t s

» » “Könüllü ol” layihəsində iştirak edən 110 gənc Əmlak Məsələləri Dövlət Komitəsində işlə təmin edilib

“Könüllü ol” layihəsində iştirak edən 110 gənc Əmlak Məsələləri Dövlət Komitəsində işlə təmin edilib

14-02-2019, 11:57 Yazar:  Nuhu Baxılıb: 28 Çap et
“Könüllü ol” layihəsində iştirak edən 110 gənc Əmlak Məsələləri Dövlət Komitəsində işlə təmin edilib“Könüllü ol” layihəsi çərçivəsində artıq 1 100-ə yaxın könüllü Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sferalarına aktiv şəkildə cəlb edilib. Bu barədə Mediaxeberleri.az-a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, hər bir könüllü ilə komitədə fərdi görüşlər keçirilir, onların bilik və bacarıqları yoxlanılır. Nəticədə 320 könüllü komitənin müvafiq qurumlarında könüllü fəaliyyətə başlayıb. Könülllü proqramında iştirak edən 110 nəfər könüllü komitənin müxtəlif qurumlarında işlə təmin ediliblər:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə gənclərinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində ardıcıl islahatlar aparılır. Ölkə başçısının dövlət orqanlarının fəaliyyətində könüllülərin xidmətlərindən geniş istifadə edilməsi tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir düşüncəli gənc könüllülərdən geniş istifadə edilməsi, gələcəkdə onların daimi iş yerləri ilə təmin olunması, institusional bacarıqlarının artırılması, intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı geniş tədbirlər görülməkdədir. Könüllülərlə birgə iş birliyinin həyata keçirilməsi komitənin gənclər siyasəti sahəsində reallaşdırdığı tədbir və layihələrin, eləcə də əmlak idarəçiliyi sahəsində göstərilən dövlət xidmətlərinin tərkib hissəsidir. Komitə qarşısında qoyduğu “Müasir düşüncə - gələcəyə addım” hədəfinə əsasən əmlak idarəçiliyi sahəsində “Könüllü ol” proqramı reallaşdırmaqdadır”.

Komitənin məlumatında deyilir ki, ölkənin ali təhsil ocaqlarının tələbələri və məzunlarının da əmlak idarəçiliyi sahəsində könüllü fəaliyyətinə cəlb edilməsi istiqamətində fəal iş aparılır:

“Bu məqsədlə, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetində ümumilikdə 1000-ə yaxın məzun, tələbə və magistrlərlə ilə görüşlər keçirilib. Respublikanın regionlarında da komitənin “Könüllü ol” proqramında iştirak etmək istəyən gənclərlə görüşlər keçirilir. Gəncə və Şirvan şəhərləri, Qəbələ, Quba regionunda yaşayan 700-ə yaxın gəncə “Əmlak Məsələləri Dövlət Komitəsində könüllü proqramı” mövzusunda seminarlar keçirilib. Seminarlarda Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyəti, komitədə həyata keçirilən könüllü fəaliyyət haqqında məlumatlar verilmiş, suallar cavablandırılıb. Bu görüşlərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi üçün müraciətlər də qəbul edilib. Regionlarda belə görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub”.

“Könüllülərlə birgə iş prinsipinin daha rahat və müasir formada qurulması məqsədi ilə 2017-ci ildən komitənin internet resursunda (http://www.e-emdk.gov.az:30034/Volunteer/FormApply) “Könüllü fəaliyyəti” adlı xüsusi bölmə də fəaliyyət göstərir. Könüllü olmaq istəyən gənclərimiz “Könüllü ol” bölməsinə daxil olaraq müraciətlərini elektron formada da göndərə bilirlər. Könüllülər ilə 2-3 ay müddətinə müqavilə bağlanılır və könüllülük fəaliyyətinə başlanılır. Fəaliyyət müddətləri ərzində könüllülər üçün fərdi inkişafa hesablanmış müxtəlif təlimlər, seminarlar təşkil edilir. Onlar komitədə təcrübə keçir və təlimlərə cəlb edilirlər. Fəaliyyətlərini bitirən könüllülərə Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi sertifikat verilir. Komitə tərəfindən həyata keçirilən sosial layihələrdə və beynəlxalq tədbirlərdə də könüllülərin xidmətlərindən geniş istifadə edilir. Əmlak Məsələləri Dövlət Komitəsi, habelə digər dövlət qurumlarında da könüllülərin xidmətlərindən geniş şəkildə istifadə və gələcəkdə onların işlə təmin olunması nəticəsində gənclərin dövlətçilik ənənələri və vətənpərvərlik ruhunda yetişməsinə, sosial məsuliyyət hissinin güclənməsinə, yeni nəsil dövlət qulluqçularının formalaşmasına nail olunur”, - deyə məlumatda qeyd olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az