orta məktəbdə təhsilinin davam etdirməsini istədiyini bildirib. Hazırda həmin şagird təhsilini 153 nömrəli tam orta məktəbdə davam etdirir”, - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, bundan əvvəl 153 saylı tam orta məktəbdə təhsil alan şagirdin valideyni məktəb direktorundan şikayət edib. Valideynin iddiasına görə, uşağı məktəbdən səbəbsiz çıxarılıb.

Şagirdin atası əlavə edib ki, oğlunun dərsdə iştirak etmədiyi günlər üçün tibbi arayış alınıb. O, oğlunun dərsdən kənarlaşdırılmasının əsl səbəbini valideynin məktəbə “fond pulu”, “mühafizə pulu” ödəməməsi ilə əlaqələndirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
09:06 Nazirə meydan oxuyan direktor - Məlahət Əliyevanın 278 saylı məktəbdə korrupsiya sistemi Son zamanlar ölkə təhsilində baş verən neqativ hadisələr barəsində medyada davamlı yazılar dərc edilir. Təbii ki, xalqın gələcəyi üçün bilavasitə strateji sahə hesab olunan təhsil sektorunda baş verənlər hər bir vətəndaşı narahat edir. Təəssüfləndirici haldır ki, daha çox rüşvətxorluq, korrupsiya
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az