t s

» » Brokerin əli ilə büdcəyə getməli olan pullar necə ələ keçirilib... - ŞOK FAKTLAR

Brokerin əli ilə büdcəyə getməli olan pullar necə ələ keçirilib... - ŞOK FAKTLAR

6-02-2019, 12:17 Yazar:  Günel Baxılıb: 53 Çap et
Brokerin əli ilə büdcəyə getməli olan pullar necə ələ keçirilib... - ŞOK FAKTLARDövlət Gömrük Komitəsinin Komitəsinin büdcə ödəmələri durmadan artır. Hər halda verilən rəsmi rəqəmlərdən belə anlaşılır. Amma nəzərə alsaq ki, son bir ildə idxal-ixrac dövriyyəsi kəskin şəkildə azalır, ortaya ciddi suallar çıxır. Yəni belə anlaşılır ki, gömrükdə dünənə qədər həyata keçirilən əməliyyatların böyük kəsimi heç də rəsmiləşdirilməyib ki, bu işdə də keçmiş "Broker" MMC-nin şefi Əbülfəz Məlikovun kifayət qədər böyük iştirakı və payı var.

Bu barədə Mediaxeberleri.az-a danışan məlumatlı mənbə bildirir ki, “Broker Əbülfəz” kimi tanınan "Broker MMC"-nin rəhbəri Əbülfəz Məlikovu mətbuat da, iş adamları da yaxşı tanıyır:

"Əbülfəz Məlikovun sayəsində hər il gömrük əməliyyatları zamanı büdcəyə daxil olmalı olan 5-7 milyard dollar ayrı-ayrı şəxslərin cibinə axıb. Əslində isə elə il olub ki, büdcədən yayındırılaraq mənimsənilən vəsait hətta 10 milyard dollardan da çox olub. Onun “Broker” MMC, “Transbroker” MMC kimi qurumlarla uzun illər idxal-ixrac üzərində sərt monopoliya rejimi yaratması sirr deyil".

Mənbə Mediaxeberleri.az-a açıqlamasında bildirir ki, Əbülfəz Məlikovun biznes gizlinləri ilə bağlı daxil olan məlumatlarda “HORSE HUSBANDRY” MMC-i ilə hansı əməliyyatlar həyata keçirdiyindən də bəhs olunur:

"2011-ci ilin martında yaradılan bu şirkət üç şəxs tərəfindən təsis edilib ki, təsisçilərdən biri də Əblüfəz Məlikovdur. Neftin ucuzlaşması və məlum maliyyə-iqtisadi durum, habelə gömrükdəki rəhbər dəyişikliyi səbəblərindən vəziyyət tamam fərqli yöndə dəyişməkdədir. Hazırda inhisarda barmaqla sayılacaq qədər sahələr qalıb. Ancaq bu tendensiya “Broker Əbülfəz”in gəlirlərinin azalması anlamını doğurmamalıdır. Məlikov cənabları əvvəlki qədərində olmasa da, öz inhisar şəbəkəsini günü gündən çiçəkləndirir".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:36 Kənd təsərrüfatı naziri xalqı aldadır - İTTİHAM Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı, xüsusən də ərzaq təhlükəsiziliyinin təminatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, ortada ciddi nəticə yoxdur. Bazarlarda hələ də xaricdən gətirilən, bəziləri isə genetik modifikasiya olunmuş (GMO) kənd təsərrüfatı məhsulları çoxluq
08:14 "Broker Əbülfəz" həbsdən yayına biləcəkmi? - Onu Səfər Mehdiyev qoruyur? Artıq neçə müddətdir ki, ölkə mətbuatında bir sıra DGK generallarının məsuliyyətə cəlb olunmağından bəhs edən məlumatlar səngimək bilmir. Yada salaq ki, bu il aprelin 30-da Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:05 “Trans Broker” MMC-nin qanunsuz əməlləri sahibkarları çətin duruma salıb Prezidentin gömrükdəki vəziyyətlə bağlı sərt çıxışı “Trans Broker” MMC rəhbəri Əbülfəz Məlikovun sonunu yaxınlaşdırıb Ə.Məlikov seçkilərdən sonra sürətlənəcək islahatlarda gömrükdən uzaqlaşdırılacaq. Onun fəaliyyəti və özbaşınalıqları, gömrükdə dilənçilik, rüşvət bazarı açması və generalların
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az