t s

» » Bərdədə uşaqlarını küçəyə atan qadına cinayət işi açılıb

Bərdədə uşaqlarını küçəyə atan qadına cinayət işi açılıb

5-02-2019, 12:30 Yazar:  Günel Baxılıb: 54 Çap et
Bərdədə uşaqlarını küçəyə atan qadına cinayət işi açılıbBərdə rayonunda 2 azyaşlı uşağını küçəyə atan qadınla bağlı cinayət işi açılıb.

Bu barədə Mediaxeberleri.az -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı məlumat verib.
Bildirib ki, fakt əsasında təqsirləndirilən qadın barəsində Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət işi başlanıb: “Araşdırma gedir. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

A.Qiyaslı vurğulayıb ki, uşaqların anadan alınıb uşaq evinə verilməsi ilə bağlı sənədlər hazırlanır: “Lakin hələ də yekun qərar yoxdur. Qadın və uşaqla bağlı yekun qərar verildikdən sonra işlər görüləcək”.

Məlumat üçün bildirək ki, 143-cü (Təhlükədə qoyma) maddəyə əsasən, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb. Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Uşaqların anasının Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova olduğu müəyyən edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
01:17 Aborta görə cinayət məsuliyyətinin genezisi və perspektivləri Hamiləliyin süni surətdə pozulması qadınların sağlamlığına neqativ təsir göstərən mühüm tibbi-sosial amillərdən sayılır. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı abortu dünyanın əksər ölkələrindəqadınların reproduktiv sağlamlığına ciddi təhlükə yaradan problem kimi qiymətləndirmişdir.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az