t s

» » Nazirdən fermerlərə şad xəbər

Nazirdən fermerlərə şad xəbər

14-02-2019, 13:31 Yazar:  Aytən Baxılıb: 57 Çap et
Nazirdən fermerlərə şad xəbər
Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirlikdən Mediaxeberleri.az
-a verilən məlumata görə, iclasda kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi məsələləri müzakirə olunub.

Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli, “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli və “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” 2017-ci il 4 aprel tarixli 1314 nömrəli sərəncamları pambıq, tütün və şəkər çuğunduru istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri olub. Hazırda istehsalçılara tədarükçülərə təhvil verdikləri xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat və şəkər çuğundurunun hər 1 (bir) tonuna görə 4 manat məbləğində subsidiya verilir.

Respublika Komissiyası 23 rayon (şəhər) üzrə 15 627 istehsalçıya təhvil verdikləri 230,4 min ton xam pambığa görə 23038,9 min manat, 12 rayon (şəhər) üzrə 531 istehsalçıya təhvil verdikləri 2,7 min ton quru və 22,5 min ton yaş tütünə görə 247,4 min manat və 25 rayon (şəhər) üzrə 1936 istehsalçıya təhvil verdikləri 276,6 min ton şəkər çuğunduruna görə 1106,6 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib.

Pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Kapital Bank ASC-yə və Nazirliyin aidiyyəti Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
09:47 Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür… (2-ci yazı) …Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon
23:40 İlham Əliyev 7 sərəncam, 15 fərman imzaladı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az