t s

» » Azərbaycanda koksaki virusu yayılıb? - AÇIQLAMA

Azərbaycanda koksaki virusu yayılıb? - AÇIQLAMA

11-02-2019, 12:47 Yazar:  Günel Baxılıb: 22 Çap et
Azərbaycanda koksaki virusu yayılıb? - AÇIQLAMASosial şəbəkələrdə azyaşlılar arasında koksaki adlı virusun yayılması barədə xəbərlər gündəm olub.

Mediaxeberleri.az-ın məlumatına görə, xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir.

Səpkilər, əsasən, ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır.

Səpkilərə görə su çiçəyinə bənzəyən bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən, tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür.

Səhiyyə Nazirliyindən Mediaxeberleri.az-a verilən açıqlamada bildirilib ki, koksaki adlı virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:

“Hələlik bu virusla bağlı müraciət edənlər olmayıb”.

Qeyd edək ki, bu xəstəlik, adətən, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:40 Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.
21:17 Soyuq aylarda uşaqları burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərindən necə qorumaq olar? (RƏY) Payız-qış mövsümündə daha çox yuxarı tənəffüs yollarının, eləcə də xroniki xəstəliklərin kəskinləşməsi baş verir. Xüsusilə də burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərinə xas olan kəskinləşmələr qeydə alınır. Bu hala, əsasən, azyaşlılar arasında sıx rast gəlinir. Mütəxəssislər "Report”a
15:25 UŞAQLARIN QIZDIRMASINI SALMAQ ÜÇÜN BU DƏRMANLARDAN ƏSLA ISTIFADƏ ETMƏYIN! Bir çox infeksion xəstəliklər və soyuqdəymə bədən temperaturunun qalxması ilə müşahidə olunur. Uşaqlarda bədənin temperaturu azca yüksələn kimi valideynlərin çoxunun ilk gördüyü tədbir qızdırma salan preparatlardan istifadə etmək olur. Lakin effektiv qızdırma salan preparat seçməzdən əvvəl mütləq
20:30 Qrip virusu məqsədli şəkildə yayılır? - Açıqlama İlin müəyyən vaxtlarında dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda qrip virusu geniş şəkildə yayılmağa başlayır və bir müddət davam edir. Qrip bir çox hallarda ağır keçdiyindən insanlar həkimə müraciət etməyə, müxtəlif dərman vasitələrindən istifadə etməyə məcbur olurlar. Cəmiyyətdə
21:06 Xorultu problemi və onun həlli Son illər ərzində xorultu və yuxunun obstruktiv apnoe sindromu (YOAS) diqqət mərkəzindədir. Əhali arasında yetişkin şəxslərdə (əsasən 30-35 yaşdan yuxarı) daha çox rast gəlinir. Nəticədə bu patologiya ayrı bir xəstəlik – Ronxopatiya olaraq ayrılmışdır. Xoruldamağa ağız-udlağın yumşaq toxumalarının

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az