t s

» » Qazaxın su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi ictimaiyyətə təqdim edilib

Qazaxın su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi ictimaiyyətə təqdim edilib

8-02-2019, 20:27 Yazar:  Əsmər Baxılıb: 71 Çap et
Qazaxın su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi ictimaiyyətə təqdim edilib
Qazax Rayon İcra Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar toplantı və layihənin təqdimat mərasimi keçirilib.

Toplantıda rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, “Sukanal” ETLİ-nin Su mənbələrinin tədqiqi və işlənməsi şöbəsinin rəisi Elkin Rüstəmov, “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramil Sadıqov, Layihə İdarəetmə qrupunun rəhbəri Arzuman Bayramov, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə direktor müavini Anar Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və respublikamızın bütün bölgələrinin inkişafını təmin edən uğurlu islahatlardan, dövlət proqramlarından, eləcə də Qazaxda icra olunan layihələrdən danışıb.

Rəcəb Babaşov respublikanın ən ucqar rayonunda, düşmənlə 168 kilometr həmsərhəd olan Qazaxda bu layihənin icrasına başlanmasını əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək qiymət kimi dəyərləndirib və buna görə dövlətimizin başçısına ictimaiyyət adından minnətdarlığını bildirib.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov çıxış edərək respublikamızda əhalinin içməli su və müasir kanalizasiya sistemi ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, son dövrlərdə Prezident İlham Əliyevin bu sahədə imzaladığı çoxsaylı sərəncam və fərmanları qeyd edib. Bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən söz açan E.Musayev, ölkə rəhbərliyinin şəhər və rayon mərkəzlərinin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb. Qazaxda da su-kanalizasiya sisteminin yenidən qurulmasını bu sahədə görülən işlərin davamı olduğunu deyib.

Qeyd olunub ki, layihənin sifarişçisi “Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi qurum isə “Gentek Consult” şirkətidir. İki il müddətində həyata keçiriləcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər nəzərdə tutulub.

Daha sonra Qazax şəhərinin su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin tikintisi layihəsinin təqdimatı olub.

Təqdimat zamanı bildirilib ki, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel aparılacaq. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması planlaşdırılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:43 Bu gün Qazaxda daha bir məktəbin - Xalq şairi Səməd Vurğunun adını daşıyan 2 nömrəli tam orta məktəbin açılış mərasimi olub Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Mediaxeberleri.az xəbər verir ki, son illər ölkəmizdə bütün sahələrlə yanaşı, təhsil sahəsinə
16:39 Kamran Nəbizadə: Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır (MÜSAHİBƏ) Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadənin Trend-ə müsahibəsi - Bu yaxınlarda “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin bir ili tamam oldu. Zəhmət olmasa, bu müddət ərzində görülən işlər haqqında məlumat verərdiniz.
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az