t s

» » Paytaxt və bölgələrdə yüzlərlə avtomobilin şüşəsini sınıdıraraq oğurluq edən şəxslər saxlanılıblar

Paytaxt və bölgələrdə yüzlərlə avtomobilin şüşəsini sınıdıraraq oğurluq edən şəxslər saxlanılıblar

6-02-2019, 18:15 Yazar:  Nuhu Baxılıb: 45 Çap et
Paytaxt və bölgələrdə yüzlərlə avtomobilin şüşəsini sınıdıraraq oğurluq edən şəxslər saxlanılıblarPaytaxtın Nizami rayonu Ə.Hacıyev küçəsində yerləşən paltar mağazalarından birindən oğurluq edilib. Naməlum şəxslər mağazanın giriş qapısını sındıraraq içəridən 450 manat pul götürərək hadisə yerindən qaçıblar. Hadisə ilə bağlı 25-ci Polis Şöbəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.
Həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni tərətməkdə şübhəli bilinən paytaxt sakinləri Ceyhun Abbasov və Elxan İsayev saxlanılıblar.

Mediaxeberleri.az-a DİN-dən verilən məlumatda deyilir ki, onların ətraflarında 25-ci Polis Şöbəsində araşdırma aparılan zaman onların başqa cinayətlərinin də üstü aşılıb. Belə ki, C.Abbasov və E.İsayevin paytaxt ərazisində və respublikanın ayrı-ayrı bölgələrində yüzlərlə avtomobilin şüşələrini sınıdıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar etdikləri məlum olub. Onlar ifadələrində törətdikləri cinayətləri etiraf ediblər.

Faktla bağlı 25-ci Polis Şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Bu şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami RPİ və ya 25-ci PŞ-nə müraciət edə bilərlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:41 Bakının mərkəzində əməliyyat – qadın həbs edildi Səbail rayonunda yerləşən gözəllik salonlarından birindən orada müştəri olan qadının çantasından 9000 manat naməlum şəraitdə oğurlanıb. Zərərçəkən bu barədə Səbail Rayon Polis İdarsi 39-cu Polis Bölməsinə məlumat verən kimi oğurluq edən şəxsin axtarışlarına başlanılıb. Daxili İşlər Nazirliyinin
17:48 Azərbaycanda həkim adına LƏKƏ OLANLAR! - Dəhşət dolu olaydan BAŞ PROKURORA GİLEY Bakı sakini Rzayev Yaşar Söydümalı oğlu Baş prokuror Zakir Qaralova müraciət edib. Y.Rzayev yayiminfo.com-a göndərdiyi müraciətdə qeyd edir ki, iyun ayının axırında həyat yoldaşı Mövsümova Aygün Mirədil qızı ayyarımlıq hamilə olduğunu öyrəndikdən sonra abort elətdirmək qərarına gəliblər: "Biz
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
09:13 Bu gündən ixtisas seçimi başladı İxtisas kodlarını, onların sayını və ardıcıl­lığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir. TQDK
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az