t s

» » Masallıda gəmiricilər taxıl sahələrini basıb - VİDEO

Masallıda gəmiricilər taxıl sahələrini basıb - VİDEO

9-02-2019, 22:14 Yazar:  Gülnar Baxılıb: 61 Çap et
Masallıda gəmiricilər taxıl sahələrini basıb - VİDEO
Havaların qış fəslinə xarakterik olmayan şəkildə mülayim keçməsi Masallıda taxıl sahələrində siçanabənzər gəmiricilərinartaraq əkin sahələrinəciddi ziyan vurmasına səbəb olub. Bu səbəbdən də taxılsahələrindəgəmiricilərə qarşı kimyəvi mübarizə işləri aparılır.

Masallıda taxıl sahələrini siçanabənzər gəmiricilər basıb.


Zərərvericilər taxıl sahələrinə ciddi ziyan vurur. Siçanabənzər zərərvericilər əsasən taxılın gövdəsini yeyir, kökünü zədələyir. Indidən bir neçə fermerin sahəsinə ciddi ziyan verib.

Artıq zərərvericilərə qarşı Masalı Rayon Bitki Mühafizə idarəsinin əməkdaşları tərəfindən dərmanlama işlərinə başlanılıb. Təkcə yanvar ayında Qızılağac, Viləş, Həsəni və Çağırlı kəndləri üzrə 1000 hektar ərazidə zərərvericilərin yuvalarına dərman qoyulub.

Hazırda Gərçöl kəndində də taxıl sahələrində müşahidələr aparılır. Aşkar olunan zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri görülür. Bu zaman fermerlər və fiziki şəxslər təlimatlandırılıb, kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması diqqət mərkəzində saxlanılıb. Onlara, habelə təhlükəsizlik qaydaları ilə əlaqədar hazırlanan xüsusi buklet və təlimatlar paylanıb.

Qeyd edək ki, rayonun digər ərazilərindəki taxıl sahələrində də monitorinqlər aparılır. Bu il Masallıda ümumilikdə 12 min 400 hektar ərazidə taxıl əkilib.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:29 Qazaxda iqtisadi inkişaf daha dayanıqlıdır, istehsal sektoru davamlıdır... Bu gün Azərbaycanın ciddi düşünülmüş, uzun illərə hesablanmış genişmiqyaslı, çoxşaxəli iqtisadi inkişafı təmin olunur. Bu inkişafı və uğurları düzgün, düşünülmüş iqtisadi siyasət şərtləndirir. Həmin siyasətin nəticəsi olaraq, Azərbaycanın bütün bölgələri kimi, ölkəmizin qərb qapısı hesab olunan
12:17 ŞOK: İcra hakimiyyətləri, nazirliklər və digər dövlət qurumları BÜDCƏNİ BELƏ YEYİBLƏR - RƏSMİ İTTİHAM Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Mediaxeberleri.az xəbər verir ki, hesabat dövründə tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
09:47 Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür… (2-ci yazı) …Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon
09:17 Fermerlər icra başçısını ifşa etdi – FAKTLAR Füzuli rayonundan olan bir qrup fermer bölgədəki özbaşınalıqları faktlarla sübut edib. Rayon icra başçısı Alı Alıyevin əməllərini ifşa edən materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub. Ölkə başçısının məmurlara etdiyi xəbərdarlıqdan sonra bu müraciət nəzarətə götürülüb. İddialara görə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az