t s

» » Deputatlar süni qiymət artımı və problemli kreditlərdən danışdılar

Deputatlar süni qiymət artımı və problemli kreditlərdən danışdılar

12-02-2019, 12:45 Yazar:  Günel Baxılıb: 31 Çap et
Deputatlar süni qiymət artımı və problemli kreditlərdən danışdılarDeputat Əli Məsimli ölkədə minimum əməkhaqqının qaldırılmasından sonra bəzi işbazlar tərəfindən ərzaq bazarında süni qiymət artımının baş verməsindən narahatlığını dilə gətirib.

Mediaxeberleri.az xəbər verir ki, deputat minimum əməkhaqqının artırılması məsələsini müsbət qiymətləndirib:

“Bu əməkhaqqı hələ martın 1-dən tətbiq ediləcək. Ancaq indidən bazarlarda ərzaq, xüsusilə süd məhsullarının qiyməti qalxıb. Gələn ay Novruz bayramı olacaq. Bu ərəfədə işbazlar qiyməti qaldıra bilərlər. Artıq bunun işartıları görünür. Ona görə də aidiyyəti strukturlar bu məsələni diqqətdə saxlamalıdırlar”.

Deputat Vahid Əhmədov isə çıxışında banklar və problemli kreditlər məsələsindən danışıb.

O qeyd edib ki, bu gün məhkəmələrdə 200 mindən artıq kreditlərlə bağlı iş var:

“Bunların böyük əksəriyyəti dollar kreditləri ilə bağlıdır. Prezident əmanətlərin tam sığortalanması haqqında qanunun müddətini bir il uzatdı. Mən cənab prezident bu məsələni də nəzarətinə götürüb, problemin həlli üçün qərar verməsini istərdim”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:36 Kənd təsərrüfatı naziri xalqı aldadır - İTTİHAM Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı, xüsusən də ərzaq təhlükəsiziliyinin təminatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, ortada ciddi nəticə yoxdur. Bazarlarda hələ də xaricdən gətirilən, bəziləri isə genetik modifikasiya olunmuş (GMO) kənd təsərrüfatı məhsulları çoxluq
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
19:03 Ağstafada Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirilib Martın 15-də Ağstafada Novruzun gəlişinə həsr olunmuş ümumrayon şənliyi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalq sənətkarlığı nümunələrindən ibarət sərgi və rayonun tarixini, etnoqrafiyasını əks etdirən eksponatlarla tanış olublar. Mərasimdə çıxış edən rayon
08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az