t s

» » Güllələnən şəhər

Güllələnən şəhər

5-02-2019, 09:19 Yazar:  Ləman Baxılıb: 92 Çap et
Güllələnən şəhər
Ləman Ələşrəfqızı

O gecə daş kimi ağır yatmışdıq. Güllələnən şəhərdən heç birimizin xəbəri olmamışdı. NƏ mənim, nə də bacımın ailəsinin . Biz Əhmədlidə yaşayırdıq, 62-nin axırında. Yəqin yadınıza gəlir, iri , sarı avtobuslar vardı 62 nömrəli, düz onun sonuncu dayanacağı bacımgilin evləri sayılırdı. Mən də texniki peşə məktəbinin tələbəsi. Universitetdə yüksək balla konkursa düşüb rayona qayıtmamışdım. 3 saylı texniki peşə məktəbində poliqrafiya üzrə təhsil alıb növbəti ili jurnalistika fakültəsi üçün bir də bəxtimi sınayacaqdım.


O il həm də millətin bəxtinin sınağa çəkildiyi il idi. Baxmayaraq ki, at üstündə gəlmişdi, bu ildən muradının hasil olmasını gözləyənlər çox idi, amma 1990-cı il bizə min at yükü problem gətirdi.

Axşam televizora baxdığımız yerdə yayım kəsildi. 1 dəqiqə, beş dəqiqə, bir saat, beş saat..Biz ekranda belə səpkiləri adətən profilaktika günlərində görürdük, amma axşamın bu saatında nə profilaktikası? Yadımdadır, yeznəm bir saat sonra doqquzmərtəbəli binanın damına qalxmışdı, yox, antenalıq deyildi. Mənim sualım; bəs" Rerto" ya necə baxacağıq? - oldu. Hər beşinci gün efirə gedən " Retro" kinozalı o dövrün monaton efirində az-çox ruhumuzu oxşayan verilişlərdən idi. Bacım dedi ki, o vaxta düzələr əşi....."Retro"nun vaxtı da gəlib çatdı, televizor düzəlmədi. Durub yatmaqdan başqa çarə yox idi. Səhər adəti üzrə durub dərsə getməliydim. Yeməyimi yeyib evdən çıxdım. 62-nin dayanacağına çatanda təəccübdən duruxub qaldım. Bir dənə də olsun avtobus yox idi. Adamlar da adda-budda gözə dəyirdi. yadıma məşhur filmdəki cümlə düşdü." Deyəsən Əzrayıl Peykanlı camaatını torbasına doldurub aparıb." Azı 10 dəqiqə avtobus gözləyib gəlməyəcəyindən əmin olduqdan sonra gecə Bakıya hücum çəkən Əzrayıldan bixəbər narazı ovqatda piyada yol başladım. Düz Əhmədli metrosuna. O yola bələd olanlar bilər, 62-nin axırıncı dayanacağından Əhmədli metrosuna piyada azı yarım saat yoldur. Metro da, vaqonlar da demək olar ki, boş idi.

Nərimanov metrosundan çıxıb bağın içi ilə 3 saylı texniki peşə məktəbinə çatdım . Adətən tələbələrlə dolu olan foyedə iki-üç kişi müəllim vardı. Məni görəndə Akif müəllimin gözü kəlləsinə çıxdı.

- Ay bala, nə işin var sənin burda?

Elə qorxu qarışıq təəccüblə soruşdu ki, sarımı uddum. Sonra da mənə tələm-tələsik gecə Bakıda qırğın törədildiyini dedi. Yanındakı müəllimlərlə birlikdə məni demək olar ki, dövrəyə alıb metroya gətirdilər.

AZı 10 gün evdə dustaq kimi qaldım. Televizor yox, qəzet yox, informasiya yox, küçəyə çıxmaq icazəm yox..O günlərdə ən böyük arzum kəndə-evimizə getmək idi. Anamın, atamın yanına. QAN rəngli Bakıdan uzaqlaşmaq, QAR rəngli kəndimizə qaçmaq. Amma necə?

29 il sonra da o günləri xatırlayanda yadıma xüsusilə bunlar düşür.

Mən və bacımın məndən 10 yaş kiçik qızı hər gecə saat 12-də pəncərəyə vurulan ağ parçanı lap küncdən azca aralayıb küçə boyu nərilti sala-sala gedən tankları pusardıq.

9 yaşlı bacım qızı çox qorxardı bu tanklardan, gecə mənə o qədər qısalardı ki.... 19 yaşlı mən onu sanki anası kimi ovundurardım.

Məncə 20 yanvar mənim kimi 19 yaşlıları birdən-birə qocaltdı- Ülvülər torpağa gömüləndə.

9 yaşlılar birdən-birə böyüdü- Larisa , İlqar kimilər gülləyə tuş gələndə.

Bakı qan çanağına döndü - şəhid qanı küçələrdə selə dönəndə.

Güllərin şahı qərənfil taxtından düşdü-məzarlığa səpiləndə.

Millətim millət kimi formalaşdı- günahsız qurbanlar verəndə.

SSRİ deyilən nəhəng imperiya bir anda çökdü- qarşısında bu boyda izdiham, dirəniş görəndə.

20 yanvar faciə günü deyil. Özümüzü özümüzə tanıtdıran gündür. Günümüz mübarək!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az