t s

» » Münhendə "qol yağışı" başladı - Çempionlar Liqası

Münhendə "qol yağışı" başladı - Çempionlar Liqası

22-04-2015, 01:32 Yazar:  Aygün Baxılıb: 595 Çap et
Münhendə "qol yağışı" başladı - Çempionlar LiqasıBu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Baş tutacaq 2 oyundan sonra yarımfinalın 2 iştirakçısı müəyyənləşəcək.

"Barselona" ilk oyunda 3:1 hesabı ilə yendiyi PSJ-ni qəbul edəcək. Oyunu norveçli FIFA referisi Svein Oddvar Moen idarə edəcək. Komandalar bu mövsüm qrup mərhələsində də rəqib olub. İlk PSJ 3:2, cavab matçında "Barselona" 3:1 hesablı qələbə qazanıb. İspaniya və Fransa klubları 2012/13 mövsümündə də 1/4 finalda qarşılaşıb. Həmin vaхt hər iki oyunda heç-heçə başa çatıb (2:2, 1:1) və "Barselona" səfər oyunundakı 2 qol sayəsində yarımfinala çıхıb.

Gecənin digər oyununda "Bavariya" ilk oyunda 1:3 hesabı ilə uduzduğu "Portu"nu sınağa çəkəcək. Qarşılaşmanı ingilis FIFA referisi Martin Atkinson idarə edəcək. Komandalar bu mövsüm avrokuboklarda ilk dəfə qarşılaşır.

Qeyd edək ki, 1/4 final mərhələsi sabah başa çatacaq. "Real" "Atletiko"nu (ilk oyun 0:0), "Monako" "Yuventus"u (ilk oyun 0:1) qəbul edəcək. /Fanat.az/




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:00 Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib. Parisdə yerli “PSJ” komandası turnirin favoritlərindən olan “Barselona”nı qəbul edib. Görüşün 13-cü dəqiqəsində Lionel Messinin fərqlənməsinə qapı dirəyi mane olsa da, beş dəqiqə sonra argentinalı ulduzun gözəl
08:36 "Beşiktaş” vidalaşdı, "Fiorentina” və "Ayaks" növbəti mərhələdə! Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutan bütün qarşılaşmalarda 1/4 finalçıllar bəlli olub. Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” İstanbulda Belçika “Brügge”si ilə qarşılaşıb. İlk görüşdə rəqibinə uduzan
08:33 Gecənin bütün oyunları: meydan sahibləri “meydan suladı” Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. UEFA Avropa liqasının 1/8 final mərhələsinin ilk oyunları meydan sahiblərinin üstünlüyü ilə keçib. Keçirilən səkkiz qarşılaşmadan altısı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bir oyunda qonaq komanda sevinib, bir oyun
10:53 "Barselona"nın lider olmağına az qaldı Bu gün İspaniya La Liqasının 26-cı turu çərçivəsində "Atletik" doğma meydanda çempionatın lideri "Real"ı qəbul edib. Trend-in məlumatına görə, matça Bilbao təmsilçiləri aktiv başlayıblar: 27-ci dəqiqədə Arits Aduris baskları önə keçirib - 1:0. Madridlilərin çoxsaylı cəhdləri nəticəsiz qalıb:

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az