t s

» » Azərbaycanda qadın postda uşaq dünyaya gətirdi

Azərbaycanda qadın postda uşaq dünyaya gətirdi

11-02-2019, 13:10 Yazar:  Aytən Baxılıb: 50 Çap et
Azərbaycanda qadın postda uşaq dünyaya gətirdi
Dünən saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu “Nəvai” postu adlanan ərazidə dayanıb.

Mediaxeberleri.az
xəbər verir ki, sürücü postda xidmət aparan YPX əməkdaşlarına yaxınlaşaraq, onlardan kömək istəyib.

Bildirib ki, sərnişinlərdən biri hamilədir və özünü pis hiss edir. Sərnişin dərhal postdakı tibb otağına dəvət edilib və ona ilkin tibbi yardım göstərilib. Daha sonra 113 təcili tibbi yardım xidmətindən həkimlər dəvət olunub.

Həkimlər gəldikdən sonra qadın doğuşa başlayıb. Həkim və YPX əməkdaşlarının köməyilə doğuş tam təhlükəsiz keçib və qız uşağı dünyaya gəlib.

YPX əməkdaşları və həkimlərin yardımı ilə ana və uşaq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hal-hazırda vəziyyətləri normaldır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:10 Təcili tibbi yardım xidmətinin İFLASI - İTTİHAM "Azərbyacan Respublikasının prezidenti cənab İlham Əliyevin,Prezident Adminstrasiyasının şöbə müdiri Fərəh Əliyevanın,Baş nazir Novruz Məmmədovun,Baş nazirin müavini Əli Əhmədovun,Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanovun diqqətinə!!!" Bu ifadələr olke.info-da yer alan şikayət
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
08:43 Həkimlərin qeysəriyyə oyunu - ARAŞDIRMA Azərbaycanda son illər hamiləliyini qeysəriyyə əməliyyatı ilə sonlandıranların sayı xeyli artıb. Bunu son illərin statistik göstəriciləri təsdiqləyir. Rəqəmlərə görə, təkcə ötən il 47 760 qadın övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib. 2011-ci ildə 175 175 doğuşun yalnız 25 960-ı
17:48 Azərbaycanda həkim adına LƏKƏ OLANLAR! - Dəhşət dolu olaydan BAŞ PROKURORA GİLEY Bakı sakini Rzayev Yaşar Söydümalı oğlu Baş prokuror Zakir Qaralova müraciət edib. Y.Rzayev yayiminfo.com-a göndərdiyi müraciətdə qeyd edir ki, iyun ayının axırında həyat yoldaşı Mövsümova Aygün Mirədil qızı ayyarımlıq hamilə olduğunu öyrəndikdən sonra abort elətdirmək qərarına gəliblər: "Biz
22:30 Vətəndaş "Vital Klinika"da başına açılan oyunlardan şikayətçi düşüb... - Nazirlik müdaxilə etməlidir... Hadisə 2014-cü il noyabr ayının 12-də baş verib. Səhər işə getdiyim zaman yaxın qohumdan gələn zəng məni diksindirdi. Mənə elə gəldi ki, pis xəbər eşidəcəm. Əllərim əsə-əsə telefonu açdım. Xanımın ağlar səsi məni daha da sarsıtdı. Öz düşüncəmdə nəyin baş verdiyini anlamışdım. Xanım ağlaya-ağlaya

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az