t s

» » Minimum əməkhaqqının artırılması sosial rifahı yüksəldəcək - VİDEO

Minimum əməkhaqqının artırılması sosial rifahı yüksəldəcək - VİDEO

9-02-2019, 21:47 Yazar:  Gülnar Baxılıb: 48 Çap et
Minimum əməkhaqqının artırılması sosial rifahı yüksəldəcək - VİDEO
Azərbaycanda minimum əməkhaqqının 50 manat artması əhalinin rifah halının yüksəlməsinə, xüsusilə aztəminatlı və imtiyazlı təbəqələrin sosial durumunun yaxşılaşdırılmasına kömək edəcək. Bu artım 600 min nəfəri əhata edəcək. Bu barədə iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib. Bu artım bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır və bütün səylər vətəndaşların rifah halının yüksəldilməsi üçündür.

Azərbaycanda minimum əməkhaqqının artırılması xüsusilə az gəlirli ailələrin rifahının yaxşılaşmasına səbəb olacaq. Martın 1-dən etibarən tibb, təhsil və digər sahələrdə ən aşağı əməkhaqqı 180 manat təşkil edəcək. Hazırda bu məbləğ 130 manatdır.

İqtisadi İslahatlarının Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı artımı şərh edərkən bildirib ki, bunun üçün dövlət büdcəsindən bu il ərzində 335 milyon manat, gələn il isə 400 milyon manat əlavə vəsait xərclənəcək.

Bu artım Azərbaycan əhalisinin böyük hissəsini əhatə edəcək və bununla aztəminatlı ailələrlə normal gəlirli ailələr arasındakı fərq azalacaq. Üstəlik, ölkədə əsasən aşağı maaşlı işlərdə qadınlar çalışdığından bu artımla qadın və kişilərin gəlirləri arasındakı fərq də azalmış olacaq. Eyni zamanda, bu dəyişiklik özəl sektora da təsir edəcək.

Bu artımlar bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili və vətəndaşların sosial rifahının yaxşılaşdırılması dayanır. Ölkə iqtisadiyyatı artdıqca sosial ayırmalara ayrılan xərclər də ona adekvat şəkildə artırılır. Bu, təkcə infrastrukturun qurulması, yeni iş yerlərinin yaradılmasında deyil, həm də birbaşa ayırmalarda da özünü biruzə verir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 % artdığı halda, 2019-cu ildə bu artımın 3 %-dən çox olacağı proqnozlaşdırılır.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:56 Minimum əməkhaqqının artımı 600 minədək insanı əhatə edəcək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral 2019-cu il tarixli
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az