t s

» » “Ayrılığ”ın müəllifi vəfat etdi - VIDEO

“Ayrılığ”ın müəllifi vəfat etdi - VIDEO

10-02-2019, 10:15 Yazar:  Gülnar Baxılıb: 80 Çap et
“Ayrılığ”ın müəllifi vəfat etdi - VIDEO
“Ayrılıq” mahnısının sözlərinin müəllifi Rəcəb (Fərhad) İbrahimi Korabazlı vəfat edib. Rəcəb İbrahimi 83 yaşında Tehranda dünyasını dəyişib.

Qeyd edək ki, R.İbrahimi 1936-cı ildə Ərdəbilin Korabas kəndində doğulub.

O, bəstəkar və tarzən Əli Səlimi ilə tanış olduqdan sonra “Ağlama”, “Açıl Səhər” və “Ayrılıq” şeirlərini yazıb.

“Ayrılıq” mahnısını ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi oxuyub, 1958-ci ildə Tehran radiosunda səsləndirilib.

Mahnı 1963-cü ildə Tehrana səfər edən Rəşid Behbudova təqdim olunub. R.Behbudov ifasından sonra “Ayrılığ”ın şöhrəti İran, Cənubi və Şimali Azərbaycan sərhədlərini aşmağa başlayıb və ümumtürk dünyasının ən məşhur mahnılarından biri kimi tanınıb.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:03 Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlanacaq Nyu-Yorkun məşhur "Davidzon Radio"sunun "Karavan" verilişinin budəfəki sayı Azərbaycanın Xalq artisti Rəşid Behbudova həsr edilib Mediaxeberleri.az AZƏRTAC - a istinadən xəbər verir ki, veriliş bu gün Bakı vaxtı ilə saat 23:00-da canlı olaraq yayımlanacaq. Verilişdə məşhur sənətkarın həyat və
11:42 Ziya Məmmədovun adı daha bir qalmaqalda - İDDİA Sələm biznesinin ledisi olan Fatma Yolçiyeva barədə ölkə mətbuatı çox yazıb. Hətta iki il əvvəl onun qurbanlarından biri olan Məcidov Sudef Hacıbala oğlu ölkə mətbuatına Fatma Yolçiyeva tərəfindən başına gətirilən zülmlərdən danışıb. Sudef Məcidov hətta “QAFQAZ XƏBƏR MEDİA MƏRKƏZİ”ndə mətbuat
12:45 Biri vardı, biri yox… – Video Nə biləydik… Nə biləydik bu sevginin sonu yox, Nə biləydik dünya belə dönəcək. Nə biləydik sevgi adlı bu qonaq İkimizin aramızda öləcək… Ulu sevgi göydən yerə endimi, Nə dayandı yolumuzun üstündə? Bu məhəbbət soyuduqca sən demə Can verərmiş qolumuzun üstündə. Hər görüşə sürünürdü ayaqlar… O
03:30 Təcavüzə uğradı, evləndirildi, fahişəliyə cəlb edildi - ŞOK OLAY Türkiyənin Dənizli şəhərində 9 yaşında ikən anasının sevgilisi tərəfindən təcavüzə uğrayan, 11 və 13 yaşlarında “başlıq” üçün anası tərəfindən iki dəfə evləndirilən gənc xanım üç uşaq sahibi olandan sonra həyat yoldaşının işgəncələrinə dözə bilməyib evdən qaçıb və fahişəlik bataqlığına düşüb.
01:21 Broylerə məğlub olan “Cücələrim" - ARAŞDIRMA Bəstəkarlar uşaq musiqisi bəstələməyə niyə normal şeir tapa bilmirlər? Gəlin, ən məşhur uşaq mahnılarından bir neçəsini xatırlayaq: məsələn, mənim ağlıma ilk gələn məşhur “Cücələrim” oldu. Daha sonra “Kukla”, “Oynaq topum”, “Kim sevirsə idmanı”, “Mən baharın qızıyam” və s. Son illərdə uşaq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az