MySQL Error!
MySQL error in file: /engine/modules/show.full.php at line 920
Error Number: 191
The Error returned was:
Too many words in a FTS phrase or proximity search
SQL query:

SELECT id, date, short_story, xfields, title, category, alt_name FROM dle_post WHERE MATCH (title, short_story, full_story, xfields) AGAINST ('Eşitməsində problem olan vətəndaş dövlətdən kömək istəyir - GİLEY+CAVAB Azərbaycan vətəndaşı Rəhimə Novurzəliyeva eşitmə problemi ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət edib. O, iddia edir ki, problemi həll edilməyib və bu səbəbdən redaksiyamıza üz tutub. Novruzəliyeva deyir ki, 2007-ci ilin fevralından “İkitərəfli Koxlear nefrit IV dərəcəli ağır eşitmə” diaqnozu ilə əlil kimi rəsmən qeydiyyatdadır:“Lakin bu günə qədər məni reabilitasiya avadanlığı - \"eşitmə cihazı\" ilə təmin etmirlər. 2017-ci ildə 3 dəfə Respublika Protez - Ortopedik Mərkəzinə (RPOM) getmişəm. Lakin RPOM-da mənim eşitmə qabiliyyətimə uyğun cihaz yoxdur. RPOM-un vəzifə borcudur ki, məni “eşitmə cihazı”ilə təmin etsin.Əlil müavinətim dəfələrlə artırılandan sonra cəmi 61 manatdır. Bu məbləğlə normal dolanmaq mümkün deyil\".R.Novruzəliyeva 2016-da Şəki Məşgulluq Mərkəzinə müraciət edərək “özünüməşğulluq” layihəsində iştirak etmək üçün qeydiyyata düşdüyünü də bildirib: “Məşgulluq Mərkəzinin direktoru Salamov ”gec müraciət etmisən, bu il sən bu layihədə iştirak edə bilməzsən\" dedi. Bununla yanaşı mənə bacarmadığım iki iş təklif etdilər. İşlərdən biri “kompüter operatoru”, digəri “Küdürlü kənd Bələdiyyəsində iş” idi. Mən mərkəzin baş məsləhətçisi Nazlı xanıma izah etdim ki, kompyuter təhsilim - bilgim yoxdur. Necə operator işləyə bilərəm? Küdürlü bələdiyyəsində hansı işlə məşgul olacağımı isə izah etmədilər. Sonradan bu qənaətə gəldim ki, bu, sadəcə kağız üzərində “iş təklif etdik, imtina etdi” bəhanəsi üçün zəmindir. 24.04.2017-ci il tarixində Dövlət Məşgulluq Xidməti tərəfindən mənə rəsmi məktub göndərildi. Məktubda növbəti “Əhalinin özünüməşğulluğunun təmin olunması” layihəsinə dəvət ediləcəyimi yazmışdılar. Daha sonra dəfələrlə Məşgulluq Mərkəzində oldum. Ancaq kar olmağımı bəhanə gətirib məni layihədən yararlanmağıma imkan vermədilər. Məcbur olub həmin ilin oktyabrında o vaxtkı nazir Səlim Müslümova müraciət ünvanladım. Bundan sonra RPOM-a dəvət etdilər. Lakin bu dəfə də “eşitmə cihazları”nın heç biri mənə səsləri eşitdirmədi. Sonuncu dəfə 08.02.2018-ci il tarixində nazir Müslümova və Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri deputat Hadı Rəcəbliyə rəsmi müraciət etdim. Bu problemlə əlaqədar 2018-ci ilin aprelində Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva indiki nazir Sahil Babayevə müraciət ünvanladı. Lakin Şəki Məşğulluq Mərkəzinin direktoru Salamov yenə də mənim problemimi həll etmədi. Sonuncu dəfə 5 fevral 2019-cu ildə Şəki Məşgulluq Mərkəzində oldum. Orada mənə “özünüməşgulluq” layihəsi deyil, tam başqa - işsizin DOST-u proqramı çərçivəsində “ödənişli ictimai iş” adı altında küçə süpürmək işi təklif etdilər. İmtina etdim. “Özünüməşğulluq” layihəsi anormal duruma salınıb\".Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyini də təqdim edirik: “Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 168/21 ünvanında yaşayan Novruzəliyeva Rəhimə Adışirin qızının eşitmə aparatı ilə təmin edilməməsi ilə bağlı şikayəti əsassızdır. Belə ki, eşitmə qüsurlu şəxs olan R.Novruzəliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində qəbul edilib və Mərkəzin mütəxəssisi tərəfindən Mərkəzdə müasir eşitmə aparatlarının hər birinin pasiyentin eşitmə qabiliyyətinə uyğunluğu araşdırılıb. Son nəticə olaraq ona ən optimal uyğun olan Danimarka istehsalı olan eşitmə aparatı (ReSound ENZO2 EN598-DW modeli) seçilib. Aparat xüsusi proqram təminatı vasitəsi ilə pasiyentin eşitmə qabiliyyətinə görə tənzimlənib, xüsusi qulaq qəlibi sifariş olunaraq 22 noyabr 2017-ci il tarixdə R.Novruzəliyevaya təqdim edilib. Təqdim edilərkən də o özü bu aparatın onda diskomfort yaratmadığını və məmnunuğunu ifadə edib.Lakin on gün sonra R.Novruzəliyeva eşitmə aparatının ona uygun olmadığını telefon vasitəsi ilə Mərkəzin tibb şöbəsinə bildirib və poçt vasitəsi ilə həmin aparatı Mərkəzə geri göndərib. Mərkəz tərəfindən ötən ilin noyabr ayında R.Novruzəliyevaya mərkəzə müxtəlif markalı eşitmə aparatları daxil olduğu bildirilib və yenidən eşitmə aparatı ilə təmin edilməsi üçün mərkəzə dəvət edilib. Lakin bu vaxta qədər o, Mərkəzə gəlməyib.Onu da bildirək ki, R.Novruzəliyevanın məşğulluq məsələsinin həlli məqsədilə Şəki şəhər Məşğulluq Mərkəzi tərəfindən ona bir sıra vakant yerlər təklif olunsa da, o, özünüməşğulluq proqramına cəlb edilmək, proqram çərçivəsində kitab evi açaraq kitab satışı ilə məşğul olmaq istədiyini bildirib. Lakin R.Novruzəliyevanın kitab evi açmaq üçün müvafiq obyekti, şəraiti yoxdur və o, kitab evi açmaq üçün hansısa obyektin də ona alınıb verilməsini istəyir. Bu da proqramın tələblərinə uyğun deyil. Çünki özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara kiçik bizneslərini qurmaq üçün yalnız zəruri mal və materiallar alınıb verilir\".') AND id != 28342 AND approve=1 AND date < '2019-04-22 02:07:42' LIMIT 5