t s

» » Qurudulmuş xurmanın FAYDALARI

Qurudulmuş xurmanın FAYDALARI

11-02-2019, 09:21 Yazar:  Gülnar Baxılıb: 86 Çap et
Qurudulmuş xurmanın FAYDALARI
Xurma qış meyvəsi hesab edilsə də, ilin hər fəslində yeyilir. Bundan ötrü də xurma qurudulur. Bəs xurma qurudulmuş halda öz faydalı xüsusiyyətlərini qoruyurmu?

Mediaxeberleri.az
azərtac-a istinadən mütəxəssislərin dəyərləndirməsi əsasında qurudulmuş xurmanın fayda və zərəri barədə material təqdim edir.

Hər 100 qram qurudulmuş xurmanın tərkibində 75 qram karbohidrat, 15 qram sellüloz və 2,5 qram zülal var. Həmçinin A vitamini, kalsium, dəmirlə zəngin olan qurudulmuş xurmanın kalorisi o qədər də çox deyil, cəmi 275-ə bərabərdir. Qurudulmuş xurmanın faydalı xüsusiyyətləri meyvənin hansı temperaturda hazırlanmasından birbaşa asılıdır. Məsələn, 100 dərəcədə C vitamini məhv olur, bu səbəbdən də temperatur çox qaldırılmamalıdır.

Qurudulmuş xurma immunitetin möhkəmlənməsi üçün faydalıdır. Bunun hesabına soyuqdəymə və qripdən qorunmaq, qoruyucu funksiyaları möhkəmlətmək mümkündür. Qurudulmuş xurma kollagenin əmələ gəlməsinə şərait yaradır ki, bu da insanın dərisinə fayda verir, ona tonus verməklə qocalma prosesini ləngidir.

Qurudulmuş xurma, həmçinin əməliyyatdan sonra da çox faydalıdır. Belə ki, sadəcə qurudulmuş xurmadan yeməklə və həkimin göstərişlərinə riayət etməklə daha tez sağalmaq olar. Həmçinin görmə qabiliyyətini, selikli qişanı bərpa etmək, xərçəngi aradan qaldırmaq və sümükləri möhkəmlətmək mümkündür.

Meyvənin tərkibindəki A vitamininin hesabına görmə qabiliyyəti yaxşılaşır, selikli qişa isə daha tez sağalır. Xurmanın bu keyfiyyəti onkoloji proseslərin inkişafına təsir göstərən sərbəst radikallarla mübarizədə də faydalıdır. A vitamini hüceyrələri və orqanizmi toksinlərdən təmizləyir.

Qurudulmuş xurma yaşlılar, uşaqlar və idmançılar üçün çox xeyirlidir. Onu tez-tez qəbul etmək məsləhətdir, çünki sümükləri möhkəmləndirir. Həmçinin osteoporozun inkişafının, sümüklərin kövrəkliyinin qarşısını alır.

Qurudulmuş xurmanın tərkibində çoxlu kalium vardır ki, bu da ürək-damar sistemi üçün faydalıdır. Ürək çatışmazlığı zamanı xurma tonusu və ürəyin fəaliyyətini dəstəkləyir. Həmçinin hipertoniyada, infarkt və ya insulta meyillilikdə yaxşı təsir göstərir. Tərkibindəki kalium isə xolesterinin səviyyəsini aşağı salır.

Bu meyvə qurusu beynin fəaliyyətini və maddələr mübadiləsini sürətləndirir, iltihab proseslərini azaldır. Babasil üçün əla profilaktikadır, xırda damarların divarlarını möhkəmlədərək, mümkün qansızmaların qarşısını alır, iltihab əleyhinə təsir göstərir.

Xurmanın tərkibindəki sellüloz sayəsində mədə-bağırsaq traktındakı problemlərin, məsələn, qəbizliyin qarşısını almaq mümkündür. Qurudulmuş meyvə bu baxımdan həddən artıq faydalıdır, həzm prosesini tezləşdirir və qidanı daha asan ötürür.

Meyvənin tərkibindəki çoxlu miqdarda qlükoza orqanizmə enerji verir. Bir çox diyetoloqlar məşqlərdən sonra qurudulmuş xurma yeməyi məsləhət görürlər. Bu, insulinin miqdarını artırır və itirilən gücü bərpa edir. Bundan başqa, şirniyyatı da əvəzləyərək arıqlamağa şərait yaradır.

Qurudulmuş xurmanın zərərli təsirinə gəldikdə, bu, ilk növbədə, əks göstəricilərlə bağlıdır. Məsələn, onun tərkibində qlükozanın həddən çox olması diabet xəstəliyindən əziyyət çəkən insanlar üçün zərərlidir.

Xurma allergiyası olan insanlara da zərərli ola bilər. Bu zaman qaşınma, iltihab, qızartı və hətta Kvink şişməsinin baş verməsi mümkündür.

Meyvə mədə-bağırsaq traktının aşkar problemləri zamanı orqanizmə mənfi təsir göstərə bilər. Kəskin pankreatit, qastrit və mədə xorası zamanı qurudulmuş xurma yemək məsləhət görülmür.

Lakin yadda saxlamaq lazımdır ki, bütün qaydalara riayət olunarsa, xurma orqanizmə heç bir zərər verməz.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:10 Bayram süfrəsindən sağlam qalxmaq üçün necə yeməliyik? - Yeni ili xəstə qarşılamaq istəməyənlərə MƏSLƏHƏTLƏR Yeni ilə sayılı günlər qalır. Bayram münasibətilə hər bir evdə ləziz təamlarla bəzədilmiş süfrələr açılır, çeşid-çeşid yeməklər, şirniyyatlar hazırlanır. İnsanlar bayram tətili günlərində bir-birlərinə qonaq gedir, bayramlaşırlar. Təbii ki, qonaq getdikləri evlərdə də cürbəcür fərqli yeməklərə
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
10:34 Xolesterin ziyanlıdır, yoxsa xeyirli... “Onun miqdarının normadan az olması xərçəng riskini artırır, yaddaş zəifliyi yaradır, parkinson xəstəliyinə, həmçinin insulta, aqressiyaya səbəb olur” Xolesterinin ziyanlı və ya xeyirli olması ətrafında uzun müddətdir ki, müzakirələr gedir. Bir sıra alimlər, həkimlər xolesterinin heç bir ziyanının
02:11 Pəhriz saxlamağın təhlükəli tərəfləri - Bunlara diqqət! “Bir həftədə 10 kiloqram arıqlamaq üçün hansı qidaları yeməlisiniz”, “Yaya istədiyiniz çəkidə girmək üçün bunları yeməyin”, “Bu qidaları yemək çəkinizi artırır”. Son günlər KİV-də bu xəbərlər qədər oxunma sayları da artıb. Səbəb bəllidir, yay gəlmədən qışda topladığımız çəkidən azad olmaq. Amma hər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az