t s

» » AzTV-də yaradılan Bədii Şura nə iş görəcək? - AÇIQLAMA

AzTV-də yaradılan Bədii Şura nə iş görəcək? - AÇIQLAMA

6-02-2019, 22:30 Yazar:  Nuhu Baxılıb: 72 Çap et
AzTV-də yaradılan Bədii Şura nə iş görəcək? - AÇIQLAMAXəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.

Bədii şuranın məqsədi nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir), bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.

AzTV-nin nəzdində yaradılan Bədii Şuranın bir neçə üzvü: Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Fidan Hacıyeva və Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Mediaxeberleri.az-a ekslüziv açıqlama veriblər.

Peşakar estrada müğənnisi, Xalq artisti Mübariz Tağıyev üzvü olduğu bədii şuranın gələcək fəaliyyəti ilə bağlı açıqlamasında bunları dilə gətirib:

“SSRİ vaxtında olan bədii şuradan söhbət getmir. Sadəcə olaraq efirin müəyyən qədər tənzimlənməsidir. Yaradılan bədii şurada böyük şəxsiyyətlər əyləşib, onlar öz sahəsinin peşəkarlarıdır. AzTV-nin efirində gedən bir-birinə bənzər verilişlər dəyişdirilib, yeni proqramlar yaradılmalıdır. Musiqi kollektivlərinin repertuarında müəyyən dərəcədə dəyişiklik ediləcək, yeni mahnıların repertuara salınması üçün işlər görüləcək.

Sadaladıqlarım faktiki olaraq dayanıb. Uzun illərdir yeni mahnılar alınmırdı. Bu, təkcə bizlə (müğənnilər-red.), Bəstəkarlar İttifaqı və Mədəniyyət Nazirliyi ilə bağlı məsələ deyil. İllər əvvəl bu kimi məsələlərlə AzTV özü məşğul olurdu. Öhdəmizə günün nəbzinə uyğun verilişlərin yaradılması düşür, bu isə əsas məqamlardan biridir.

O ki qaldı el arasında “bayağı” adlandırılan müğənnilərin AzTV-nin efirinə buraxılıb-buraxılmamasına, Mübariz Tağıyev bu məsələyə belə aydınlıq gətirdi:

“Bayağı mahnılar mütləq şəkildə tənzimlənməlidir. Azərbaycan Dövlət Televiziyası bir məktəbdir və hər kəsə örnəkdir. Bayağı mahnıların efirə ayaq açması ürəkaçan deyil. Eləcə də, hər mahnını efirə buraxmaq normal hal deyil. Hərdən müğənnilər elə mahnılar ifa edirlər ki, adamın gülməyi gəlir. Qulaq asanda, hiss edirsən ki, bu musiqilərə nə bəstəkar, nə də şair əli dəyib. Çox ayıbdır. Yarısı əfqan, yarısı ərəb. Məntiqə sığmır”.

AzTV-də sədr dəyişikliyindən sonra daha öncə “qara siyahı”da olan sənətçilərimizi artıq efirdə görmək mümkündür.

“Bundan sonra daha “veto”da olan sənətçiləri AzTV-də görəcəyik?” sualına isə Xalq artisti belə cavab verdi:

“AzTV-də kimlərə qadağa qoyulduğunu bilmirəm. Amma fikrimcə, sənət adamlarına qadağa qoymaq düzgün deyil. Bunu qəbul edə, bununla razılaşa bilmirəm. Onsuz da heç bir müğənniyə ağzına gələni danışmağa, oxumağa icazə verilmir. Xüsusən söhbət əsas televiziyamız AzTV-dən gedirsə”.

Bədii şuranın digər üzvü Opera və Balet Teatrının solisti, səhnəmizin iddialı “Karmen”i, Xalq artisti Fidan Hacıyeva isə yaxınlarda AzTV-də baş tutacaq yeniliklərdən danışıb:

“Məqsədimiz Azərbaycan tamaşaçısına qulluq etməkdir. Səviyyəli, gözəl və zövqlü musiqilər, yeni layihələrlə izləyicilərə keyfiyyətli işlər təqdim etmək istəyirik. İzləyicinin zövqünü oxşamağa çalışacağıq. AzTV-də hər zaman peşəkar musiqilərə və mahnılara yer verilib. AzTV-nin özünəxas dəst-xətti var. Çalışacağam ki, AzTV-də istedadlı gənclərə, xüsusilə klassik və opera ifaçılarına şərait yaradılsın. Onlar bacarıqları ilə yanaşı, potensiallarını da nümayiş etdirə bilsinlər”.

Rəssam-modelyer, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfova Oxu.Az-a açıqlamasında bədii şuranın yaradılmasından və oraya üzv olmasından danışdı:

“Bu gün AzTV-də bədii şuranın ilk iclası keçirildi. Bu, yeni ənənə deyil, bundan öncə də bədii şura fəaliyyət göstərirdi. Onu yenidən bərpa etməyə qərar verdilər. Bədii şurada olduqca peşəkar və yaradıcı insanlar var. Onlar öz sahəsində sözünü deyən və müxtəlif nailiyyətlər əldə edən sənətkarlardır. Ümumi yığıncaqlarda bədii şuranın vəzifəsi müasir standartlara uyğun təkliflər, ideyalar və layihələri müzakirə etməkdir”.

“Xanım müğənnilərin efirə geyindikləri bəzən zövqsüz, bəzən də proqramın mahiyyətinə uyğun olmayan libasları izləyicilər tərəfindən birmənalı qarşılanmır. İfaçıların həddən ziyadə açıq-saçıq geyimlərlə efirə çıxması halları getdikcə artır. Bədii şuranın vəzifələrinə həm də sənətçilərin efirdə geyim və davranışına nəzarət daxildir. Bəs bütün bunlar hansı yollarla tənzimlənəcək?” sualı isə Əməkdar incəsənət xadimi belə cavablandırdı:

“Söhbət təkcə açıq-saçıqlıqdan deyil, həm də ümumi zövqdən gedir. Səhnə mədəniyyətinə uyğun geyinmək mütləqdir. Səhərlə axşam verilişinin geyimləri fərqlənməlidir. Peşəkar rəyi dinləmək və bu rəyə əməl etmək üçün bədii şuranın üzvü seçilmişəm. Fəaliyyətə AzTV-də başlamışam. Azərbaycanda birinci moda rubrikasının müəllifi özüməm. Dünya podiumlarından reportajları əldə edərək, televiziyaya təqdim etmişəm. Bu gün həm gənclər, həm də orta nəslin nümayəndələri arasında dəbə maraq həddən artıq çoxdur. Amma bu marağı təmin edəcək informasiya azdır. Bunun üçün isə müxtəlif moda layihələri hazırlanıb, tamaşaçılara təqdim ediləcək.

Hazırda moda ilə bağlı dünya təcrübələrini müşahidə edirəm. İndi meyarlar dəyişib. Əsas odur ki, tamaşaçıya Azərbaycan dilində dəb informasiyası təqdim edilsin. Biz indi qloballaşırıq, dünyaya açılırıq və ona görə də dəb mövzusu gənclər üçün çox aktualdır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın
01:21 Broylerə məğlub olan “Cücələrim" - ARAŞDIRMA Bəstəkarlar uşaq musiqisi bəstələməyə niyə normal şeir tapa bilmirlər? Gəlin, ən məşhur uşaq mahnılarından bir neçəsini xatırlayaq: məsələn, mənim ağlıma ilk gələn məşhur “Cücələrim” oldu. Daha sonra “Kukla”, “Oynaq topum”, “Kim sevirsə idmanı”, “Mən baharın qızıyam” və s. Son illərdə uşaq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az