t s

» » Sumqayıt-Bakı qatarı bu gün yola düşmədi - SƏBƏB

Sumqayıt-Bakı qatarı bu gün yola düşmədi - SƏBƏB

11-02-2019, 11:17 Yazar:  Günel Baxılıb: 28 Çap et
Sumqayıt-Bakı qatarı bu gün yola düşmədi - SƏBƏBSumqayıt-Bakı qatarının hərəkətində texniki problem yaranıb.

Mediaxeberleri.az-ın məlumatına görə, bu gün Sumqayıt Dəmiryolu Stansiyasından səhər saat 08:00-da çıxmalı olan qatar yaranmış problem səbəbindən xəttə buraxılmayıb.

Faktı Oxu.Az-a təsdiq edən “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova xətlərdə heç bir problemin olmadığını qeyd edib:

“Qatarın özündə texniki problem yaranıb. Xətlərdə heç bir problem yoxdur. Yaranmış problemin səbəbi araşdırılır. Texniki nasazlıq səbəbindən 6008 №-li elektrik qatarının hərəkət etməyəcəyi barədə sərnişinlərə məlumat verilib. Sərnişinlər qrafik üzrə 08:48-də hərəkət edən qatarla Bakıya yola salınıblar. Sumqayıt-Bakı istiqamətində işləyən digər qatarların hərəkət cədvəlində heç bir dəyişiklik yoxdur. Qatarlar qrafik üzrə hərəkət edəcək”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:30 Daha bir avtobus qatarla toqquşacaqdı - İki qurum bir-birini ittiham edir - VİDEO Bir neçə ay əvvəl Xəzər rayonu, Binə qəsəbəsində yerləşən dəmiryolu keçidində 3 nəfərin ölümü və 40 sərnişinin xəsarət alması ilə nəticələnən hadisə yenidən təkrarlana bilərdi. Çünki ötən gün 160 saylı marşrut avtobusunun sürücüsü qatar yaxınlaşarkən dəmiryolu keçidini keçmək istəyib və şlaqbaum
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
12:20 Sumqayıt qatarının cədvəli dəyişdi Oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. "Azərbaycan Dəmir Yolları" QSC-dən Xezerxeber.com-a verilən məlumata görə, son vaxtlar artan sərnişin sıxlığını və sərnişinlərin təkliflərini nəzərə alaraq, Bakı-Sumqayıt
17:06 Bakı-Sumqayıt qatarının marşrutu və hərəkət intervalı - AÇIQLANDI Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının marşrutu məlum olub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, sentyabrın 15-dən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 8 elektrik qatarı işləyəcək. Sərnişin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az