t s

» » Xəyanət yaşanmış evliliyi necə xilas etmək olar?

Xəyanət yaşanmış evliliyi necə xilas etmək olar?

3-02-2019, 10:38 Yazar:  Gülnar Baxılıb: 69 Çap et
Xəyanət yaşanmış evliliyi necə xilas etmək olar?
Çox sevdiyiniz adamla evlisiniz və izdivacınız çox gözəl gedir. Uşaqlarınız var, ya da yox, həyat yoldaşınızla birlikdə bir həyatı bölüşürsünüz. Amma bir müddət sonra bir şey tərsinə gedir və əlaqə bəzi qırılmalar baş verməyə başlayır. Bu vəziyyətin sonunda həyat yoldaşınızın sizi əslində aldatdığını öyrənirsiniz. Bir anda hər şey yerlə bir olur və reyndə gedən həyatınız mürəkkəb hal alır. Çünki aldadılmaq həyat planınızda yox idi və nə görəcək dair ən kiçik bir fikriniz yoxdur.

Bir şeyləri düzəldib ailənizi xilas etmək istəyirsinizsə burada sizin üçün bir neçə təklif var.

Tamam, Yoxsa Davam?

Aldatılma vəziyyətinin yaşandığı evliliklərdə ilk növbədə əlaqəyə davam edib etməməyə qərar verməyiniz lazımdır. Bəli, aldadılan tərəf olmuş ola bilərsiz amma əgər uşaqlarınız varsa, ya da hələ də həyat yoldaşınızla əvvəlki kimi ola biləcəyinizi düşünürsünüzsə ailənizə bir şans daha verə bilərsiz. Xəyanət çox dərin bir hal olsa da sevgi onun üstünə çıxa bilər. Bu üzdən ani ürək qırıqlıqları bir müddət sonra müalicə edilib münasibətinizi keçmişinə yaxın bir hala gətirilər. Əgər ailə həyatınızı davam etdirməyinizə inanırsınızsa bunların hamısını düşünün və ona görə qərar verin.


Ekspertlərə görə çoxu aldatma hadisəsi baş vermiş evlilik sonra, daha güclü bir zəmin yarandığı deyilir. Çünki itirilən etibar hissi bir müddət sonra bərpa edilib daha güclü davam edə bilir.

Qarşılıqlı İnam Və Razılaşma

Ailələr iki nəfərin də məsuliyyət götürdüyü münasibətlərdir. Bu üzdən yaxşı, ya da pis olan hər vəziyyətdə insanlar hadisələrin məsuliyyətini üzərinə götürməlidir. Əgər inandıqdan sonra ailənizə davam etmə qərarı etmisinizsə, əvvəlcə iki tərəfində bir-birinə qarşı inam hisslərini yenidən qazanması lazımdır. Bunun yanında önəmli olan digər bir şey isə iki tərəfində vəziyyəti qəbul edib səhvlərini dərk etməsidir. Əriniz bu vəziyyəti inkar edir və ya çox şişirdirsiniz söyləsə sizi sakitləşdirmək əvəzinə daha da mürəkkəb vəziyyətə gətirəcəkdir. İki tərəfində etimad üçün səhvlərini qəbul etməsi çox əhəmiyyətlidir.

Peşəkar Birinin Fikrini Alın

Münasibətə obyektiv bir dünyagörüşünün istiqamət verməsi işinizi asanlaşdırar. Əgər işin içindən çıxmayacağınızı düşünürsünüzsə bir münasibət rəhbərinə və ya psikoloğa məsləhətləşməyi düşünün. Sizin fərqində olmadığınız şeyləri sizə göstərərək müavin olacaqdır və beləliklə özünüzə daha çox yüklənməmiş olarsınız.


Aldatma Sözünü Unudun

Bəli, asan deyil, amma davam etmə qərarı etmisinizsə əgər bundan sonra hər davada, ya da hər mübahisədə aldatma mövzusunu açıb ağartmayın. Əgər həyat yoldaşınıza daim sizi aldatdığını söyləyərək üstə çıxmağa çalışsanız, bu bağışlama prosesi ailənizə olduqca mənfi istiqamətdə təsir göstərir və hər dəfə başa qayıdarsınız. Həyat yoldaşınıza sizin qəlbinizi yenidən qazanmasına icazə verin. Hər hərəkətindən şübhə etməyin və onu sorgulayıcı davranışlar nümayiş etdirməməyə diqqət göstərin. Onsuz da həyat yoldaşınız səhvini qəbul edib etibarınızı təkrar qazanacağına söz veribsə bunun üçün çalışacaqdır və münasibətinizi əvvəlki kimi yoluna salmağa səy sərf edəcəkdir. Amma sizin "onsuz da sən məni aldatdın onu da edərsən" kimi cümlələrdən uzaq durmağınız şərt.

Məkan Dəyişdirin

Sizə pis xatirələri xatırladan hər bir şeydən xilas olun. Məsələn, hadisəni öyrəndikdə geydiyiniz paltar da sizə o hadisəni xatırlada bilər. Ən əsası isə olduğunuz atmosferi dəyişdirməyi düşünün. Həyat yoldaşınızla başqa bir evə çıxa, yeni əşyalar ala bilərsiz. Bunlar sizə daha asan bir başlanğıc olacaqdır. Hətta çantalarınızı hazırlayıb gözəl bir tətilə çıxaraq yenidən gözəl xatirələr toplamağa başlaya bilərsiz. Yeni yerlər enerjinizə müsbət təsir göstərəcəkdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az