t s

» » Səfər Mehdiyev Səlim Müslümovun yolunu gedir... - Eyni pafos, eyni uğursuzluq...

Səfər Mehdiyev Səlim Müslümovun yolunu gedir... - Eyni pafos, eyni uğursuzluq...

11-02-2019, 12:55 Yazar:  Günel Baxılıb: 34 Çap et
Səfər Mehdiyev Səlim Müslümovun yolunu gedir... - Eyni pafos, eyni uğursuzluq...Dövlət Gömrük Komitəsinin sədri postuna təyin olunandan sonra Səfər Mehdiyev özünün saxta islahatçı obrazı ilə diqqətə gəlməklə yanaşı, həm də pafoslu bəyanatları ilə də diqqət çəkdi ki, əslində bu yolla o, başqa bir uğursuz nümunəni - keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovu təkrarlamış oldu.
Necə ki, Səlim Müslümov ƏƏSMN-nin rəhbərliyinə DSMF-dən transfer olunmasına rəğmən özünü az qala "peyğəmbər" kimi təqdim edərək "yuxarıların" gözünə "kül üfürməyə" üstünlük verdi, eləcə də Səfər Mehdiyev eyni üslubla - özünü tamamən gömrük sisteminin əvvəlki dpnəmlərinə yad birisi kimi təqdim etməyə çalışdı.

Sanki dünənə qədər gömrük sostemində cərəyan edən özbaşınalıqlar, yeyinti və korrupsiya hallarının kuliminativ nöqtəsi, habelə gömrükdəki inhisarçılıq, sahibkarlara divan tutulması və bu kimi neqativ hallar Səfər Mehdiyevin məlumat və aidiyyat zonasında olmayıb. Yəni adam bütün bu baş verənlərdən xəbərsiz şəkildə sakitcə olaraq özünün 1-ci müavinlik kabinetinə çəkilərək dərd edirmiş... Özünü bu günə saxlayırmış. Nə rüşvətdən xəbəri varmış, nə də dövlət büdcəsinə edilən qəsddən...

Bütün bunları Mediaxeberleri.az-a xatırladan mənbə iddia edir ki, Səfər Mehdiyevin fiaskosu qaçılmazdır. Mənbənin dia.az-a söylədikləri:

"Səfər Mehdiyev enində-sonunda ilişəcək. Necə ki, Səlim Müslümov uzun müddət duruş gətirə bilmədiu. Sadəcə olaraq, ona tanınmış 5 illik fürsəti dəyərləndirib sədrliyin dadını çıxarmaqla məşğuldur. Çünki onun kimi köhnə gömrük ab-havalı şəxslər heç bir halda səmimi islahatçı ola bilmirlər. Müəyyən həddə qədər. Səfər Mehdiyevin də limiti rəqiblərini, dünənki düşmənlərini hədəfə almaqla məhdudlaşdı. İndi DGK-də "qurdla quzu bir yerdə otlayır" mühiti yaranmış kimi göstərilir. Amma DGK-nin əvvəlki ağırlığını sahibkarlar aşkar şəkildə hiss edirlər".

Mənbə konkret misallar da çəkdi ki, bu barədə daha geniş materialımız hazırlanır. Əlavə olaraq onu qeyd edə bilərik ki, dia.az-a danışan qaynaq yaxın vaxtlarda DGK-da kadr islahatlarının həyata keçiriləcəıyini də söylədi. Kimlər gedəcək? Bu barədə növbəti yazımızda... Bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:20 Sahil Babayev və təcrübəsiz komandası... Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev artıq bir neçə dövlət qurumu ilə yanaşı, rəhbərlik etdiyi nazirlikdə də ciddi narazılıqla üzləşib. Mediaxeberleri.az “Reytinq”ə istinadən xəbər verir ki, təyinatından 3 ay ötən yeni nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az