t s

» » Azərbaycan və Gürcüstanın sərhədyanı rayonlarının əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan və Gürcüstanın sərhədyanı rayonlarının əməkdaşlıq perspektivləri müzakirə olunub

8-02-2019, 22:57 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 69 Çap et
Azərbaycan və Gürcüstanın sərhədyanı rayonlarının əməkdaşlıq perspektivləri müzakirə olunub
Tbilisidə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan və Gürcüstanın transsərhəd rayonlarının qeyri hökumət təşkilatları, gənclər təşkilatları və gənc sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib.

“Gənc Sahibkarlıq Senerjisi (YES!) Gürcüstan-Azərbaycan trans-sərhəd əməkdaşlıq üçün şəbəkə” layihəsi çərçivəsində keçirilən tədbirdə ölkəmizin Qazax və Ağstafa, Gürcüstanın Saqareco və Qardabani rayonlarından nümayəndələr iştirak ediblər.

Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, “Qərb Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin(İB) sədri Ramil Göyüşov tədbirdə çıxış edərək regionalımızın sosial- iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr, ölkədəki tolerantlıq, multikulturalizm barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda dini, irqi və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar bərabər hüquqludur və dövlət tərəfindən hamıya eyni münasibət bəslənilir.

Seminarda iki ölkənin transsərhəd regionları arasında siyasi, sosial- iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri, bu istiqamətdə qeyri-hökumət və gənclər təşkilatlarının rolunun artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı iki ölkənin regionları arasında əməkdaşlığın inkişafına dair memorandum imzalanması məqsədəuyğun hesab olunub.

Azərbaycan və Gürcüstanın sərhədyanı rayonlarının əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan və Gürcüstanın sərhədyanı rayonlarının əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan və Gürcüstanın sərhədyanı rayonlarının əməkdaşlıq perspektivləri müzakirə olunub




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:10 Qərb-Resurs VCİD İB-yi Ağstafada “Gənc Sahibkarlar üçün Biznes Bacarıqları üzrə təlim” keçirib Gürcüstan-Azərbaycan trans-sərhəd əməkdaşlıq naminə Gənc Sahibkarlıq Sinerjisi Şəbəkəsi layihəsi çərçivəsində gənc sahibkarlar üçün biznes bacarıqları təlimi baş tutub. Mediaxeberleri.az xəbər verir ki, Qərb-Resurs VCİD İB yanvar ayının 25-i və 26-sı tarixdə Ağstafa rayonunda “Gənc Sahibkarlar
23:15 Tbilisidə Azərbaycan-Gürcüstan transsərhəd əməkdaşlığı üçün yeni layihə təqdim olunub Tbilisidə Gürcüstan-Azərbaycan Ərazisi Sərhəd Əməkdaşlığı üçün “Gənc Sahibkarlar Sinerjisi (YES!) Şəbəkəsi” layihəsi çərçivəsndə gələcək əməkdaşlıq üçün yerli və regional tədbirlər planına həsr olunan tədbir keçirilib. “Report”un yerli bürosunun verdiyi xəbərə görə, toplantıda Gürcüstanın
10:10 Əbədiyaşarlıq rəmzi - Əli Həsənov Heydər Əliyevdən YAZDI XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ən mürəkkəb və
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
01:10 Avropaya inteqrasiyanı xalqımızın inkişafı tələb edir – VİDEO Aprelin 15-də Milli Şura Beynəlxalq Mətbuat mərkəzində “Azərbaycan-Avropa Birliyi münasibətləri“ movzusunda dəyirmi masa təşkil edib. Saat 12:00-da başlayan və iki saat davam edən tədbirdə tanınmış ictimai-siyasi xadimlər iştirak edib. Tədbirdə Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az