t s

» » Prezident bir neçə sual verdi və... – Hacıyevin sensasion paylaşımı

Prezident bir neçə sual verdi və... – Hacıyevin sensasion paylaşımı

3-02-2019, 11:57 Yazar:  Gülnar Baxılıb: 92 Çap et
Prezident bir neçə sual verdi və... – Hacıyevin sensasion paylaşımı
Gənc fəal, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev Prezident İlham Əliyevin ictimaiyyətlə son görüşlərinə münasibət bildirərək, dövlət başçısının həmin görüşələrdəki jestlərinə, açıqlamalarına dair öz təəssüratlarını bölüşüb.

Müxalif fikirləri ilə tanınan gənc fəalın bu qeydləri ictimaiyyət və media tərəfindən də maraqla qarşılanıb.

Mediaxeberleri.az Musavat.com-a istinadla həmin statusu təqdim edir:

“Gənclər Günü ilə bağlı Prezident İlham Əliyevin gənclərlə görüşündən mətbuatda gedən məlumatları oxudum. İllər əvvəl belə görüşlərdən birində mən də iştirak etmişdim və ölkə başçısına Azərbaycanda elm və təhsil, texnologiyaya dəstək olacaq elm olimpiadalarından biri - IJSO-nun Azərbaycanda keçirilməsi ilə bağlı təklif vermişdim. O, bir neçə sual verdi, düşündü, Azərbaycan gənclərinin təkcə idmana yox, elm və təhsilə, innovasiyalar və texnologiyalara istiqamətləndirilməsinin vacibliyini nəzərə aldı və bu olimpiadaya Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı tapşırıq verdi.

Bu il keçirilən görüşdə də ölkə başçısının əsas mesajlarından biri gənclərin ictimai nəzarəti gücləndirməli olduqları barədə idi. Ümumiyyətlə, yanvar ayında baş vermiş bir neçə məsələdə müşahidələrimiz onu göstərir ki, ölkə başçısı ictimai nəzarətə üstünlük verir, gənclərin tənqidlərini, irad və təkliflərini dinləyir, xüsusilə də sosial şəbəkələrdə qaldırılmış məsələlər dərhal öz həllini tapır. Məsələn, Mehman Hüseynova qarşı açılmış cinayət işi ilə bağlı gənclər sosial şəbəkələrdə narazılıqlarını bildirdilər, ölkə başçısı məsələyə öz tövsiyəsi ilə münasibət bildirdi, Mehman Hüseynova qarşı açılmış cinayət işinə xitam verildi.

Son bir ay ərzində ölkə başçısının bir prezidentdən daha çox bir insan kimi, öz mənəvi tərəflərini mətbuata və ictimaiyyətə göstərməsi müsbət haldır. İstər Mehman Hüseynova münasibətdə, istər şəhid ailələri ilə görüşdə şəhid atasına öz əlləri ilə su təqdim etməsi zamanı, istər şəhid anasının ayağa qalxmasına imkan verməyərək, şəhid anasına dəyər verərək, onun yanına getməsi, istərsə də gənclərin təltif edilməsi mərasimində fiziki məhdudiyyətli gəncin yanına yaxınlaşaraq onu təltif etməsi olduqca müsbət görüntülərdir. Bu isə vətəndaşların, xüsusilə gənclərin ölkə başçısına münasibətinə müsbət töhfə verir.

Bəzən müxtəlif qurumlar, ayrı-ayrı insanlar düşünürlər ki, tənqidçi gənclər ölkədə qarışıqlıq yaratmaq istəyirlər, yaxud onların hansısa ambissiyaları var. Ancaq ölkə başçısının dəfələrlə ictimai nəzarətə çağırış etməsi, burada xüsusi ilə gəncləri ictimai nəzarətdə özünün ən birinci yardımçıları kimi görmək istədiyini deməsi onu göstərir ki, Prezident İlham Əliyev cəmiyyətdə baş verən qüsurları ört-basdır etməyə, tənqidi səsləri boğmağa çalışanları yox, tənqid edilən məsələlərin üzərində düşünüb həll etməyə çalışan insanları dinləyir.

Bundan əlavə, onun rəsmi postunun verdiyi protokol qaydalarından zaman-zaman kənara çıxaraq, insani tərəflərini göstərməsi, şəhid ailələrinə, əlillərə, döyüşçülərə və digər insanlara yaxınlaşaraq onlara diqqət göstərməsi, siyasi baxımdan “mən xidmət edirəm” mesajı verir.

Sadaladığım son bir neçə nümunə bir vətəndaş kimi mənim üçün də xoş görüntülər idi. Əgər gənclər gördükləri qüsurları dilə gətirib, ifadə etdikdə onları dinləsələr, problemlər ard-arda həll olunsa, ölkə rəhbəri də qeyd etdiyi kimi, “gənclər ictimai nəzarət məsələsində mənim yardımçılarım olmalıdır, mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm” deyərək özünün rəsmi statusunu yox, insani tərəflərini nümayiş etdirirsə, bu, ölkə rəhbəri üçün də, xalq üçün də, dövlətimizin gələcəyi üçün də çox yaxşı seçimdir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az