t s

» » Bahalaşmanı kimlər yaradır: pərakəndə ticarətçilər, yoxsa... - TƏHLİL

Bahalaşmanı kimlər yaradır: pərakəndə ticarətçilər, yoxsa... - TƏHLİL

8-02-2019, 10:20 Yazar:  Günel Baxılıb: 25 Çap et
Bahalaşmanı kimlər yaradır: pərakəndə ticarətçilər, yoxsa... - TƏHLİLYanvarın ortalarından etibarən ölkənin ticarət şəbəkələrində ərzaq məhsullarının bahalaşması müşahidə olunur. Xüsusilə taxıl və süd məhsullarının qiymətində 10-50 qəpik arasında bahalaşma baş verib. Bir sıra firmaların süd məhsulları, ümumiyyətlə, kəskin şəkildə azalıb.

Maraqlıdır ki, ölkədə süd istehsalının kəskin azalmasına dair hər hansı məlumat yoxdur. Eyni zamanda Azərbaycanın süd idxal etdiyi Avropa ölkələrində son 6 ayda süd və süd məhsullarının qiymətində xeyli ucuzlaşma müşahidə olunur. Bu şəraitdə əslində süd və süd məhsullarının bolluğu və ucuzlaşması daha gözləniləndir, nəinki indiki qıtlıq və bahalaşma.

Sosial şəbəkələrdə də müzakirə olunan bu proses əksər istifadəçilər tərəfindən ticarətçilərin vergi qanunvericiliyindəki dəyişikliyə, həmçinin vergidən yayınmaya qarşı aparılan mübarizəyə reaksiyası kimi qiymətləndirilir.

Məsələ burasındadır ki, pərakəndə ticarətçilərin xeyli hissəsi yanvardan etibarən sadələşdirilmiş vergi ödəyicisi ola bilmir. Onlar mənfəət vergisinin ödəyicilərinə çevriliblər. Bu isə onların əvvəlkindən daha yüksək həcmdə vergi ödəməsi deməkdir. Digər tərəfdən, vergi orqanlarının işində yaradılan şəffaflıq sahibkarların vergidən yayınmaq cəhdlərinin qarşısını alır. Bütün bunların nəticəsində ticarətçi sahibkarlar ödədikləri artıq vergini satdıqları malların üstünə əlavə edirlər.

Bəs yeni qaydalar ticarətçilərin vergi yükünü bu qədərmi çox artırıb ki, onlar satdıqları məhsulları bahalaşdırırlar?

İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrulun “Yeni Müsavat”a dediyinə görə, əslində bahalaşma yalnız ərzaq məhsullarında deyil, tikinti materiallarında da qeydə alınır: “Bugünkü bahalaşmanın heç bir iqtisadi əsası yoxdur və sırf subyektiv amillərlə bağlıdır. Vergi yükünün artması barədə deyilənlər reallığı əks etdirmir. Əvvəl topdan və pərakəndə ticarət müəssisələri, ictimai-iaşə sadələşdirilmiş vergi ödəyiciləri ola bilirdilər. Onlar dövriyyələri 200 min manata qədər olduqda Bakıda 4 faiz, regionlarda 2 faiz, ondan yuxarı olduqda ticarətçilər 6 faiz, ictimai iaşə isə 8 faiz vergi ödəyirdilər. İndi topdansatış sadələşmiş vergi ödəyicisi ola bilmir. Ticarətçilər də 200 min manatdan yuxarı dövriyyə olduqda mənfəət vergisinin ödəyicisi olurlar. İndiyədək beləydi ki, ticarətçilər, elə ictimai-iaşə də dövriyyələrini dəfələrlə kiçildirdilər ki, az vergi ödəsinlər. Eyni zamanda əmək haqlarını rəsmiləşdirmir, yaxud aşağı məbləği rəsmiləşdirib də vergidən yayınırdılar. Vergilər Nazirliyi də dəfələrlə bununla bağlı açıqlama verib. İndi vergi qanunvericiliyi dəyişib, eyni zamanda vergi orqanları yayınmalara qarşı mübarizə aparırlar. Digər tərəfdən, əmək haqlarının rəsmiləşdirilməsi sahəsində də dəyişikliklər edilir. Bütün bunlara ticarətçilər qiymət artımı ilə cavab verirlər”.

Ekspert bildirir ki, pərakəndə ticarətçilər məsuliyyəti topdansatışın üzərinə yıxmağa çalışırlar: “Bildirirlər ki, guya topdansatış mərkəzlərindən və istehsalçılardan malları elektron qaimə faktura ilə ala bilmirlər. Halbuki hazırda ölkədə topdansatış mərkəzlərinin hamısı elektron qaimə-fakturaya keçiblər. Sadəcə, pərakəndə ticarətçilərin xeyli hissəsi dövriyyəsini tam şəffaflaşdırmaqdan, elektron qaimə-faktura ilə işləməkdən yayınmağa çalışırlar. Yəni bu həlqədə qaydalara əməl etməyən tərəf pərakəndə ticarətçilərdir. Bunu sizə apardığımız dəqiq müşahidələr əsasında bildirirəm”.

Q.Toğrul hesab edir ki, ticarətçilər öz uçot sistemlərini vaxtında qaydalara uyğun qurmağa başlamalıdılar: “Onlara tövsiyəmiz odur ki, öz uçot sistemlərini qayda-qanunlara uyğun qurmağa başlasınlar. Əks halda, uçotun düzgün aparılmamasına görə yüksək məbləğdə cərimələr nəzərdə tutulur. Mövcud vergi yükü o qədər ağır deyil ki, risk edib uçotdan yayınmaya gedirlər. Normal qaydada vergilərini ödəyib, uçot sistemlərini şəffaflaşdırsınlar. Onların uçota aldıqları xərclərin hamısı vergi yükünü azaltmağa kömək edir. Bu baxımdan, xərclərini dəqiq və qaydalara uyğun uçotunu aparsınlar. Belə olarsa, heç qiymətləri qaldırmağa da ehtiyac qalmayacaq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:36 Kənd təsərrüfatı naziri xalqı aldadır - İTTİHAM Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı, xüsusən də ərzaq təhlükəsiziliyinin təminatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, ortada ciddi nəticə yoxdur. Bazarlarda hələ də xaricdən gətirilən, bəziləri isə genetik modifikasiya olunmuş (GMO) kənd təsərrüfatı məhsulları çoxluq
20:08 Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev - Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar
15:22 Nazirin İşdən çıxardığı vergi işçiləri arasında nazirin, generalın, səfirin və icra başçısının qohumları da var —ŞOK TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, “Ölkə.Az”ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, sözügedən şəxslər keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə vergi ödəyicilərinə divan tutmağı ilə tanınır. Vergi ödəyicilərinin ən çox şikayətləndiyi bu şəxslərdən hələ də vəzifədə qalanı var. Yəqin
09:47 Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür… (2-ci yazı) …Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az