t s

» » İribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılacaq

İribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılacaq

10-02-2019, 10:03 Yazar:  Gülnar Baxılıb: 71 Çap et
İribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılacaq
Sabahdan başlayaraq ölkə ərazisində iribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinin icrasına start veriləcək.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən məlumat verilib.

Bildirilib ki, iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara, ev itləri arasında quduzluq, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə başlanan tədbirlərin aparılması davam etdirilir.

Aparılan tədbirlərlə əlaqədar Dövlət Baytarlıq Xidmətinin və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytar mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə rayonlara ezam olunublar.

Ölkədə epizootik tədbirlərin aparılması və “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin ediliblər.

Hazırda xüsusi təhlükəli xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:04 AĞSTAFADA HEYVANLAR ARASINDA PROFİLAKTİK PEYVƏNDLƏMƏ VƏ DİAQNOSTİK MÜAYİNƏLƏRİN İCRASINA BAŞLANILIB Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Cari ilin ilk günlərindən başlayaraq bütün ölkədə olduğu kimi, Ağstafa rayonunda da
11:36 Kənd təsərrüfatı naziri xalqı aldadır - İTTİHAM Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı, xüsusən də ərzaq təhlükəsiziliyinin təminatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, ortada ciddi nəticə yoxdur. Bazarlarda hələ də xaricdən gətirilən, bəziləri isə genetik modifikasiya olunmuş (GMO) kənd təsərrüfatı məhsulları çoxluq
00:53 Heydər Əsədov bu işdə Aydın Əliyevlə ortaq hərəkət edib - İTTİHAM Bu gün qeyri-neft sektorunun, əsasən də iqtisadiyyatın ayrılmaz hissəsi olan kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Çünki kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, o cümlədən regionlarda yaşayan insanların məşğulluğunda
15:53 Gənc nazir rüşvətə bulaşmış baş baytarla yolları ayırır: Kənd təsərrüfatı naziri İnam Kərimovun qanunsuz işlərlə məşğul olan Baytarlıq Xidməti rəisi Azər Süleymanovla işləmək istədiyi inandırıcı görünmür Baş baytar keçmiş nazirin fəaliyyətinə bağlı bir məmurdur və sistemdə bazar, rüşvət şəbəkəsi yaradıb. Ümummillilider Heydər Əliyev baytarlıq
21:30 Sabahdan heyvanlarda kütləvi peyvəndləmə tədbirinə başlanılır Heyvanlarda bruselyoz xəstəliyinə peyvəndləmə qarşı 4-5 il müddətinə immunitet yaradır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti mayın 9-dan ölkə üzrə xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirinə başlayacaq. Dövlət Baytarlıq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az