t s

» » Hollandiyanın CDA Partiyasında Azərbaycanla bağlı görüş keçirilib

Hollandiyanın CDA Partiyasında Azərbaycanla bağlı görüş keçirilib

4-02-2019, 19:38 Yazar:  Aytən Baxılıb: 55 Çap et
Hollandiyanın CDA Partiyasında Azərbaycanla bağlı görüş keçirilib
Bildiyiniz kimi, son zamanlar dünyada və xüsusilə də Avropa ölkələrində Azərbaycan əleyhinə kütləvi informasiya hücumları təşkil edilərək ölkəmiz haqqında mənfi rəy formalaşdırılmağa cəhdlər edilir. Təəssüf ki, bu çirkin kompaniyalara öz məqsədləri üçün qoşulan “azərbaycanlılar” da var. Bu cür xoşagəlməz faktlara qarşı xaricdəki diaspora təşkilatları da birləşərək bəyanatlar göndərir, yerli nüfuzlu qurumlarda görüşlər təşkil edirlər.

Mediaxeberleri.az
-a daxil olan məlumata görə, dünən Belçika və Niderlandda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü “Hollandiya-Azərbaycan Mədəniyyət Evi”nin rəhbəri Elxan Mirhəşimli də bu mənada Niderland Krallığının aparıcı partiyalarından biri olan CDA-nın səlahiyyətli nümayəndəsi Anton Wijkhuijs ilə görüşüb. Görüş Friesland vilayətinin Leuwaarden şəhərində baş tutub.
Görüşün məqsədinin Hollandiyanın nüfuzlu partiyası olan CDA üzvlərinə Azərbaycan haqqında düzgün informasiyalar vermək, ölkəmizin hazırki siyasi, iqtisadi və mədəni durumunu anlatmaq, hərtərəfli dostluq və əməkdaşlıq əlaqələri yaratmaq olduğunu qeyd edən E.Mirhəşimli cənab Wijkhuijsa Azərbaycan haqqında geniş məlumat verərək bildirib ki, Azərbaycana olan qərəzli münasibətin aradan qaldırılması vacibdir. Çünki Azərbaycan tolerant bir ölkədir və bütün xalqlarla dini və milli mənsubiyyətinə baxmayaraq dostluq və qonşuluq əlaqələrində olmağa çalışır: “Amma təəssüf ki, qonşu ölkə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və nüfuzlu beynəlxalq təşkilatların dəfələrlə qəbul etdiyi bəyanatlara məhəl qoymadan mənfur işğalçılıq siyasətini davam etdirir”. Qarşıdan gələn “26 fevral-Xocalı soyqırımı” haqqında ətraflı danışan təşkilat rəhbəri bütün bunlara rəğmən Avropa Şurasının Azərbaycanla bağlı düzgün olmayan qətnamələr verməsinin Hollandiyada yaşayan həmvətənlərimizin haqlı narazılığına səbəb olduğunu da vurğulayıb. Buna misal olaraq göstərib ki, Azərbaycan tərəfi əsir və girov götürülmüş Ermənistan vətəndaşlarının hamısını işgəncə vermədən geri qaytarsa da, Ermənistan tərəfi uzun illərdir əsir və girovları qeyri-insani şəraitdə saxlamağa davam edir, onları işgəncələrə məruz qoyur, aparılan danışaqlara baxmayaraq geri qaytarmır. İnsan haqları və humanizmdən dünyaya “dərs keçən” Ermənistanda yaxın günlərdə aclıq aksiyasından insan ölür və s.
CDA nümayəndəsi də öz növbəsində Azərbaycan haqqında xoş düşüncələrindən danışıb, şəxsən Bakıda olduğunu, 2015-ci ildə Bakıda keçirilən Avropa Olimpiya oyunlarında qızı Josien Wijkhuijsin üzgüçülük üzrə Hollandiya yığmasında iştirak edib gümüş medal qazanmasını, xalqımız və ölkəmiz haqqında gözəl təəssüratlarının olduğunu vurğulayıb. Eyni zamanda burada Azərbaycanı təmsil edən bütün diaspora təşkilatları ilə əməkdaşlıq etməyə, ölkəmizin milli-mədəni səviyyəsinin Hollandiyada nümayiş etdirilməsi üçün hər bir tərəfdaşlığa hazır olduqlarını partiyası adından qeyd edib.
Görüşdə qarşılıqlı sərgilərin, biznes forumların, turizm əlaqələrinin genişləndirilməsi sahəsində bir neçə layihələr müzakirə olunub və əməkdaşlıq planı tərtib edilməsi qərara alınıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az