t s

» » QƏHRƏMANLA GÖRÜŞ - Səbinə YUSİF

QƏHRƏMANLA GÖRÜŞ - Səbinə YUSİF

5-02-2019, 23:47 Yazar:  Səbinə YUSİF Baxılıb: 225 Çap et
QƏHRƏMANLA GÖRÜŞ - Səbinə YUSİF
Bu gün Azərbaycanımızın igid oğlu, kapitan Fərhad Eyyubovu ziyarətə getdik. Elə qürürluyam ki. İlahi, biz bir olanda necə möhtəşəm oluruq. Şükürlər olsun sənə.

İlk öncə onu deyim ki, Şükürlər olsun Fərhad qardaşımızın vəziyyəti normaldır. Onu elə qürurlu, məğrur görəndə ürəyim dağa döndü.

Fərhad qardaşımız möcüzə nəticəsində sağ qalıb. Necə ki, bizim Kamil qardaşımız da bir neçə il öncə möcüzə nəticəsində sağ qalıb, onu sevənləri sevindirmişdi. Fərhad qardaşımız da ikinci dəfə həyata gəlib. Yaradanın möcüzə dolu qoruması nəticəsində igid kapitan da onu sevənlərin göz yaşlarını gözlə-qaş arasında dəf edə - yaşaya bilib. Bu Tanrıdan olan lütfdür. Rəhminə Şükürlər olsun, Ey Uca Allahım.

Hə, dostlar, bu gün mən Qazax övladları ilə bir daha fəxr etdim, qürur duydum. Kimlər ki, gələcəkləri üçün söz vermişdilər, dedikləri vaxtdan da əvvəl artıq Hərbi Qospitalda idilər. Mən Kapitan Eyyubov yatdığı otağa daxil olanda ürəyim dağa döndü. O qədər sevindim ki. sözünə sahib çıxan bütün dostlara ürəkdən təşəkkür edirəm. Ağsaqqalımız, fəxrimiz, 30 ilə yaxındır Qazax Xeyriyyə Cəmiyyətinin ən sədaqətli üzvü Hacı Zaməddin Ziyadoğlu Həmişəyev, elimizin səxavətli, etibarlı qızları Sultanxanim Nasibova, Durdana Vekilova, Azərbaycan Bayrağını dünyanın hər qitəsində şərəflə yüksəklərə qaldıran Firdovsi Umudov, canını, sağlamlığını Azərbaycan uğrunda fəda edən, igid qardaşımız Kamil Musavi, ağırlıq qaldırma üzrə dünya çempionu, Qazaxımın, Azərbaycanımız, bütün Türk dünyasının fəxri Nicat Rəhimovun atası, qorxmaz insan Ali Rahimov, Qazaxın ən sanballı nəslinin nümayəndəsi, iş adamı, səxavəti ilə ürəklərdə özünə heykəl ucaltmağı bacaran Elcin Carciyevin oğlu Murtuz Carçıyev, dəyərli eloğlumuz, ziyalı insan Farman Qəhrəmanov, Qazaxı göz bəbəyi kimi sevən, dəyərlilərə dəyər verməyi bacaran şair Bəxtiyar Rüstəmoğlu, Qazaxda hər kəsin söz yükünü öz yükü bilib, ədəbi-əbədi kitabların işıq üzü görməsində əməyini əsirgəməyən şair Rafail Inceyurd Ismayilov, həm səsi, həm sənəti olan hörmətli Aşıq Saiq Isayev, özünəməxsus ifası ilə ürəklərdə taxt quran Aşıq Ismayil Məmmədov, Qazaxdan - Aşağı Salahlı kəndindən olan, sağlamlığını Azərbaycan uğrunda fəda edən Qazimiz Natiq Mehdiyev və daha kimlər gəlməmişdi ki, bu gün qəhrəmanın görüşünə. Əgər tanıdığım insanlardan kimlərinsə adı yadımdan çıxıb qeyd etməmişəmsə üzrlü sayın. Və bu çağırışımıza onlarla insan səs verib, Qəhrəmanı ziyarətə gəlmişdilər. Yetərincə ziyarətçi var idi. Düzdur hamısını tanıya bilmədim deyə, adbaad yaza bilmirəm. O qədər qürur hissi keçirirəm ki. Həqiqətən. Birlik, bütövlük olanda biz necə də məğrur, əyilməz oluruq.

Biz Qəhrəmanımızın ailəsi, ata-anası ilə də yaxından tanış olduq. Məğrur insan, Böyük Şəxsiyyət Ağamalı Sadiq Əfəndinin yadigarları ilə görüşdük.
Eldəniz abinin salamlarını da çatdırdım. Eldəniz abi çox istədi ki, bu gün görüşə bizimlə getsin. Xidməti işi ilə əlaqədar görüşə çata bilmədi.
Bu günkü görüşümüz inanıram ki, bir ömür boyu yaddan çıxarmayacaq. İnanıram ki, Qarabağ tezliklə azad olacaq. İnanıram ki, mərd, sağlamlığını Vətən uğrunda "of" demədən itirən qardaşlarımız o torpaqlara öz əlləri ilə Azərbaycan Bayrağını sancacaq və "Qələbə", "Zəfər", "Bütov Azərbaycan" sözlərini öz əlləri ilə yazacaqlar Qarabağda.

Biz sizə borcluyuq İgidlər. Allah qorusun sizləri. Var olun.


Qəhrəmanlara hörmətlə: Səbinə YUSİF




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az