t s

» » Paşinyan hərbçilərini niyə Suriyaya göndərdi? - Rəy

Paşinyan hərbçilərini niyə Suriyaya göndərdi? - Rəy

13-02-2019, 08:57 Yazar:  Gülnar Baxılıb: 54 Çap et
Paşinyan hərbçilərini niyə Suriyaya göndərdi? - Rəy
Nikol Paşinyan Rusiyanın istəyini yerinə yetirdi.

Mediaxeberleri.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə il əvvəl Suriyaya müdaxilə etməyə qərar verəndə müttəfiq dövlətlərə müraciət etdi:


“Putin istəyirdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər Rusiyanın Suriyadakı hərbi kampaniyasına dəstək versinlər. Rusiya istədi ki, koalisiya yaratsın. Necə ki, ABŞ İraq və Əfqanıstana müdaxilə zamanı koalisiya yaratmışdı. Ancaq o zaman Belarus, Qazaxıstan və Ermənistan Putinə müsbət cavab vermədilər. Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanla Moskva arasında münasibətlərdə müəyyən problemlər yarandı. Kreml şübhələnirdi ki, Paşinyan ABŞ və Avropa dövlətləri ilə sıx münasibətlər yaratmaq istəyir. Paşinyan isə qorxurdu ku, Kreml Qarabağ məsələsində Azərbaycana dəstək verə bilər. Buna görə də Paşinyan Putinlə görüşlərindən birində təklif etdi ki, Ermənistan Suriyaya humanitar missiya göndərsin. Paşinyanın bu təklifi Putinin xoşuna gəldi. Daha sonra Rusiya və Ermənistan müdafiə nazirləri Moskvada bir neçə dəfə görüşdülər və bu məsələni müzakirə etdilər”.

Politoloq vurğulayıb ki, Paşinyan Suriyaya humanitar missiya göndərməklə Putinə Ermənistan Rusiyanın Suriya siyasətinə dəstək verdiyini göstərmək istəyir:

“Bu, Paşinyana ona görə lazımdır ki, Kreml Qarabağ məsələsində Ermənistana dəstəyini davam etdirsin. Təsadüfi deyil ki, Paşinyanın Suriyaya missiya göndərdiyi günlərdə Kremlin Ermənistana qırıcı təyyarələr satacağı xəbəri yayıldı. Bu yolla Kreml Paşinyanın Suriyaya humanitar missiya göndərmək addımına yüksək qiymət verdiyini göstərdi”.

Politoloq qeyd edib ki, digər tərəfdən Paşinyan Suriyaya humanitar missiya göndərməklə Ermənistan daxilində mövqelərini gücləndirməyə çalışır:

“Çünki Ermənistanın humanitar missiyası Suriyada ermənilərin yaşadığı ərazilərdə yerləşdirilməlidir. Yəni Paşinyan bununla demək istədi ki, o, Suriyada yaşayan ermənilərin qayğısına qalır. Bununla bərabər, Paşinyan Suriyaya humanitar missiya göndərməklə İranla əlaqələri də gücləndirməyi hədəfləyir. Ermənistanın Suriyaya humanitar missiya göndərməsi İrəvanın Bəşər Əsəd rejiminə dəstək verməsi deməkdir. İran da Bəşər Əsədə dəstək verir və ona görə də Dəməşqlə sıx münasibətləri olan ölkələrlə yaxşı münasibətləri var. Paşinyan bu vasitə ilə Tehranla yaxınlaşmaq istəyir. Paşinyan Tehrana səfərə hazırlaşır. Buna baxmayaraq, sanksiyalarla üzləşən İranın Ermənistana maliyyə dəstəyi verməsi problematikdir. Tehranın Ermənistanla birgə iqtisadi layihələrə də marağı azdır. İran əsas layihələrini Azərbaycanla reallaşdırmaq istəyir. Tehran hazırda Azərbaycanın iştirakçısı olduğu “Şimal-Cənub” dəmiryolu layihəsini işə salmaq istəyir. Buna baxmayaraq, İran qonşusu Ermənistanla təmas imkanlarını açıq saxlamağa üstünlük verir".

E.Şahinoğlu bildirib ki, Paşinyan hərbi heyəti Suriyaya göndərməklə Rusiyanın simpatiyasını qazandığını düşünür:

"Ancaq Paşinyanın bu qərarı onun ABŞ-la münasibətlərinə yaxşı heç nə vəd etmir. Rusiyanın digər müttəfiqləri Belarus və Qazaxıstan Suriyaya humanitar missiya göndərmədilər. Ermənistan isə göndərdi. Bu, Vaşinqtonda xoş qarşılanmadı. Belə olan halda Paşinyan ABŞ-dan maliyyə dəstəyinə ümid edə bilməz. Rəsmi Bakı bu amildən xarici siyasətində ehtiyatla istifadə edə bilər. ABŞ-dakı və Avropa ölkələrindəki erməni lobbisi Ermənistana və Dağlıq Qarabağ separatçılarına dəstək üçün müxtəlif vasitələrdən istifadə edir. Azərbaycan rəsmiləri ABŞ və Avropa rəsmiləri və diplomatları ilə danışıqlarında Ermənistanın Suriyada Rusiyaya və Bəşər Əsədə dəstək verdiyini xatırlatmalıdırlar”.

Politoloqun sözlərinə görə, əslində Azərbaycanın da Suriya istiqamətində fəallaşmasına ehtiyac var:

“Suriyada və İraqda türkmanlar yaşayır. Suriyada türkmanların sayı ermənilərdən qat-qat çoxdur. Rəsmi Bakı onlara dəstək haqqında düşünməlidir. Aydındır ki, Azərbaycanın birbaşa İraqda və Suriyada yaşayan türkmanlara dəstək verməsi problematikdir. Bunun riskləri var. Ancaq Azərbaycan İraqda və Suriyada yaşayan türkmanlara Türkiyə üzərindən humanitar yardım göndərə bilər. Bununla Azərbaycan həm eyni dildə danışan soydaşlarına dəstək vermiş olar, həm Türkiyə ilə siyasi-hərbi ittifaqını gücləndirər, həm də göstərər ki, bölgədəki hadisələrə biganə deyil”.Axar.az

Qeyd edək ki, Ermənistan fevralın 8-də Suriyaya 83 hərbçi göndərib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:47 Ermənistanın daha iki qapısı bağlanır: ÇÖRƏK İMTAHANI ABŞ-ın Tehran rejiminə tətbiq etdiyi sanksiyalar Ermənistanda bank hesabları olan iranlılar üçün ciddi problem yaradıb. Onların hesabları dondurulmaq təhlükəsi ilə üzləşib. Problem İranda anadan olan və Ermənistanda yaşayan ermənilərə də təsir göstərib. Yəni İranda anadan olmuş və hər iki ölkənin
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
10:07 Azərbaycanlı nazir müavinin Suriya açıqlaması aranı qarışdırdı – rəylər Ərdoğanın Bakı səfəri ərəfəsində şok olay; Araz Əzimovun Bəşər Əsədi dəstəkləməsini müxalifət “Türkiyəyə və sivil dünyaya qarşı xəyanət” kimi qiymətləndirir, onun istefası tələbləri səsləndi; iqtidaryönlü deputat nazir müavinini müdafiə etdi… Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az