t s

» » Kapital Bank-dan sahibkarlar üçün endirimli kampaniya!

Kapital Bank-dan sahibkarlar üçün endirimli kampaniya!

13-02-2019, 12:03 Yazar:  Aytən Baxılıb: 69 Çap et
Kapital Bank-dan sahibkarlar üçün endirimli kampaniya!
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni aksiyalar həyata keçirir. Bu dəfə kiçik və orta sahibkarlar üçün əlverişli şərtlərlə bank xidmətləri təklif olunur.

Mediaxeberleri.az
xəbər verir ki, 28 fevral 2019-cu il tarixinədək Kapital Bank-ın filiallarına müraciət edən sahibkarlara hesabın açılması, sahibkar kartının verilməsi, həmçinin POS terminal quraşdırılması tam olaraq pulsuz həyata keçiriləcək. Aksiya çərçivəsində bir sıra xidmətlərə endirimlər təqdim edilir. Üstəlik filiala müraciət edən hər 100-cü sahibkara 100 manat məbləğində hədiyyə kuponu veriləcək.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
20:08 Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev - Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar
19:01 Ağstafada “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı ölkə iqtisadiyyatının inkişafı, makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni müəssisə və iş yerlərinin yaranması və s.
13:42 Kapital Bank Gənclik Mall-da 90-cı filialını açdı Müştərilər bank xidmətlərindən istifadə edə bilərlər. Kapital Bank filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində metronun Gənclik stansiyasının yaxınlığında yerləşən Gənclik Mall ticarət-əyləncə mərkəzində sayca 90-cı filialını istifadəyə verib. Müştərilər yeni konsepsiya əsasında
12:48 Azərbaycanda bank kapitalının və onun adekvatlığının hesablanması qaydaları dəyişib Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişiklik kapitalın adekvatlıq əmsallarına dair tələblər və onların hesablanması ilə bağlıdır. Qaydaya əsasən, bank məcmu kapitalın adekvatlıq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az