t s

» » Şəmkirdə uşaq bağçasını qarət edən şəxs tutuldu

Şəmkirdə uşaq bağçasını qarət edən şəxs tutuldu

7-02-2019, 21:44 Yazar:  Nuhu Baxılıb: 57 Çap et
Şəmkirdə uşaq bağçasını qarət edən şəxs tutulduŞəmkirdə körpələr evi-uşaq bağçası qarət edilib.

Mediaxeberleri.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Aşağı Seyfəli kəndində baş verib.

Gecə saatlarında qapını sındırıb içəri daxil olan şəxs əvvəlcə mətbəxdən qab-qacaq, sonra isə bağça müdirinin otağından kompüter dəsti və digər qiymətli əşyaları oğurlayıb. “Qəhrəman” körpələrin yataq otağını da altı-üst edib.

Hadisədən sonra müəssisə rəhbərliyi Şəmkir polisinə məlumat verib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və polis əməkdaşları bağçanın Aşağı Seyfəli kənd sakini, 34 yaşlı Mahir Qurbanov tərəfindən qarət olunduğunu müəyyən ediblər.

M. Qurbanovun oğurladığı əşyalar yaşadığı evdə aşkarlanaraq maddi sübut kimi götürülüb. O, ifadəsində hadisə vaxtı sərxoş olduğunu və törətdiyi əməldən peşmanlıq keçirdiyini deyib.

İstintaqın yekununda tərbiyə müəssisəsinin əmlakına gözə dikən şəxsin əməlinə hüquqi qiymət veriləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:17 Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı olub Bu gün Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazax rayonunda uğurla icra olunur. Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq azyaşlı körpələrin sağlam mühitdə böyüməsi və gözəl şəraiti olan
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
20:57 100 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - QAZAXDA Bəlkə də bu gün yeni istifadəyə verilən Qazax şəhərindəki körpələr evi və uşaq bağçası qərb bölgəsində ilk dəfə və birincidir. Rayon icra hakimiyyətinin başçısı, rayonda yeni-yeni iş yerlərinin açılmasında, tikinti və quruculuq işlərinin sürətlə və davamlı aparılmasında birbaşa yüksək əməyi olan
23:53 Azərbaycanda “İlin məşqçisi” məlum oldu! "Komanda" qəzeti fəaliyyət göstərdiyi müddətdə ilin məşqçisini də müəyyənləşdirirdi. Qəzetin beş il keçirdiyi sorğunu 2 ildi ki, "Komanda.az" saytı davam etdirir. Əvvəlki altı ildə jurnalistlər 5 dəfə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu, 1 dəfə isə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa
01:21 Yardımlı – məmurların ucqarda qurduğu korrupsiya xanədanı Bölgələrdə ayrı-ayrı məmurların özbaşınalığı, korrupsioner fəaliyyəti nəticəsində formalaşan problemlər barəsində dəfələrlə həyəcan təbili çalınsa da, bir çoxları bundan nəticə çıxarmaq əvəzinə öz “ənənəvi” iş metodunu daha da genişləndirir. Son illərdə dövlət büdcəsindən regionların inkişafı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az