t s

» » Eldar Əzizovdan Bakıda yolu zəbt edən restoranla bağlı tapşırıq

Eldar Əzizovdan Bakıda yolu zəbt edən restoranla bağlı tapşırıq

14-02-2019, 12:14 Yazar:  Nuhu Baxılıb: 55 Çap et
Eldar Əzizovdan Bakıda yolu zəbt edən restoranla bağlı tapşırıqBakının ən hərəkətli küçələrindən biri olan Nizami küçəsində fəaliyyət göstərən restoranın vətəndaşların gediş-gəliş yolunu zəbt etməsi ilə bağlı icra hakimiyyəti araşdırma aparıb.

Bu barədə Mediaxeberleri.az saytı məlumat yayıb.

Paytaxtın Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən “PASSAGE 145” restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt ediblər.

Ərazidən istifadə edən və həmin küçədə yaşayan sakinlər sözgedən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə şikayət ediblər.

Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinləri narahat edən məsələ ilə bağlı tapşırıq verib, səkinin zəbt olunduğu yerdə restoranın qanunsuz fəaliyyət göstərən hissəsinin bağlanması ilə bağlı qərar verib. Ərazidə olan restorana məxsus stol və stullar yığışdırılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov bu məlumatı təsdiq edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
22:56 Batan yurd yerinin, "itən" oğulların sorağı ilə Kürün sahilinə gəlmişik Sular axdıqca durulur Onların hər ikisi bir zaman bu yerlərdə şan-şöhrət sahibi idi. Qaçaq Kərəm də, İsrafil ağa da; hərə öz sahəsində. Biri igid qaçaq, digəri alicənab insan kimi. Qıraq Kəsəmən kəndinin adı da dillər əzbəri idi. İndi nə kəndin izi-tozu qalır, nə də Qaçaq Kərəmin, İsrafil ağanın
09:08 Mart Soyqrımının qisasını alan Borçalı İsrafil bəy Acalov 1918-ci il Mart Soyqrımının qisasını alan Borçalı bəyi İsrafil bəy Acalov Erməni generalın başını kəsən İsrafil bəy kim olub? Borçalı türk dünyasına çox igid oğullar verib. İran Türk savaşının qəhrəmanı Nağı xan Borçalı, rus və Polşa ordularının generalları Yadigarov qardaşları, Osmanlı
08:37 Süleyman Mikayılov dövlətə necə kələk gəldi: 20 milyonluq əməliyyat Qaradağın icra başçısı Sahibkarlığa Kömək Milli Fondundan bir neçə milyon kretdit götürərək Lökbatanda özünə mebel fabriki açıb Süleyman Mikayılov hələ Lənkaran İcra Hakimiyyətinin başçısı olduğu zaman keçmiş təhsil naziri Misir Mərdanovla əlaqəyə girərək Bakı şəhəri və 20 dən çox rayonun
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az