t s

» » "İkinci ayağımı da kəsməli idilər" - Xalq artisti

"İkinci ayağımı da kəsməli idilər" - Xalq artisti

6-02-2019, 10:43 Yazar:  Günel Baxılıb: 36 Çap et
"İkinci ayağımı da kəsməli idilər" - Xalq artisti"Özümü yaxşı hiss edirəm. Hələ ki, yataqdayam. Yanıma gəlmək olmaz". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında bir müddət əvvəl əməliyyat olunan Xalq artisti Ramiz Əzizbəyli deyib.

Xalq artisti ayağındakı problemlə bağlı bunları deyib: "Bir ayağımı kəsiblər. İkinci ayağımı da kəsməli idilər. Lakin həkimlər hələ ki, fikirləşirlər. İkinci ayağımı kəsib-kəsməməkdə qərarsız qalıblar. Hələ ki, biz onların cavabını gözləyirik".
Xalq artistinin sözlərinə görə, ehtimal ki, onun ikinci ayağı kəsilməyəcək.
R.Əzizbəyli səhhətindəki ümumi vəziyyətdən də danışıb: "Digər xəstəliklər unuduldu. Hər şey öz qaydasındadır".
Xatırladaq ki, ötən ilin dekabrında Xalq artisti Ramiz Əzizbəyli sol ayağında yaranan qanqrenə görə əməliyyat olunmuşdu. Xalq artistinin qızı isə saytımıza açıqlamasında atasının digər ayağında bənzər riskin yaranmaması üçün Ramiz Əzizbəylinin yenidən əməliyyat oluna biləcəyini söyləmişdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:50 Ramiz Əzizbəylinin ayağı amputasiya edildi Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir. Mediaxeberleri.az xəbər verir ki, bu sözləri “Sputnik Azərbaycan”a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib. Aktyorun qızı qısaca əməliyyatın təfərrüatı barədə də danışıb: “Atamın
21:17 İlham Əliyev 6 sərəncam imzaladı Prezident İlham Əliyev R.Ə.Quliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər
10:05 Ağstafa cəbhəçiləri: "Əli Kərimlinin apardığı siyasət partiyanı uçuruma yuvarlayır, vəziyyətdən çıxmaq lazımdır" AXCP Ağstafa rayon şöbəsinin fəalları yaradılan süni əngəllərdən sonra konfransını keçirdi. Rayon şöbəsinin nəzdində olan 25 dayaq dəstəsindən 19-u konfransda iştirak etdi. Konfransda dayaq dəstəsinin yetər sayı olduğuna görə etibarlı sayıldı. Xatırladaq ki, bir müddət əvvəl Ağstafa polisi Razi
18:26 İlham Əliyev KİV nümayəndələrini mükafatlandırdı - SİYAHI Dövlət başçısı müvafiq sərəncamlar imzaladı. Azərbaycan prezidenti İlham Əliyev Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az AzərTAc-a istinadən xəbər verir ki, sərəncama əsasən,
20:04 Prezident incəsənət xadimlərini mükafatlandırdı - SİYAHI Dövlət başçısı sərəncam imzalayıb. Azərbaycan prezidenti İlham Əliyev incəsənət xadimlərinə prezidentin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan prezidentinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az