t s

» » İlham Əliyev həmkarını təbrik etdi: "ikitərəfli əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız..."

İlham Əliyev həmkarını təbrik etdi: "ikitərəfli əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız..."

10-02-2019, 11:50 Yazar:  Aytən Baxılıb: 44 Çap et
İlham Əliyev həmkarını təbrik etdi: "ikitərəfli əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız..."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini bu ölkənin milli bayramı - İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik edib.

Mediaxeberleri.az
xəbər verir ki, təbrikdə deyilir:

Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:58 İlham Əliyev onları təbrik etdi Azərbaycan Prezidenti İlham Əliyev Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirə təbrik məktubu ünvanlayıb. Mediaxeberleri.az xəbər verir ki, təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
23:43 Qazax Rayonlararası Ruhi Xəstəxanada 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib Azərbaycanlılar üçün əziz bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə tədbirlərlə qeyd olunur. Bu gün növbəti belə bayram tədbirlərindən biri Qazax Rayonlararası Ruhi
20:29 Onlar İlham Əliyevi TƏBRİK ETDİLƏR Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb. Unikal.org-un xəbərinə görə, təbrik mətnində deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Uzaqgörən
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
12:13 İlham Əliyevdən təbrik məktubu Prezident Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyni təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: Hörmətli cənab Prezident, Milli bayramınız – Pakistan günü münasibətilə Sizə və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az