t s

» » AİLƏ SƏADƏTİ NƏDƏN BAŞLAYIR?

AİLƏ SƏADƏTİ NƏDƏN BAŞLAYIR?

3-02-2019, 10:19 Yazar:  Günel Mehdi Baxılıb: 62 Çap et
AİLƏ SƏADƏTİ NƏDƏN BAŞLAYIR?
Hər bir gənc qızın arzusu qarşılıqlı sevgi əsnasında xoşbəxt bir ailə qurmaqdır. Hər bir gənc qız xoşbəxt olmağı istəyər və bunun üçün də addımlar atar.

Təəssüf ki, həyat çox zaman xoşbəxtliyi hər qıza nəsib etməz. Yəni həyat həm yaxşı, həm də pis mənada sürprizlərlə doludur. Sabah kimin başına nə gələcəyi bəlli deyil. Bəzən xoşbəxt başlanğıcla başlayan ailənin bir neçə aydan sonra dağıldığını eşidirik. Və yaxud da qurulan ailələrdə tərəflərdən hansınınsa nikah ürəyincə olmadıqda bu ailənin sonunun yaxşı olmayacağını proqnozlaşdırırlar. Lakin praktikada bu cür ailələr nümunəvi ailəyə çevrilir. Ona görə də sabah nələrin baş verəcəyini, qarşıda bizləri nələrin gözləyəcəyini əminliklə söyləmək mümkün deyil. Sadəcə olaraq ailənin qorunub saxlanılması üçün tərəflər cəhd etməlidirlər. Hər şey tərəflərdən asılıdır. Əslində mükəmməl ailəyə sahib olmaq hər kəsə də nəsib olmur.

Çox az adam ailə həyatının nə olduğunu dərk edir. Ailə cütlüklərin məsuliyyətli olmasını tələb edir. Bir-birlərini anlamağı, bir-birlərinə güzəştə getməyi tələb edir. Elə ailələr var ki, bir-birlərinin sözü boğazlarından keçmir. Ailədə hər gün qanıqaralıq yaranır. Lakin bu cür hallar ailənin təməlinin boşalmasına gətirib çıxara bilər. Ona görə də ailədəki münasibətlər ailənin ailə olmasına təsir edən əsas amillərdən biridir. Ailəni daim qorumaq lazımdır. Kimsənin ailənin içərisinə daxil olub təsir etməsinə imkan vermək olmaz. Bəzən ətrafdan müdaxilələr edirlər. Buna yol vermək olmaz. Hər bir problem ailənin daxilində həll edilməlidir. Hesab edirəm ki, ailənin sirri ətrafa yayılmamalıdır. Düzdür, bəziləri ailə sirlərini hər kəsə deyirlər. Əslində bu qəbuledilməzdir. Belə olan halda ailənin nüfuzuna xələl gəlmiş olur. İstər-istəməz ailə hörmətdən düşür. Bundan başqa yeni ailə qurmuş cütlüklər bir-birlərini dəyişdirməyə çalışırlar. Əslində bir insanı tamamilə dəyişdirmək mümkün deyil. Ona görə də belə halların üstünə çox getmək düzgün deyil.

Çalışmaq lazımdır ki, bir-birinizi başa düşəsiniz. Hərə bir ailədən gəlir. Və hər kəs öz ailəsində gördüklərini yeni qurduğu ailədə tətbiq etməyə çalışır. Bu isə fikir ayrılığına səbəb olur. Ona görə də ortaq məxrəcə gəlmək lazımdır. Bir-birinizin xırda qüsurlarına göz yummalısınız. Xoşbəxt bir ailə üçün bir-birinizin xarakterini yaxşı bilməlisiniz. Ancaq bu cür problemlərdən uzaq ola bilərsiniz. Kiçik və ya böyük qüsurlarınıza görə bir-birinizi tənqid etməyin. Səhvsiz insan olmaz, bağışlamağı bacarın.Yersiz və əsassız qısqanclıqlara və şübhələrə yol verməyin. Bunlar ailəni uçuruma aparar. Həyat yoldaşınızda həm sizə, həm də özünə qarşı inam təlqin edin. Ona inandığınızı hiss etdirin. Nəzərə alaq ki, həyatda ideal insan yoxdur. İnsan istədiyi xüsusiyyətləri başqasında tapırsa, həmin insan onun üçün ideal hesab olunur. Sözsüz ki, hər kəsin idealı fərqlidir. Birinin istədiyi xüsusiyyətlər digərinin istədiyi xüsusiyyətlərdən fərqli ola bilər. Ona görə hər kəsin öz idealı var.

Çalışın bir-birinizin idealı olun.

Günel Mehdi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az