t s

» » Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim - İsa Həbibbəyli

Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim - İsa Həbibbəyli

11-02-2019, 11:44 Yazar:  Günel Baxılıb: 26 Çap et
Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim - İsa Həbibbəyliİstəyirik ki, akademiyada əmək intizamına əməl edilsin, çünki bundan sui-istifadə edilməsi halları var.

Mediaxeberleri.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli elmi işçilərin kitabxanalarda işləmək üçün müəyyən edilmiş “yaradıcılıq günləri”ndə də işə gəlməsi ilə bağlı qoyulan tələbə münasibət bildirərkən deyib.

İ.Həbibbəyli hesab edir ki, elmi işçilərin həftənin bütün günlərində işə gəlməsini tələb etmək onların yaradıcılıq imkanlarının məhdudlaşdırılması demək deyil. Çünki AMEA-nın bütün institutlarında elmi işçilərin kitabxanalara getmədən, işlədiyi müəssisədə elmi fəaliyyətlə məşğul ola bilməsi üçün şərait yaradılıb.

Vitse-prezident qeyd edib ki, bunun üçün bütün institutlarda kitabxanalar və oxu zalları yaradılıb. İnstitutların çoxunda isə hətta müasir, elektron kitabxanalar təşkil edilib.

İ.Həbibbəyli hesab edir ki, bu tələb işə vaxtında gəlmək istəməyən elmi işçilərin bəhanələrini aradan qaldırır:

“Kitabxana rəhbərləri institutların işçiləri üçün lazım olan kitabların sifarişini qəbul edir. Kitabxanalar həmin kitabları Mərkəzi Elmi Kitabxanadan gətirirlər, daha sonra isə onu işçiyə verirlər. Belə imkan hesabına işçilərin kitabxanalara getmə zərurəti aradan qaldırılır. Əgər kitabı əldə etmək mümkün olmursa, işçini rəsmi məktubla elmi işə görə arxivlərə, digər mərkəzi kitabxanalara göndəririk. Akademiyada bəziləri işə gəlmir və soruşanda da deyir ki, kitabxanada idim. Yoxlayanda isə məlum olur ki, kitabxanada olmayıb. Təbii ki, bu, hamıya aid deyil. Əgər kimsə, hər gün kitabxanalara getmək üçün “yaradıcılıq günləri”nin olmasını istəyirsə, onda demək kitabxana onlar üçün bəhanədir. Çünki kitabxana ilə bağlı hər cür şərait var. Düşünürəm ki, bunu etmək istəyənlər əmək intizamından yayınmaq istəyənlərdir. Düzdür, bunu inzibati qaydada etmirik, amma istəyirik ki, akademiyada əmək intizamına əməl edilsin, çünki bundan sui-istifadə edilməsi halları var. Bunu hamıya şamil etmək olmaz, amma belə hallar var və onun qarşısı alınmalıdır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az